Nida Təhlil
Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir
2018-ci ili başa vurduq. Bu il Azərbaycanın inkişafında
xüsusi dövr olaraq qiymətləndirilə bilər. Xüsusilə dünyada ciddi
kataklizimlərin yaşandığı dövrdə ölkə iqtisadiyyatında müsbət
saldonun qeydə alınması, aparılan islahatlar və gələcəyə
hesablanmış düşünülmüş addımlar diqqət çəkdi.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı
münasibətilə xalqı təbrik edən Azərbaycan Prezidenti İlham Əliyev
ötən il görülən işlərdən və əldə edilən uğurlardan danışdı. Dövlət
başçısı diqqətə çatdırdı ki, Azərbaycan nəinki regionun,
Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir.
Mövcud mənzərə aparılan siyasət nəticəsində Azərbaycanın qlobal
nəqliyyat şəbəkəsinin əsas açarına çevrildiyini təsdiq edir.
Publika.az Azərbaycanın iştirak etdiyi Avrasiyanın
ən önəmli nəqliyyat layihələrini təqdim edir:
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi
Rusiya, Azərbaycan və İranın birgə həyata keçirdiyi bu layihə
Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar
göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz
Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının
Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz
limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait
yaradacaq.
Nəqliyyat dəhlizi ilə bağlı işlərin birinci mərhələsi artıq başa
çatıb. Azərbaycan ərazisində olan hissəsi isə istismara tam
hazırdır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə
Azərbaycan, Rusiya Federasiyası və İran deyil, eləcə də ixrac-idxal
əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artırmaq
istəyən digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol
oynayacaq.
Rusiya Gömrük Akademiyasının rəisi, professor Vladimir Mantusov
hesab edir ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi beynəlxalq
yükdaşımalarda xərclərin azalmasına səbəb olacaq.
Diqqət çəkən məqamlardan biri də odur ki, ölkələr arasında mütəmadi
konteyner əlaqəsinin təmin edilməsi üçün
Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutunun
yaradılması planlaşdırılır.
Latviya Nəqliyyat Nazirliyinin məlumatına görə, bu marşrut
“Şimal-Cənub” layihəsi çərçivəsində fəaliyyət göstərəcək.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi “Latviya Dəmir Yolları”
QSC qismində Latviyanın logistika sahəsinin prioritetləri
siyahısına daxildir. Mütəmadi konteyner əlaqəsinin təmin edilməsi
üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutu
yaradılır. Təklif olunan logistik qərarın Hindistandan Avropaya
effektiv, etibarlı və sürətli yük axınını təmin edəcəyi nəzərdə
tutulur. Latviyanın logistik xidmətləri və üstünlüklərindən
istifadə etməklə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi
istiqamətində Baltika və Şimali Avropa, eləcə də Şərqi və Qərbi
Avropa regionu ölkələrinə çıxış yaranır”, - məlumatda
vurğulanır.
Latviya Azərbaycanı Avrasiya məkanında yeni nəqliyyat
marşrutlarının inkişafı baxımından çox mühüm tərəfdaş hesab
edir.
Azərbaycandan iki çox vacib beynəlxalq nəqliyyat dəhlizi keçir –
Hindistan, İran, Azərbaycan, Rusiyanın şimal-qərbi və Baltik dənizi
regionunu birləşdirən “Şimal-Cənub” dəhlizi, həmçinin Yeni İpək
Yoluna daxil olan, Xəzər və Qara dəniz regionları arasında strateji
əlaqə yaradan TRACECA – Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi. Bu,
Azərbaycanın yükdaşımanın inkişafı baxımından əla perspektivlərinin
olduğunu göstərir. İranla dəmir yolu xəttinin inkişafı
“Şimal-Cənub” dəhlizini möhkəmləndirəcək, artıq istifadəyə verilmiş
Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq-Qərb istiqamətini inkişaf
etdirəcək.
Latviya Nəqliyyat Nazirliyi hesab edir ki, Azərbaycan və Latviya
arasında logistik tədarük zəncirinin inkişafı üçün yeni imkanlar
Çinin “Bir zolaq, bir yol” təşəbbüsünü yarada bilər: “Latviya
Azərbaycana Şimal-Cənub və Şərq-Qərb istiqamətlərindəki logistik
marşrutlarını bizim dəmir yolları və limanlarımız vasitəsilə Şimali
və Qərbi Avropa bazarlarına çıxış əldə etməklə təkmilləşdirməyi
təklif edə bilər”.
Göründüyü kimi, dünyanın nəqliyyat şəbəkəsinin ürəyinə çevrilən
Azərbaycan artıq Uzaq Şərqdən Uzaq Qərbə qədər uzanan bütün
yolların birləşdirici faktorudur.
“Bakı-Tbilisi-Qars”
Bu nəqliyyat layihələrindən biri də “Bakı-Tbilisi-Qars” (BTQ)
dəmiryoludur.
Rusiya Siyasi İnformasiya Mərkəzinin analitiki İvan Pyatibratov
hesab edir ki, BTQ irimiqyaslı dəmiryol layihəsinin
reallaşdırılması Avropa ölkələrində Azərbaycana maraq oyadır, bu
isə Bakıya yeni nəqliyyat marşrutlarının açılması perspektivlərini
vəd edir.
“Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Bakı yox, həm də bütün region
qarşısında ciddi iqtisadi perspektivlər açır. Rumıniya tərəfinin
təklif etdiyi Xəzər-Qara dəniz nəqliyyat dəhlizi təşəbbüsü
düşünülmüş addımdır. Bu fikrin reallaşdırılması layihənin bütün
iştirakçılarının maraqlarına uyğun olacaq. Əlbəttə, Cənubi Qafqazın
əsas qüvvəsi olan Azərbaycan üçün bu, həm maliyyə, həm də siyasi
bonuslar vəd edir. Perspektivdə Azərbaycan Mərkəzi Asiya, Xəzər və
Qara dəniz regionları arasında nəqliyyat qovşağına çevrilə bilər.
Bakı-Tbilisi-Qars layihəsi yüklərin tranziti üçün yeni istiqamət
qismində Rusiya tərəfi üçün də maraqlıdır”, - deyə o bildirib.
Artıq BTQ vasitəsilə yüklərin daşınması prosesi başlayıb. Misal
üçün, “Maqnitiqorsk Metallurgiya Kombinatı” (MMK) PSC Türkiyəyə
metal məhsullarının çatdırılması üçün BTQ marşrutundan istifadə
edib.
Şirkətin məlumatına görə, “Azərbaycan operatoru “ADY Express” ilə
birlikdə, bu marşrut ilə ildə 250 min ton metal məhsullarının və ya
“MMK Metalurji”nin isti yayma rulonunda tələbinin üçdə bir
hissəsinin çatdrılması imkanı hazırlanır”. Məlumatda deyilir ki,
ümumi çəkisi 120 ton olan 4 ədəd konteyner, “Maqnitiqorsk
Metallurgiya Kombinatı”nın Türkiyədəki törəmə müəssisəsinə
çatdırılıb. Metal məmulatı olan vaqonlar 17 gün ərzində 5 min km
məsafədə qət edib. Şirkət bildirir ki, Bakı-Tbilisi-Qars dəmir
yolundan istifadə edilməsi, “Maqnitoqorsk Metallurgiya Kombinatı”na
İskəndərunda yerləşən və özünəməxsus liman vasitəsi ilə Yaxın Şərq,
Afrika və Avropaya məhsulunu nəql etməsinə əlverişli şərait
yaradır.
Burada Qazaxıstan Dəmir Yollarının İdarə heyəti sədrinin müavini
Maksat Kabaşevin açıqlaması da xüsusi diqqət çəkir.
M. Kabaşev deyir ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun
(TBNM) mərkəzi hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi
əhəmiyyəti yüksəkdir.
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu regionunda əmtəə
dövriyyəsinin artım potensialı 2020-ci il üçün 646-922 milyard
dollar təşkil edir ki, bu da yük potensialında 300 min konteynerə
bərabərdir. Marşruta istiqamətlənən yük bazasını Avropa, Çin və
Türkiyə ticarət tərəfdaşlarının bazarları təmsil edir. Marşrutun
səmərəliliyi yük axınının artması, həmçinin gələcəkdə Marmaray yük
tunelinin istifadə edilməsi və Avropanın Pan-Avropa dəhlizləri
sisteminə qoşulmaqla artacaq. Dəmir yolu qatarlarının İstanbula
birbaşa çıxışını təmin etmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
tikintisi başa çatdıqdan sonra Mersin limanına gələn ilk qatar
Qazaxıstan taxılını gətirib. 2018-ci ilin yanvarından iyununadək
sözügedən marşrutla Qazaxıstanın 1073 konteynerlik taxıl yükləri
daşınıb”.
Göründüyü kimi, Azərbaycan Avrasiyanın nəqliyyat şəbəkəsinin əsas
açarıdır. Bu, Prezident İlham Əliyevin uğurlu siyasətinin
bəhrəsidir.
Publika.az
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO