Seyid Camal Əzimbəylidən SƏRT SÖZLƏR: "Bu, Azərbaycanın təhlükəsizliyinə qarşı qəsddir"
Bizi izləyin

Nida Təhlil

Seyid Camal Əzimbəylidən SƏRT SÖZLƏR: "Bu, Azərbaycanın təhlükəsizliyinə qarşı qəsddir"

"Azərbaycan polisinə qarşı qəsd planı bütövlükdə Azərbaycan dövlətçiliyi və milli təhlükəsizliyinə qarşı bir qəsd kimi qiymətləndirirəm".

Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli ötən gecə Gəncədə baş verən hadisələrə münasibət bildirərkən deyib.

C.Əzimbəyli bu məsələnin birbaşa din və ya məzhəblə əlaqələndirilməsinə qarşı olduğunu bildirib:

“Səmavi dinlərin hər birində terror qətiyyətlə rədd edilir. Dini qaydalarda elan edilmiş cihad var. Ancaq Qarabağ torpaqlarımızın işğaldan azad olunması yolunda cihad edilməsi bəyəniləndir. Azərbaycan dövləti dini və milli-mənəvi dəyərlərə hər zaman sahib çıxır. Məhz qədim Gəncəmizdə sevgili Peyğəmbərimizə hörmət olaraq "İmamzadə" kompleksinin yenidən inşa edilməsi birbaşa İlham Əliyevin sərəncamı ilə həyata keçirilib. Kompleksin yenidən açılışında ölkə başçısı iştirak edərək dindarların, mənəviyyat adamlarının hər zaman hamisi olduğunu açıq şəkildə bəyan edib”.

Onun sözlərinə görə, din, məzhəb təəssübkeşliyi altında edilən çağırışlar nəinki yolverilməzdir, dinin gətirdiyi qaydalara, islamın hökmlərinə qarşı həqarətdir:

“Azərbaycan dünyəvi ölkə olsa da, milli-mənəvi dəyərlərin ən böyük təəssübkeşi İlham Əliyevdir. Ona görə də bu hadisəni qətiyyətlə pisləyirəm. Azərbaycanı İraq, Suriyaya çevirmək istəyənlərə heç bir halda fürsət verməyəcəyik. Bunun üçün dövlətin güc strukturları çalışır. Azərbaycan dövlətinin bütövlüyü bizim milli təhlükəsizliyimiz deməkdir. Dini müqavimət adı altında çağırış edənlər bilməlidirlər ki, bu heç bir halda sevgili peyğəmbərimiz və onun gətirdiyi dinə yaraşan əməl deyil. Bizlər Azərbaycan dövlətinin yanındayıq. Bizim üzərimizdə minlərlə şəhid qanı var, həmin qanların yuyulması ancaq Qarabağdakı cihaddan keçir. Bunu unudanlar bizdən deyildir. Asayişin qorunması uğrunda həlak olan polis qardaşlarımızın hər birini rəhmətlə anıram. Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunmasında fədakarlıq göstərən bütün vətənsevərlərə başsağlığı verirəm”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm