Yeni tipli MÜHARİBƏ, Paşinyanın Qarabağla bağlı GİZLİ PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Yeni tipli MÜHARİBƏ, Paşinyanın Qarabağla bağlı GİZLİ PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 13-də Ermənistana səfər edəcəklər. Ermənistanın Respublika Partiyasının parlament fraksiyası azlığa çevrilir. Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu Vaşinqton səfərində razılaşdırılan Münbiç planının detallarını açıqlayıb. İranın nüvə fəaliyyət 2015-ci il sazişi çərçivəsində qalacaq. Rusiya prezidenti Vladimir Putin Krımın Ukraynaya qayıdışı ehtimalını şərh edib.

ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 13-də Ermənistana səfər edəcəklər. Bu haqda Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

“İrəvanda vasitəçilər və Xarici İşlər Nazirliyinin başçısının birinci görüşü olacaq. Görüşdə həmçinin sonrakı addımlar və hərəkətlər müzakirə ediləcək”, - o qeyd edib.

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki ermənilərin bu bölgədə Ermənistan tərəfindən yaradılmış qondarma rejimə qarşı davam edən aksiyaları İrəvanda çaxnaşma yaradıb. Baş nazir Nikol Paşinyan etirazçılara aksiyanı dayandırmaqla bağlı müraciət ünvanlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki ermənilərin qondarma rejimə qarşı aksiyası başa çatıb. Bundan sonra baş verəcəklər haqda müxtəlif proqnozlar səsləndirilir. Ermənistan mediası etiraz aksiyasının səbəblərini araşdırır.

Erməni siyasi şərhçi Tevos Arşakyan yazır ki, Xankəndində ermənilərin ayağa qalxmasının bir sıra dərin səbəbləri var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın Respublika Partiyasından olan bir neçə deputat partiyasının parlament fraksiyasından çıxmağa qərar verib. Bu haqda TASS agentliyinin müxbirinə deputatların yaxın ətrafındakı mənbə bildirib.

“Partiyanı tərk etmək niyyətində olan bütün deputatlar böyük biznesmenlərdir. Onlar qısa müddətdə öz qərarlarını açıqlamağa hazırlaşırlar. Nəticədə, respublikaçılar parlamentdə azlıqda qalacaqlar”, - mənbə qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Münbiçin YPG-dən təmizlənməsi bir neçə ayda 3 mərhələdə tamamlanacaq. Silahlar YPG-dən alınacaq”. Bunu amerikalı həmkarı Maykl Pompeo ilə iyunun 4-də Vaşinqtonda keçirdiyi görüşün nəticələrini şərh edən Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

“Təsdiq etdiyimiz “yol xəritə”sinin birinci mərhələsində mütəxəssislərimiz hazırlıq işləri aparacaq. Daha sonra planın icrası mərhələsi başlayacaq. Üçüncü mərhələdə bölgənin kimlər tərəfindən idarə ediləcəyinə və təhlükəsizlik qurumlarında kimlərin yer alacağı müəyyən ediləcək. Burada sabitlik təmin olunduqdan sonra Münbiç modeli digər bölgələrdə tətbiq ediləcək. Biz bu modeli YPG tərəfindən işğal edilmiş digər bölgələrə də aparacağıq. Bununla bağlı razılaşmamız var”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı deyib.

Çavuşoğlu “yol xəritəsi”nin icrasında heç bir üçüncü ölkənin rol almayacağını söyləyib.

Türkiyənin xarici işlər naziri Qəndildə PKK terror təşkilatına qarşı keçirilməsi planlaşdırılan əməliyyat barədə danışıb. O, bu məsələdə Türkiyə, ABŞ, İraq və kürd muxtariyyəti arasında dördtərəfli əməkdaşlığın olacağını söyləyib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasily Nebenziya iyunun 2-də BMT Təhlükəsizlik Şurasının toplantısından sonra jurnalistlərə açıqlamasında Rusiya və İsrailin İran qüvvələrinin Suriyadan çıxarılması mövzusunda razılaşdığını bildirdi. Bundan bir gün əvvəl isə İsrailin “Jerusalem Post” qəzeti Suriyada İranla bağlı silahlı qruplaşmalar, həmçinin Livanın “Hizbullah” şiə təşkilatının döyüşçülərinin İsraillə həmsərhəd bölgələri tərk etməyi planlaşdırdığını yazdı.

Yeddi illik vətəndaş müharibəsi müddətində eyni cəbhədə yer almasına baxmayaraq, Rusiyanın İrana qarşı İsraillə belə bir sazişə getməsinin səbəbi nə idi?

Ukraynanın “Apostrof” nəşrinə danışan Rusiyanın müxalifət siyasətçisi Konstantin Borovoyun sözlərinə görə, bu saziş Rusiya prezidenti Vladimir Putinin Kreml hakimiyyətinin sağ qalması ilə bağlı qorxusunu göstərir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“İranın nüvə fəaliyyət 2015-ci il sazişi çərçivəsində qalacaq”.Bu haqda İranın Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi bildirib.

O, ABŞ-ın nüvə sazişindən çəkilməsinə baxmayaraq, Tehranın beynəlxalq vasitəçilərlə imzaladığı sazişə riayət edəcəyini açıqlayıb.

Qeyd edək ki, Əli Əkbər Salehinin bu bəyanatının İran ali dini lideri Ayətullah Əli Xameneinin dünən səsləndirdiyi bəyanatla zidd olması çaşqınlıq yaradıb. Xamenei qeyd edib ki, İran xalqı və dövləti nə sanksiyanın olmasını, nə də “nüvə texnologiyasının həbsini” qəbul edəcək.

“İranın Atom Enerji Təşkilatı borcludur ki, tez bir zamanda Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində sentrifuqaların sayının 190 min SWU-a (izotop ayırma qabiliyyəti) çatdırılması üçün işlərə başlasın”, - o bildirib.

“Qərb hərbi və mülki alətlərin birləşdiyi yeni tipli münaqişə ilə qarşılaşır”. Bunu “The Times” üçün yazdığı məqalədə Böyük Britaniyanın Mühafizəkar Partiyasından olan deputatı Bob Sili və Henri Cekson adına Rusiya və Avrasiya Tədqiqatları Mərkəzinin direktoru Endrü Foksoll bildiriblər.

Müəlliflər Rusiyanın son iki onillikdə apardığı münaqişələri sadalayıblar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Krımın Ukraynanın tərkibinə qayıdışı üçün şərtlər mövcud deyil”. Bunu Rusiya prezidenti Vladimir Putin Avstriya səfəri öncəsi bu ölkənin ORF telekanalına müsahibəsində deyib.

“Belə şərtlər mövcud deyil və onlar mövcud ola da bilməz”, - Putin bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm