Moskvaya növbəti ZƏRBƏ, ABŞ-ın daimi DÜŞMƏNİ... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Moskvaya növbəti ZƏRBƏ, ABŞ-ın daimi DÜŞMƏNİ... - GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib. Vaşinqton Rusiyanın heç vaxt ABŞ-ın dostu olmayacağını açıqlayıb. Türkiyənin S-400 kompleksləri almasına mane olmağa çalışan Vaşinqtonun Ankaraya sürpriz təklifi ortaya çıxıb. Fransanın keçmiş prezidenti ətrafında yaranan korrupsiya qalmaqalı böyüməkdədir.

Ermənistanın parlamentli respublikaya keçməsi heç nəyi dəyişməyəcək. Bu sözlər britaniyalı araşdırmaçı Tomas de Vaalın məqaləsində yer alıb.

“Demək olar ki, heç nə dəyişməyəcək. Sərkisyanın çalışdığı Prezident Administrasiyasının binası prezident ofisi olaraq qalacaq, amma onun qarşısında başqa lövhə asılacaq. Bu mexanizm hakim elitaya hökumətdə qalmağa imkan verəcək. Sərkisyan 2008-ci ildən hakimiyyətdədir və təəssüf ki, Ermənistan bu zaman ərzində özünə yeni lider seçə bilmir.

Sərkisyan uzunmüddətli oyun oynayır. Onun dövründə xarici siyasət daha balanslı olub, lakin Rusiya yenə də əsas tərəfdaş olaraq qalır”, – deyə o bildirib.

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksinin almaqdan imtina etdirməyə çalışan ABŞ-ın Ankaraya sürpriz bir təklif etdiyi ortaya çıxıb. Təklifi Ankaraya ötən həftə ABŞ Dövlət Departamentində hərbi və diplomatik əlaqələr departamentindən məsul səfir Tina Kaydanov gətirib. Tina Kaydanov “Ankaraya cəlbedici təklifi təqdim edəcəyəm” söyləmiş, lakin təklifin detalları barədə məlumat verməmişdi. Təklifin detallarını isə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan rəsmilərindən biri açıqlayıb.

Türkiyənin təklifə hansı cavab verdiyi barədə detallı informasiya olmasa da, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 3-də Ankaraya səfər edən rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra verdiyi bəyanat amerikalı diplomatın əliboş yola salındığını göstərir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyaya qarşı sanksiyaların miqyasını genişləndirən ABŞ siyahıya bürokrat və biznesmenlərin adının da yer aldığı 24 nəfəri və 14 qurumu əlavə edib. Siyahıda Rusiya Təhlükəsizlik Şurasının məsul katibi Nikolay Patruşev və “Qazprom” şirkətinin prezidenti Aleksey Millerin də adı də yer alıb.

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamya görə, Vaşinqton hökuməti Rusiyaya tətbiq edilən sanksiyaların miqyasını Ukraynaya, Suriyaya, 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə müdaxilə və Qərb demokratiyasına zərər vermək səbəbilə genişləndirib.

Rusiya heç vaxt ABŞ-ın dostu olmayacaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli deyib.

Rusiyanı dost hesab edib-etməməklə bağlı mübahisə mövcuddur. Bu, doğru sual deyil, ona görə ki, Rusiya heç vaxt dost olmayacaq. Lakin bu o demək deyil ki, biz onlarla işləmək istəmirik. ABŞ-a lazım olanda biz Rusiya ilə işləyirik, zərbə endirmək zamanı gələndə isə bunu da edirik”, – deyə o bildirib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Rusiyanın tələbi əsasında İngiltərənin Salisburi şəhərində rusiyalı agent Sergey Skirpal və qızının zəhərlənməsi hadisəsini müzakirə etmək üçün toplantı keçirib. Toplantıda Rusiya və İngiltərənin BMT-dəki daimi təmsilçiləri bir-birinə qarşılıqlı ittihamlar və təhdidlər yağdırıb.

Rusiyalı səfir Vasili Nebenziya rusiyalı agentin ölkəsinin sifarişi ilə zəhərlənməsi iddiasını təkzib edib və “London digər ölkələrlə münasibətlərimizi zəhərləməyə başladı” deyib. İngiltərəni Rusiyaya qarşı təxribat hazırlamaqda günahlandıran təmsilçi ingilis həmkarına “daha yaxşı bir saxta hekayə ortaya ata bilməzdinizmi” sualını ünvanlayıb və ardınca “odla oynayırsınız, üzüləcəkəsiniz” sözlərini deyib.

İngiltərənin BMT-dəki daimi təmsilçisi Karen Prays isə Rusiyanı bir daha dövlətin dəstək verdiyi sui-qəsdlər təşkil etməkdə günahlandırıb. O bildirib ki, İngiltərənin gizlədəcək heç bir şeyi yoxdur və onlar kimyəvi silahdan istifadə ilə bağlı istintaq işlərini əngəlləyən bir ölkədən dərs götürmək niyyətində deyillər.

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi ətrafında yaranan korrupsiya qalmaqalı böyüməkdədir. Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin tərcüməçisi Miftaxı Missurin onun Fransanın sabiq prezidenti Nikolya Sarkozinin seçki kampaniyasını necə maliyyələşdirdiyindən danışıb. Onun sözlərinə görə, 2005-ci ildə Fransanın o vaxtkı daxili işlər naziri Nikolya Sarkozi Liviyaya səfəri zamanı bu barədə Qəddafi ilə söhbət edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm