Nida Təhlil
Kremlin erməniləşən üzü: Bakıya hücum əmrini kimlər və nə üçün verdi?
Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən
Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK)
qeydiyyatını ləğv etdi. Azərbaycan-Rusiya əlaqələri, həmçinin,
ÜAK-ın Rusiya cəmiyyətində tutduğu mövqe fonunda bu qərar təəssüf
doğurmaya bilməz. Lakin məsələnin alt qatında nələrin baş verdiyi,
bu oyunun arxasında kimlərin dayandığını da aydınlaşdırmaq
vacibdir. Çünki məhkəmənin əsas gətirdiyi arqumentlər və bu bəsit
arqumentlərə əsasən Bakı-Moskva münasibətlərinə zərər vura biləcək
qərarın qəbul edilməsi düşündürücüdür.
“Təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə
etməməsi”: “rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə
riayət olunmaması və s.
Bu və digər dəlillərin hər hansı bir qurumun, xüsusilə, ÜAK kimi
geniş çaplı bir təşkilatın ləğvi üçün yetərli olmadığı aydındır.
Lakin gətirilən dəlilləri asanlıqla dırnaq arasına almaq olar.
Çünki məsələ məhkəmə keçirib, müxtəlif “dəlillər” gətirmək yox, bu
oyunu quranların kimliyi və məqsədləridir.
ÜAK-ın ləğvi ilə bağlı qərar veriləndə ilk nəzərlər Moskvaya,
birbaşa Kremlə yönəlir. Belə rəy yaranır ki, iki ölkə arasındakı
münasibətlər fonunda bu qədər ciddi qərarın verilməsində Rusiya
prezidenti Vladimir Putinin rolu var. Lakin Rusiyanın böyük güc
etmək istiqamətində mübarizə aparan Putinə Azərbaycanla
münasibətlərə zərər verəcək addım atmaq lazımdırmı? Həqiqətənmi
Rusiya rəhbərliyi indiki məqamda Bakını incidəcək gedişlər
edərmi?
Birincisi, Rusiya-Azərbaycan münasibətləri ən
yüksək dövrünü keçirir. Hələ ümummilli lider Heydər Əliyev dövründə
Azərbaycan Rusiya ilə münasibətlərə böyük önəm verirdi. Eyni siyasi
kurs Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan
Prezidenti ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması,
rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi
təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı
rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması
üçün bütün zəruri addımları atıb. Azərbaycan Prezidenti İlham
Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin siyasi və diplomatik
əlaqələrlə yanaşı, şəxsi dostluq münasibətləri də iki ölkənin
qarşılıqlı əlaqələrinə müsbət təsirini göstərir. Faktiki olaraq,
iki ölkənin münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir.
Münasibətlərin bu səviyyəsi hər iki ölkənin dövlət maraqlarına
uyğundur. Bu baxımdan, ÜAK-la bağlı qərarın arxasında birbaşa
Rusiya rəhbərliyinin dayanması ehtimalı zəifdir.
İkincisi, Azərbaycan beynəlxalq arenada həmişə
Rusiyaya açıq dəstək verib. Misal üçün, Bakının anti-Rusiya
sanksiyalarına qoşulmaması və bu ölkə ilə iqtisadi əlaqələri davam
etdirməsi, rusların Qərb qarşısında duruş gətirə bilməsinə öz
töhfəsini verdi. Bu gün regionda Rusiyanın müttəfiqi hesab olunan
Ermənistan belə istənilən vaxt Moskvaya arxadan zərbə vurmağa
hazırdır, lakin Azərbaycan daim etibarlı münasibətlərin əsas
tərəflərindən biri olub.
Üçüncüsü, Bakını incitmək, ən azından bunu indi
etmək Moskvanın marağına uyğun deyil. Çünki ABŞ-la qarşıdurmada
olan Rusiyaya regionda strateji tərəfdaşlar vacibdir. Bu da faktdır
ki, ABŞ-ın Cənubi Qafqazı tamamilə təsir dairəsinə ala bilməməsinin
əsas səbəbi məhz Bakının balans siyasətidir. Hansı ki, Azərbaycan
balans siyasətindən imtina etsə, onun yer aldığı cəbhə regiona
hakim olacaq.
Bütün bunlar Azərbaycana qarşı hücumun arxasında Putinin yox,
Kremldəki anti-Azərbaycan, ermənipərəst, eləcə də Rusiyanın dövlət
maraqlarının əleyhinə hərəkət edən qüvvələrin dayandığını
göstərir.
Burada bir məqamı xatırlamaq vacibdir: Kremlin
mediada “sözçüsü” hesab olunan jurnalist Vladimir Solovyev Bakıda
Prezident İlham Əliyevlə görüşü haqda sonradan maraqlı bir açıqlama
verdi: “Biz Prezident İlham Əliyevlə Rusiya-Azərbaycan
münasibətləri haqda danışanda mən dedim ki, “Rusiya Azərbaycanı heç
vaxt satmaz”. O, etiraz etdi və bildirdi: “Putin heç vaxt
satmaz”.
Bu kiçik detal özlüyündə Rusiyanın Azərbaycana münasibətini aydın
göstərir və o fikri gücləndirir ki, “Kremldə Putinə qarşı olan
qüvvələr var”.
Əslində Rusiya kimi böyük ölkədə hakimiyyət daxilində maraq
dairələrinin olması təəccüblü deyil. O da təəccüblü deyil ki, bu
dairələr bir çox hallarda dövlətin əleyhinə addımlar atır. Belarus
prezidenti Aleksandr Lukaşenkonun bir neçə ay öncə dediyi “Mən onu
yaxşı başa düşürəm, hər şeyi o, həll etmir, Rusiyada Putinə qarşı
olan qüvvələr var” sözlər də bu gün ÜAK-la bağlı verilən qərarın
Azərbaycan-Rusiya münasibətlərinə “çomaq soxmaq” istəyənlərin işi
olduğunu göstərir.
Və Türkiyə-Rusiya qarşıdurmasına səbəb olan təyyarə hadisəsi və
bunun arxasında FETÖ-nün dayandığı faktının ortaya çıxması da
Putinə qarşı qüvvələrin ola biləcəyinə əsas nümunədir.
Anti-Azərbaycan və Rusiya dövlətinin maraqlarına qarşı çıxanların
kimliyini görmək üçün lupaya ehtiyac yoxdur:
- Rusiyada yaşayan ermənilər
- Bu ölkənin dövlət strukturlarındakı erməni
lobbisi
(Burada Putinə hakimiyyətinə qarşı olan qüvvələrin olması ehtimalı
da var, lakin məsələ ümumilikdə ermənipərəst maraqlardan gedir.
Güman ki, anti-Putinçilər öz hədəflərinə nail olmaq üçün bu
situasiyadan yararlanırlar).
Hədəf aydındır:
a) ÜAK-ın qeydiyyatının ləğvi edilməsi Rusiyada Azərbaycan
diasporunun fəaliyyətinin zəifləməsi ilə nəticələnə bilər. Halbuki,
son zamanlar Azərbaycan diasporunun güclənməsi bu ölkədəki erməni
diasporunun mövqelərinin zəifləməsinə səbəb olmuşdu. Bu isə Rusiya
ictimaiyyətində xüsusilə Dağlıq Qarabağ məsələsi ilə bağlı
Azərbaycanın mövqeyini müdafiə edənlərin sayının artması ilə
müşahidə olunurdu.
b) Bu qərarı verənlər Rusiya-Azərbaycan münasibətlərinə kölgə
salmaq və Ermənistanın maraqlarını təmin etmək niyyətindədirlər.
Ötən il baş verən “aprel müharibəsi”ndə Ermənistanın gözlədiyinin
əksinə olaraq, Rusiyanın neytrallıq nümayiş etdirməsi sübut etdi
ki, Bakı-Moskva münasibətləri düşmənlərin istədiyi səviyyədə deyil.
Bu, Ermənistan üçün ciddi zərbə oldu.
c) Bakı-Moskva münasibətlərində soyuqluq yaranması Rusiya-Türkiyə
münasibətlərinə də mənfi təsir göstərə bilər. Rusiya-Türkiyə
yaxınlaşmasını istəməyən əsas ölkə Ermənistandır. Çünki bu, Dağlıq
Qarabağ münaqişəsinin Azərbaycanın ədalətli mövqeyinə uyğun həllinə
təsir edə bilər. Lakin Ermənistanla yanaşı, Moskva-Ankara
münasibətlərinin soyuqlaşmasında Qərb dairələri də maraqlıdır.
Bura qədər məsələnin mahiyyəti aydın görünür: ermənilərin əlinə
oynayan gediş.
Lakin ÜAK-ın qeydiyyatının ləğv edilməsinin son dövrlər Rusiyanın
Ermənistana artan dəstəyi fonunda baş verməsi əlavə suallara səbəb
olur.
Rusiyadan Ermənistana hərbi yardımlar artır; Gümrüdəki 102-ci hərbi
bazanın genişlənməsi ilə bağlı razılıq əldə olunub; Gümrüdə
Rusiya-Ermənistan birgə müdafiə sənayesinin yaradılması müzakirə
edilir.
Bu ilin aprel ayında Moskva restoranlarının birində Rusiya
Erməniləri İttifaqının sədri Ara Abramyanın 60 illik yubileyi
təntənəli şəkildə qeyd olundu. Mərasimdə iki qonaq xüsusilə diqqət
çəkirdi: Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov və Rusiya
xarici işlər naziri Sergey Lavrov. Vladimir Putin də erməni
yubilyara təbrik məktubu göndərmişdi.
Rusiya Erməniləri İttifaqının sədrinə təntənəli yubiley keçirən
Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv
edilməsinin səbəbi nədir? Bu prosesdə Rusiyanın siyasi rəhbərliyi
hansı mövqedə dayanıb? Ermənini təbrik edən Putin azərbaycanlılara
qarşı hücumla bağlı niyə susur? Moskva Azərbaycan kimi strateji
tərəfdaşı itirməkdən çəkinmirmi? Bu suallar hələlik açıq qalır.
Amma bu prosesdə Rusiyanın itkiləri də az
deyil:
1. Rusiyanın regionda birtərəfli mövqeyinə faktiki olaraq kölgə
düşdü.
2. Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri missiyasında şübhəli
suallar meydana çıxdı.
3. Və bütün bunlardan ən böyük zərəri Rusiyanın regiondakı
maraqları görəcək. Təbii ki, Putin prosesin qarşısını almasa...
Asif Nərimanlı
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər