Nida Təhlil
Qarabağda dəhşətli MÜHARİBƏ BAŞLAYIR: Paşinyanın sonu, Koçaryanın... - Rusiya mediası SİRLƏRİ AÇDI
İstənilən ölkədə keçmiş prezidentin həbsi tarixi
hadisədir, xüsusilə keçmiş sabiq dövlət başçısı korrupsiya ilə
deyil, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhdlə ittiham
olunursa. Ermənistanda keçmiş prezident Robert Koçaryanın 2008-ci
il 1 mart hasdisələrinə görə məhkəmə qarşısına çıxarılması və onun
haqqında konstitusiya quruluşlunun devrilməsi ittihamı ilə iki ay
həbs qətimkanı seçilməsi görünməmiş hadisə olaraq
dəyərləndirilir.
Publika.az xəbər verir ki, Ermənistanın Xüsusi İstintaq
Komitəsi (SSS) 26 iyulda Koçaryana qarşı Cinayət Məcəlləsinin
300.1-ci maddəsi üzrə (konstitusiya quruluşunun devrilməsi)
ittihamı irəli sürdü. Koçaryanla birlikdə 2008-ci ildə Ermənistanın
yüksək hərbi komandanlıqları və baş qərargah rəisi postunu tutmuş
şəxslər də məhkəmə qarşısına çıxarıldı. Hətta iş o yerə çatdı ki,
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi
vəzifəsini icra edən erməni general Yuri Xaçaturov da məhkəməyə
gətirildi. Xaçaturov 2008-ci ildə müdafiə nazirinin müavini
işləyirdi. Həmin vaxt müdafiə naziri olan Serj Sarkisyan prezident
seçiləndən sonra Xaçaturova baş qərargah rəisi vəzifəsini həvalə
etdi. 2016-cı il “aprel müharibəsi”ndən sonra isə tutduğu vəzifədən
azad edildi və KTMT-yə katib göndərildi. Xaçaturov iyulun 28-də
gecəyarısı 5 milyon dram (təxminən 10 min dollar) girov
qarşılığında azad edildi. Görünür, İrəvan KTMT-nin işini iflic
etməyə cürət etmədi, hərçənd, Ermənistan tərəfi Xaçaturovun
vəzifəsinə baxılması təklifini KTMT üzvlərinə təqdim edib.
Ermənistan mediası yazır ki, baş nazir Nikol Paşinyan əslində şəxsi
qisas alır. Çünki 2008-ci il 1 martda gülləboran edilən və
insanların ölməsi ilə nəticələnən kütləvi nümayişdən bir gün sonra
– martın 2-də Paşinyan hüquq-mühafizə orqanları tərəfindən
axtarışda idi. 2009-cu ildə o könüllü şəkildə polisə təslim olundu
və 2010-cu ildə 7 il müddətində azadlıqdan məhrum olundu. Lakin
2011-ci ildə amnistiya ilə azadlığa çıxdı.
Lakin Koçaryan işinə təkcə Paşinyanın şəxsi qisası kimi də
baxılmır. İddialar var ki, bu xaricdən sifariş edilmiş prosesdir,
hətta prosesin arxasında Corc Sorosun dayandığına dair ehtimallar
da irəli sürülür.
Rusiyanın erməniyönümlü “eadaily” saytı yazır ki, Ermənistanda
ictimaiyyət Koçaryana ilıq münasibət sərgiləmir, lakin onun
dövründə mühüm postlara təyin edilmiş şəxslər sabiq prezidentin
əsas müdafiəçiləridir.
“Hətta Serj Sarkisyan prezident seçiləndən sonra uzun müddət
“Koçaryanın kadrı” olaraq qəbul edilib. Ermənistanda “Koçaryan
onilliyi” deyilən (1998-2008) dövr mövcuddur. Həmin dövrdə Koçaryan
Azərbaycanla müharibə apara-apara ölkənin iqtisadi inkişafına və
müəyyən sabitliyə nail olmuşdu. Ölkənin siyasi bürokratiyası buna
görə Koçaryana həmişə minnətdarlıq edib. Hesab olunur ki, Koçryan
Sarkisyandan daha qətiyyətli lider olub. Ehtimallar var ki,
hakimiyyətdə Koçaryan qalsaydı, Paşinyan “məxməri inqilabı” həyata
keçirə bilməzdi”, - sayt yazır.
Həbs olunan Koçaryanın ona qarşı irəli sürülmüş ittihama münasibəti
də diqqət çəkir. Keçmiş prezident iddia edir ki, onun həbsi əslində
Ermənistan siyasətinə qayıdışının qarşısını almaqdır. Həmçinin o,
“Mənim həbsim Azərbaycana hədiyyədir” deyə bildirir.
Ermənistanda növbədənkənar partlament seçkiləri gələn ilin may
ayına qədər keçiriləcək. Hazırkı hakimiyyətin elektoratı daha
çoxdur və böyük ehtimalla Paşinyan seçkidə tam qələbə ilə iqtidarın
bütün iplərini əlində toplaya biləcək.
Lakin “eadaily” saytı iddia edir ki, Koçaryanın həbsi Paşinyan üçün
çətin dövr vəd edir.
“Ermənistan Azərbaycanla yeni genişmiqyaslı eskalasiyanın
kandarındadır. Erməni hərbiçilər cəbhə xəttində indiyə qədər
görünməmiş sakitlik olduğunu deyirlər. Lakin bu aldadıcıdır.
Ermənistanda sabiq prezidentin “konstitusiya quruluşunun
devrilməsi” ittihamı ilə həbsi Bakıya dəqiq siqnaldır ki, onun
rəqibi qeyri-stabil vəziyyətdədir. Əgər Bakı Rusiyanın Paşinyana
mənfi münasibətindən istifadə etmək istəsə, Ermənistan ağır
zərbələrlə üzləşəcək”, - deyə sayt iddia edir.
Məqalədə diqqət çəkən məqamlardan biri İrəvanda yeni hakimiyyətin
Qarabağla bağlı üzləşdiyi məqamdır.
Sayt yazır ki, Qarabağda yeni müharibənin erməni cəmiyyətini
birləşdirəcəyi hesab olunur: “Lakin “məxməri inqilab”dan sonra
erməni cəmiyyətinin Qarabağa münasibəti ətrafında vəziyyət dəyişdi.
Paşinyan Olimpə çıxmamışdan öncə Ermənistanın siyasi elitasında
Koçaryan və Sarkisyanın Qarabağın qoruyucusu hesab olunurdu.
Qarabağ amili Koçaryan və Sarkisyan üçün də hakimiyyətin mənbəyi
olub. Qarabağdan gəlmə olan bu şəxslər hakimiyyəti saxlamaq üçün bu
amildən istifadə etsələr də, onların varlığının Qarabağın
Ermənistanda qalmasına imkan verdiyi haqda da rəy mövcud idi.
Paşinyanın gəlişi ilə bu amil siyasi vektorunu dəyişdirdi. Bu, onu
göstərir ki, İrəvanda mövqeləri zəifləyən “Qarabağ klanı”
Azərbaycanla müharibənin yenilənməsinə hakimiyyət Olimpinə qayıdış
kimi baxırlar. Bu baxımdan, Koçaryanın həbsi Ermənistanda
“əksinqilabi” proseslərin işə salınmasına siqnal ola bilər. Bununla
yanaşı, Qarabağda yeni müharibənin ilkin mərhələsində Paşinyanın
uğursuzluğu onun daxili rəqiblərinin marağında ola bilər”.
Görünür, İrəvanda daxili vəziyyət olduqca qarışıqdır. 20 il
hakimiyyətdə olan “Qarabağ klanı”nın siyasi kuluarlarda
tərəfdarları kifayət qədərdir və onların lazımi şəraitdə klanın
hakimiyyətə qayıdışını təmin edəcək addım atması ehtimalı
yüksəkdir. Paşinyanın siyasi Olimpdən uçuruma endirilməsinin yeganə
yolu isə onun Qarabağ müharibəsində məğlubiyyətindən keçir. Ehtimal
ki, Qarabağda mümkün müharibədə ermənilər daxili cəbhədə də
döyüşməsi olacaqlar.
Asif
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?