Münaqişənin həlli üçün ŞƏRTLƏR, dənizlərə ÇIXIŞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Münaqişənin həlli üçün ŞƏRTLƏR, dənizlərə ÇIXIŞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Rusiyanın S-500 “Prometey” və “Antey-4000” ən yeni zenit-raket sistemlərini ala bilər. “Peterburq siyasəti” Fondu Vladimir Putinin mümkün varislərinin reytinqini hazırlayıb. Rusiya hərbi aviasiyası İŞİD terror təşkilatına ağır zərbə vurub. ABŞ-ın “Ən-Nüsra” Cəbhəsi bəhanəsilə İdlibə hücum əməliyyatını planlaşdırması Astana üçlüyü olan Türkiyə, Rusiya və İranı hərəkətə gətirib. Pxenyan cənub qonşusuna qarşı növbəti silahını işə salıb.

Azərbaycan Rusiyanın S-500 “Prometey” və “Antey-4000” ən yeni zenit-raket sistemlərinin mümkün alıcılarından biridir. Bu haqda “İzvestiya” nəşrinə müsahibəsində hərbi ekspert, “Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov deyib.

S-500 “Prometey” S-500 və “Antey-4000” Rusiyada yaradılan hava-kosmik müdafiəsinin vahid milli sisteminin əsas elementləri hesab edilir. Ancaq onların real imkanları haqqında rəsmi informasiya praktik olaraq yoxdur. Məlumdur ki, S-500 hava-kosmik hədəflərinin geniş spektrini ələ keçirməyə qadirdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dağlıq Qarabağ münaqişəsinin həllini tapmağın vaxtı çatıb”. Bunu Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda işrirak edən Türkiyə Xarici İşlər Nazirliyinin keçmiş başçısı (1991-1994) Hikmət Çətin vestikavkaza.ru saytının müxbiri ilə söhbətində deyib.

Onun sözlərinə görə, münaqişənin həllinin bütün şərtləri var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Peterburq siyasəti” Fondu ekspertləri Rusiya prezidenti Vladimir Putinin “varislərı” reytinqini hazırlayıb. Reytinq siyahısında Putinin mümkün varislərinin adı yer alıb.

Baş naziri Dmitri Medvedev, Moskva meri Sergey Sobyanin və Tula vilayətinin qubernatoru Aleksey Dyumin reytində ilk üç yeri tutub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ cari ilin avqustun 23-də bütün Rusiya üzrə qeyri-miqrasiya vizaların verilməsini müvəqqəti dayandırır. Bu haqda ABŞ-ın Rusiyadakı səfirliyindən bildirilib.

“Bu prosedur 1 sentyabr 2017-ci il tarixindən Moskvada bərpa ediləcək”, - səfirliyin saytında deyilir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvanın cavab addımının olmayacağını bildirib.

Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Anatoli Antonovu ABŞ-a səfir təyin edib. Antonov həmçinin Amerika Dövlətləri Təşkilatında Rusiyanın daimi nümayəndəsi təyin edilib.

Rusiyanın ABŞ-dakı səfiri postunu daha əvvəl Sergey Kislyak tuturdu.

Rusiya hərbi aviasiyası İŞİD terror təşkilatına ağır zərbə vurub. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi aviasiya böyuk kalibrli silahlar və minaatanlarla İŞİD-in 20-dən çox avtomobili, həmçinin tanklar da daxil olmaqla zirehli texnikasını məhv edib. Həmçinin içində döyüş sursatları olan yük avtomobili və 200-dən çox döyüşçünün məhv edildiyi deyilir.

“Ulduz” telekanalın saytında aviazərbələrin kadrları dərc edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın “Ən-Nüsra” Cəbhəsi bəhanəsilə İdlibə hücum əməliyyatını planlaşdırması Astana üçlüyü olan Türkiyə, Rusiya və İranı hərəkətə gətirib. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqiridən sonra Rusiyanın Baş qərargah rəisi Valeri Gerasimov İdlib mövzusu ilə əlaqədar Ankaraya gələcək.

Hərbi ekspertlər ABŞ-ın İdlibdə Türkiyəni təhdid etdiyini və Ankaranın operativ addımlar atmalı olduğunu bildirirlər. Bildirilir ki, Türkiyə ABŞ-dan əvvəl İdlibə müdaxilə etməsə, PKK terror təşkilatı Aralıq dənizinə çıxacaq. Digər bir təhlükə ondan ibarətdir ki, ABŞ İdlibə müdaxilə edəcəyi halda oradakı terror qrupları Türkiyə sərhədlərinə gələcək.

Yalova Universitetinin müəllim, Yaxın Şərq və beynəlxalq əlaqələr üzrə mütəxəssis Cengiz Tomar hesab edir ki, Afrin və İdlib Türkiyə üçün taleyüklü mövzulardı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran və Türkiyə PKK terror təşkilatına qarşı birgə mübarizə apara bilər. Bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, mövzu ötən həftə Türkiyəyə səfər edən İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqiri ilə danışıqlarda müzakirə edilib. Bu, Türkiyə və İranın münasibətləri tarixində belə yüksək səviyyəli birinci hərbi görüş idi.

“Terror qruplaşmalarına qarşı birgə əməliyyat məsələsi həmişə gündəlikdə dayanıb. Baş qərargah başçıları PKK-ya qarşı əməliyyatın keçirilməsi məsələsini müzakirə etdilər. Bu istiqamətdə səylər davam edəcək, çünki PKK-nın İranda PJAK adlı qolu var. Bu təşkilat həm İrana, həm də bizə zərər vurur”, - Ərdoğan deyib.

Qırğızıstanın Baş naziri Soronbay Cenbekov oktyabrda keçiriləcək prezident seçkisində namizəd kimi rəsmən qeydiyyatdan keçib. Bu haqda ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

MSK-nın qərarından sonra keçirilən hökumət iclasında baş nazir seçkilərdə iştirakla əlaqədar istefa verəcəyini açıqlayıb. Bu, Qırğızıstanın bütün hökumətin istefası deməkdir. Gözlənilir ki, hökumətin qalan üzvləri yeni Nazirlər Kabinetinin formalaşmasına qədər öz vəzifələrini icra edəcəklər.

İyulda prezident Almazbek Atambayev jurnalistlərə bildirib ki, Cenbekovseçkilərin gedişatında inzibati resurslardan istifadə ilə bağlı şübhələrin qarşısını almaq üçün istefa verməyə məcbur olub.

Soronbay Cenbekovdan əvəvl daha iki nəfər namizəd kimi rəsmən qeydiyyatdan keçib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ukraynanın müstəqilliyinin 26-cı ili onunla əlamətdar oldu ki, ölkə Rusiya ilə hibrid müharibənin yaratdığı dərin böhranın öhdəsindən gəldi”. Bu bəyanatla Ukrayna prezidenti Pyotr Poroşenko çıxış edib.

“Bu yalnız Rusiya qoşunlarının və müasir silahların cəbhəyə çatdırılması deyil, həm də Rusiya bazarlarının bağlanması və Ukrayna istehsalı olan məhsulların sifarişlərinin dayandırılmasıdır. Bu, ticarət müharibəsidir, bu, bizim ərazimizdə terror əməliyyatlarıdır. Biz dözdük və öhdəsindən gəldik. Ən qorxunc dövr artıq arxadadır”, - Poroşenko bildirib.

Bu gün ABŞ-ın Ukrayna üzrə rəsmi nümayəndəsi Kurt Volkerlə Rusiya rəsmi nümayəndəsi Vladislav Surkov arasında Minskdə mətbuata qapalı görüşü baş tutacaq. Bu haqda Belarus Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Dmitri Mironçik söyləyib.

Şimali Koreya Seulu xəbərdarlıq etmədən “Hwanggang” su anbarının suyunu buraxıb. Nəticədə Cənubi Koreyanı İnjim çayında suyun hündürlüyü 6 metrə qədər yüksəlib.

Suyun səviyyəsinin 7,5 metrə yüksəlməsi ölümcül dərəcədə təhlükəli ola bilər.

2009-ci ildə Şimali Koreyanın analoji hərəkəti Cənubi Koreyanın 6 sakininin ölməsinə səbəb olmuşdu. Bu hadisədən sonra Pxenyan anbarın suyunun açılacağı halda, Seula xəbərdarlıq ediləcəyi barədə söz vermişdi.

Şimali Koreyanın iyul ayında iki ballistik raket sınağını keçirməsi yarımadada vəziyyəti daha da gərginləşdirib. Görünür, Şimali Koreya sonuncu addımı ilə cənub qonşusuna qarşı daha bir silaha sahib olduğu barədə mesaj verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm