Nida.az
Komitə sədri: “Sübut etdik ki, Avropa məhz Azərbaycandan başlanır”
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov “Bakı 2015” I Avropa Oyunlarının uğurla yekunlaşmasına münasibət bildirib.
Publika.az-ın məlumatına görə, komitə sədri E.İbrahimov deyib ki, Azərbaycan ilk Avropa Oyunlarının açılışını necə yüksək səviyyədə təşkil etmişdisə, bağlanış mərasimini də o cür keçirib. Onun sözlərinə görə, mərasimdə yeni kompozisiyalar nümayiş etdirilib: “Sonda da Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək səviyyəli çıxışı, həmçinin Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkinin çıxışı yadda qalan hadisə oldu. Mən özüm də şərəf duydum ki, mənsub olduğum Azərbaycan xalqı və ölkə başçımız cənab İlham Əliyev belə bir tədbiri çox yüksək səviyyədə keçirdi. Bundan başqa Azərbaycan idmançıları bu oyunlarda öz sözlərini deyə bildilər. Biz bir daha sübut etdik ki, bəli, Avropa elə məhz Azərbaycandan başlanır. Artıq Avropa Azərbaycan standartlarını həyata keçirməlidir. Azərbaycan standartlarına uyğun olaraq növbəti Oyunları keçirməlidirlər. Görək keçirə biləcəklər ya yox?! Mən inanmıram ki, hər hansı Avropa ölkəsi gələcəkdə Azərbaycanın bu standartlarına cavab verə biləcək yüksək səviyyəli Avropa Oyunları keçirə bilsin”.
“Bakı 2015” I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına da toxunan E.İbrahimov qeyd edib ki, bu cür kampaniyalara cavab olaraq ilk Avropa Oyunlarının bağlanış mərasimi xüsusi yadda qalan olub: “Onlar özləri də boş-boş danışdıqlarını başa düşdülər. Lakin Azərbaycan öz işini gördü. Azərbaycan dünyaya sübut etdi ki, biz güclü dövlətik və idman yüksək səviyyədədir. İdmanla da biz güclü siyasətimizi dünyaya göstərə bildik. Guya onlar danışıb nəyə nail oldular? Azərbaycana qarşı həyata keçirilən bu cür qarayaxmalar ilk dəfə deyil. Azərbaycanda hansısa böyük tədbirlər keçiriləndə onlar “fəaliyyətə” başlayırlar. Artıq ölkəmizə gələn turistlər haqqımızda xoş fikirlər səsləndirirlər. Başqa ölkələrdə 5-7 ilə keçirilə biləcək Avropa Oyunları bizdə 2 il yarıma yüksək səviyyədə hazır oldu".
Vasif Həsənli
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO