Dəhşətli qisas QORXUSU, generallar DÖYÜŞ BÖLGƏSİNDƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Dəhşətli qisas QORXUSU, generallar DÖYÜŞ BÖLGƏSİNDƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu gün Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Rusiyadan Azərbaycana gətirilən silahların növbəti partiyası Ermənistanda ciddi rezonansa səbəb olub. Düşmən ölkədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xüsusi təyinatlı güclərinin təlimləri başlayıb. Türkiyəyə qarşı Suriyanın Mümbiç şəhərində oynanılan oyunun eynisi Afrində səhnələşdirilir. İŞİD üzvləri terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin öldüyünü təsdiq ediblər. Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyib. Vaşinqtonun Qətər böhranı ilə bağlı mövqeyində kəskin dəyişiklik baş verib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında bu gün Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüş yerli vaxtla 19.00-da baş tutacaq. Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-lərində yayılmış Ermənistan və Rusiya sərhədçilərinin işğal olunmuş Dağlıq Qarabağ ərazilərində birgə təlimlər keçməsi barədə məlumatı araşdırır. Bunu XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu məlumat diplomatik kanallar vasitəsilə araşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl, erməni KİV-ləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinə istinadən Dağlıq Qarabağda İran ərazisindən keçən sərhəd pozucularının qarşısının alınması ssenarisi üzrə təlimlər keçirildiyini bildirmişdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İyunun 10-da Azərbaycanın Rusiyadan aldığı silahların növbəti partiyası Bakıya çatdırıldı. Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir.

Bakıya gətirilən silahlar və onların cəbhə bölgəsinə yerləşdiriləcəyinə dair informasiya Ermənistanda ciddi rezonansa səbəb olub. Düşmən ölkənin mediası artıq qaçacaqları yerlərinin qalmadığını, Azərbaycanın cavab zərbəsinin daha şiddətli olacağını yazır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycanın Rusiyadan aldığı silahların yeni partiyasının Bakıya gətirilməsi və cəbhə bölgəsinə göndərilməsi Ermənistanın əsas gündəmidir.

“Hetq” nəşrinin baş redaktoru Edik Baqdasaryan “facebook” səhifəsində Azərbaycanın Rusiyadan yeni silah partiyasını gətirməsini şərh edərkən yazıb ki, 2016-cı ilin aprel döyüşlərində Bakı Rusiyadan aldığı “Günəş alovu” TOS 1A və İsraildən aldığı “kamikadze” BLA pilotsuz təyyarələri ilə ağır zərbələr endirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Tərəflər Qarabağda yeni müharibəyə hazırlaşır və heç kim bunun qarşısını almağa təşəbbüs etmir”. Bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer deyib.

Onun sözlərinə görə, tərəflərdən biri, yaxud hər ikisi üçüncü ölkənin bu münaqişəni həll etməyini istəyərdi və bu toqquşmanın qarşısını alardı: “Lakin göründüyü kimi, bunu heç kim etməyə hazırlaşmır. Siyasi səbəblər açıq-aşkar ortadadır, münaqişənin güzəştli həlli ilə bağlı heç bir imkan yoxdur. Ermənistan təmas xəttinə qoşun toplayır, Azərbaycan da bunu edir və yüksək səviyyəli hazırlıq aparılır”.

Rusiyalı ekspert vurğulayıb ki, proses qarşısıalınmaz vəziyyətdədir və genişmiqyaslı müharibəyə doğru gedir

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xüsusi təyinatlı güclərinin təlimləri başlayıb. Təlimlər Ermənistan polisinin maarifləndirici kompleksinin bazasında üç gün keçiriləcək.

Qeyd edək ki, təşkilat 1992-ci il mayın 15-də MDB-yə üzv ölkələr tərəfindən imzalanmış Kollektiv Təhlükəsizlik haqqında Müqavilə əsasında yaradılıb. Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan KTMT-nin üzvləridir. Təşkilat bəzi hallarda “Putinin NATO-su” adlandırılır.

Türkiyəyə qarşı Suriyanın Mümbiç şəhərində oynanılan oyunun eynisi Afrində səhnələşdirilir. Ankaraya PKK-nın Mümbiçi boşaldacağı barədə verdiyi sözünü yerinə yetirməyən ABŞ indi Türkiyənin Afrinə müdaxiləsinə maneə olmağa çalışır.

İddiaya görə, 3 mindən çox PYD döyüşçüsü Afrindən Rakkaya aparılıb və ABŞ terror təşkilatına Rakka əməliyyatı davam etdiyi müddətdə Afrinə qarşı əməliyyatın keçirilməsinə mane olacağı barədə zəmanət verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İŞİD üzvləri terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin öldüyünü təsdiq ediblər. İraqın “El Sumaria” telekanalı adını açıqlamadığı mənbəyə istinadən xəbər verib ki, İŞİD Bağdadinin öldüyünü təsdiqləyib. Mənbə qeyd edib ki, İŞİD üzvləri Bağdadinin ölümünü və yeni “xəlifə”nin adını açıqlayıblar.

Xatırladaq ki, Rusiya hərbi aviasiyası mayın 28-də Suriyanın Rakka şəhərinin yaxınlığında İŞİD liderlərinin müşavirəsinin keçirildiyi qərargahı bombalayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, İŞİD-in 30 səhra komandiri və onların 300-ə qədər köməkçisi məhv edilib. Onların arasında Bağdadinin də olduğu ehtimal edilir.

Bağdadinin ölümündən sonra onun yerinə ən real namizəd olaraq, Səddam Hüseyn dönəmində İraq ordusunda xidmət etmiş İyad əl-Ubeydi və Ayad əl-Cumeyli göstərilir.

Rusiya prezidenti Vladimir Putin Cənub hərbi dairəsinə daxil olan 8-ci ümumqoşun ordusunun komandanlığını təyin edib. Bu haqda Rusiya Silah Qüvvələri Baş Qərargahındakı yüksək vəzifəli mənbəyə istinadən “Kommersant” nəşri bildirib.

Hərbi birləşmənin komandanlığı bir neçə ay ərzində xüsusi diqqətlə seçilib. Zabitlərin praktik təcrübəsi və özlərini döyüş əməliyyatlarında necə göstərdiyinə diqqət yetirilib.

2018-ci ildən 8-ci orduya general-mayor Sergey Kuzovlev komandanlıq edəcək. General-mayor Oleq Sekov qərargah rəhbəri və Kuzovlevin birinci müavini təyin edilib. O, Transqafqaz, Zabaykal, Sibir və Şimali-Qafqaz hərbi dairələrində, həmçinin Monqolustanda xidmət edib.

8-ci ümumqoşun ordusu cənub-qərb strateji istiqamətində, hər şeydən əvvəl Ukrayna ilə sərhəddə təhlükəsizliyin təmin olunmasında əsas rol oynayacaq.

Ağ Ev Senatın qəbul etdiyi qanun layihəsində Rusiyaya qarşı nəzərdə tutulan sanksiyaları dəstəkləyir. Amma prezident Donald Trampın administrasiyası sənədin bəzi müddəalarından narazıdır. Sənəddə prezidentin səlahiyyətlərinə məhdudiyyətlər gətirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna ilə assosiasiya haqqında razılaşmanın Avropa İttifaqı Şurası tərəfindən təsdiqi Kremlin növbəti məğlubiyyəti oldu. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko Feysbuk səhifəsində yazıb.

“Əminəm ki, biz qalib gələcəyik. Ukrayna Avropa xalqlarının ailəsində, Avropa İttifaqı və NATO-da mütləq olacaq”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ və Qətər terrorizmlə mübarizə üzrə qarşılıqlı anlaşma haqqında memorandumu imzalayıb. Bu haqda ABŞ-ın dövlət katibinin məsləhətçisi Robert Hemmond deyib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson hazırda Yaxın Şərqin ölkələri üzrə turnedədir. O, bu gün Dohaya səfəri edib, sabah isə Səudiyyə Ərəbistanına gedərək Qətərə qarşı embarqolar tətbiq edən ölkələrin iclasında iştirak edəcək.

Tillerson Qətərdə jurnalistlərə açıqlamasında bildirib ki, Dohanın ərəb qonşuları ilə yaşadığı böhrandakı mövqeyi son dərəcə dəqiq və məqbuldur. ABŞ Qətər böhranı ilə əlaqədar daha əvvəl verdiyi bəyanatlarında Körfəz ölkələrinin qərarını dəstəklədiklərini açıqlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm