Nida Təhlil
Soçidə erməni barmağı qırıldı, Qarabağda... - Əliyev-Putin görüşü
İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya
prezidenti Vladimir Putin Soçidə görüşdü. Gözlənilməz görüş idi,
daha doğrusu, görüşün planlaşdırıldığı haqda əvvəlcədən
ictimaiyyətə məlumat verilməmişdi. Lakin iki ölkə liderinin isti
münasibətləri fonunda Soçidə gözlənilməz görüşün keçirilməsi
təəccüblü deyildi.
Görüş bir sıra amil baxımından diqqət çəkir:
Azərbaycan-Rusiya münasibətlərində strateji tərəfdaşlıqdan
başlamış, humanitar sahələrlə də dərin əməkdaşlıq mövcuddur. Soçi
görüşü bu əməkdaşlığın daha da möhkəmlənməsi, ikitərəfli
münasibətlərdə anlaşılmaz olan məqamların yenidən gözdən
keçirilməsi və aradan qaldırılması üçün əhəmiyyətli idi.
Xüsusilə Rusiyada erməni diasporu və lobbisinin Bakı və Moskva
arasında mnasibətləri pozmaq cəhdlərinin qarşısının alınması
görüşdə əsas məsələlərdən biri olub. Belə ki, bir müddət öncə
Ümumrusiya Azərbaycanlılar Konqresinin qeydiyyatı Rusiya məhkəməsi
tərəfindən ləğv olundu. Ardınca Rusiya Xarici İşlər Nazirliyi
Bakıya qarşı bir sıra anlaşılmaz bəyanatlar səsləndirdi. Bununla
yanaşı, Lapşin məsələsinə görə iki ölkə arasında soyuqluqlar
yarandı. Məlum idi ki, ortada erməni barmağı var və düşmən
Bakı-Moskva münasibətlərinə “çomaq soxmaq istəyir”. Hətta Soçi
görüşündən bir müddət öncə Ermənistan Xarici İşlər Nazirliyinin
rəsmisinin “Rusiya və Azərbaycanın arasında “qara pişik keçib”
deməsi də göstərir ki, İrəvan Bakı-Moskva xəttini qırmaq üçün hər
şey edir və bu xətdə yaranan kiçik problemi belə sevinclə
qarşılayır. Lakin Əliyev-Putin görüşü “üçüncü qüvvələri” sıradan
çıxartdı və hər şeyi Azərbaycanın xeyrinə dəyişdi.
Görüşün Rusiyada Azərbaycan və Ermənistan prezidentlərinin
gözlənilən görüşündən öncə olması, həmçinin, Soçidə İlham Əliyevlə
Putinin Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi diqqət çəkir.
Görüşdə Qarabağda mövcud status-kvonun davam etməyəcəyi haqda
aparılan müzakirələr də prezidentlərin görüşündə Bakının əlinin
güclü olacağı ehtimalını artırır. Hesab etmək olar ki, Rusiya
münaqişənin həlli ilə bağlı aparılan danışıqları dalandan
çıxararaq, canlandıracaq. Və burada Prezident İlham Əliyevin
rusiyalı həmkarı ilə apardığı müzakirələr əhəmiyyətlidir.
Ümumilikdə, Soçi görüşünü üç aspektdən dəyərləndirmək olar:
ikitərəfli münasibətlərin inkişafı; erməni barmağının
“qırılması”; Dağlıq Qarabağ münaqişəsinin həlli.
Prezident İlham Əliyevin Soçi səfəri hər üç aspektdən Azərbaycanın
qazanclı çıxmasına səbəb olacaq.
Asif
-
Dünya21:25
Baş naziri güllələyən yazıçının oğlundan ETİRAF
-
Magazin120:05
Çingiz Mustafayevin toyu olacaq
-
Dünya19:20
Slovakiya Baş nazirinə sui-qəsd edən şəxs yazıçı imiş - YENİLƏNDİ
-
Ekologiya18:30
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
-
Kriminal17:24
Gözəllik salonunda işləyən qadınların başına taksidə görün nə iş gəldi: Biri öldü - VİDEO
-
Sosial17:00
Erməni separatçıların həbs müddəti uzadıldı
-
Dünya16:30
4 gün iş, 3 gün tətil: Milyonlarla işçinin həyatı dəyişəcək
-
Cənubi Qafqaz16:01
Ermənilər Nikolun yerində kimi görür? - Sorğuda Vardanyanın da adı çıxdı