Nida Təhlil
Ən QORXUNC SSENARİ, Ermənistan Naxçıvan İSTİQAMƏTİNDƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Qarşıdakı dönəmdə Ermənistanın yeni hakimiyyəti ilə qarşıdurma vəziyyətində olacağı gözlənilən Dağlıq Qarabağın separatçı rejimdən Nikol Paşinyana qarşı növbəti addım gəlib. ABŞ “Patriot” raket hücumundan müdafiə sistemlərinin satışı üçün Türkiyəyə təklif göndərib. ABŞ Prezidenti Donald Tramp ordunun Suriyadan çıxarılması ilə bağlı açıqlama verib. Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının cinayətində şübhəli bilinən 11 nəfərin mühakiməsinə başlayıb. Vaşinqton casusluqda şübhəli bilinərək Moskvada saxlanılan ABŞ vətəndaşı Pol Uilanın təcili qaytarılmasını tələb edəcək.
Azərbaycan Ordusu Qarabağa gedən bütün əsas yolları nəzarətdə saxlayır. Bu barədə keçmiş erməni kəşfiyyatçı, hərbi ekspert Vova Vartanov deyib.
Onun sözlərinə görə, Azərbaycan Naxçıvan istiqamətində uğurlu əməliyyatlar həyata keçirərək, buna nail oldu: “Ermənistan ordusu son dövrlər hərbi istiqamətdə heç bir uğur əldə edə bilməyib. Silahlanma lazımi səviyyədə deyil, ötən il Su-30CM təyyarələrinin alınacağı haqqınbda xəbərlər yayılsa da, reallıqda heç nə yoxdur. Mən əvvəldən xəbərdarlıq etmişdim ki, Azərbaycan Qarabağa gedən yolları nəzarət altına alacaq. Mənə dedilər ki, təşviş yaratma. Amma nəticədə bu baş verdi və Azərbaycan uğurlu əməliyyatlarla bizi İranla bağlayan, Qarabağ üçün əsas nəfəslik rolunu oynayan dövlətlərarası yolu nəzarətə götürdülər. Lakin bu, son deyil”.
V. Vartanov bildirib ki, Azərbaycanın hədəfi Qarabağı xarici dünyadan tamamilə təcrid etməkdir.
“Buna nail olmaq üçün Azərbaycan Ordusunun növbəti hədəfi Geqarkunik rayonu olacaq”, - deyə o bildirib.
Yeni İl ərəfəsində Ermənistanın prezidenti Armen Sarkisyan, eləcə də xarici işlər naziri Zoqrab Mnasakanyan Naxçıvanla sərhədə baş çəkib. Bu səfərlər Azərbaycan Ordusunun ötən il Naxçıvan istiqamətində uğurlu əməliyyatları fonunda diqqət çəkir. Ermənistanda bu əməliyyat gizlədilir. Lakin müxalifət qrupları Azərbaycan Ordusunun Qarabağa gedən əsas yolları nəzarətə götürdüyünü etiraf edirlər. Erməni şərhçi Hakop Badalyan İrəvan rəhbərliyinin Naxçıvanla sərhədə gəlişini 2019-cu ildə atılacaq əsas addımların işarəsi olduğunu yazıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Qarşıdakı dönəmdə Ermənistanın yeni hakimiyyəti ilə qarşıdurma vəziyyətində olacağı gözlənilən Dağlıq Qarabağın separatçı rejimdən Nikol Paşinyana qarşı növbəti addım gəlib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ötən həftəsonu Rusiyanın paytaxtı Moskvada keçirilən zirvədə Türkiyə və Rusiya Suriyada Fəratın şərqində keçirilməsi planlaşdırılan əməliyyat üçün razılığa gəldi. Bu haqda “A Haber” kanalı diplomatik mənbələrə istinadən bildirib.
Mənbəyə görə, Türkiyənin narahatlıqlarını qəbul edən Rusiya Bəşər Əsəd güclərinə “Münbiçə girmə” xəbərdarlığı edib.
Xatırladaq ki, dekabrın 29-da keçirilən zirvə görüşü 1,5 saat davam edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar və Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) başçısı Hakan Fidanla rusiyalı həmkarların görüşündə Suriyadakı proseslər müzakirə edilib.
ABŞ “Patriot” raket hücumundan müdafiə sistemlərinin satışı üçün Türkiyəyə təklif göndərib. Türkiyə səlahiyyətlilərindən alınan məlumata görə, ABŞ-dan gələn bir heyət Ankarada Müdafiə Sənayesi İdarəsi, Xarici İşlər Nazirliyi və Milli Müdafiə Nazirliyindəki həmkarları ilə danışıqlar aparır.
ABŞ Dövlət Departamenti 3,5 milyard dollar dəyərindəki “Patriot” sistemlərinin Türkiyəyə satışına 2018-ci il dekabrın 19-da icazə vermişdi. Ancaq ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri almasından imtina etməsini istəyir. Türkiyə isə Rusiya ilə razılaşdırılan “S-400” müqaviləsinin ləğv edilməsini “Patriot” satışında ilkin şərt kimi irəli sürülməsinə etiraz edir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ilin yekunları ilə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Ankara təxminən 1,5 il əvvəl “Patriot” almaq istədiyimizi məktubla ABŞ-a çatdırmışdı.
FETÖ istintaqını izləmək üçün FTB rəsmilərinin də aralarında olduğu ABŞ nümayəndə heyəti Türkiyənin Ədliyyə, Daxili İşlər və Xarici İşlər nazirliklərinin rəsmiləri ilə görüşmək üçün Ankaraya səfər edib. Görüş zamanı ABŞ-da aparılan FETÖ istintaqı və Fətullah Gülənin ekstradisiyası məsələləri müzakirə ediləcək.
Heyət Türkiyədəki rəsmi təmaslara Ankara məhkəməsindən başlayıb. Hazırda ABŞ nümayəndə heyətinin Ankara məhkəməsində aparılan FETÖ ilə bağlı məhkəmə prosesini izlədiyi bildirilir.
ABŞ Prezidenti Donald Tramp ordunun Suriyadan çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, Tramp ABŞ ordusu Suriyadan çıxsa belə, buradakı kürdləri qorumaq niyyətində olduğunu söyləyib.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə təşkil edilən kabinet toplantısında ona ünvanlanan sualları cavablandırıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Yanvarın 15-də İsrailin Baş Qərargah rəisi vəzifəsini Qadi Eyzenkotdan təhvil alacaq Aviv Koçavi yəhudi kəşfiyyatına rəhbərlik etdiyi illərdə Suriya Prezidenti Bəşər Əsədi devirməklə bağlı plan qurub. Bu iddia ilə Səudiyyə Ərəbistanının “Əlaf” nəşri yəhudi rəsmilərə istinadən yazıb.
Nəşrə məlumat verən İsrail rəsmilərinin sözlərinə görə, Koçavi Əsədin Livanda Hizbullaha verdiyi dəstək səbəbindən sui-qəsd yolu ilə devrilməsini təklif edib. O, Əsədin bölgədə İranın mövqelərini gücləndirməsindən narahatlığını dilə gətirib. İsrail hökuməti isə “tanıdığımız düşmən tanımadığımızdan yaxşıdır” məntiqi ilə hərəkət edərək təklifə müsbət yanaşmayıb.
Qeyd edək ki, 1982-ci ildə ordu sıralarına qoşulan Koçavi demək olar ki, İsrail ordusunun bütün döyüşlərinə rəhbərlik edib. 2010-cu ilin noyabr ayından 2014-cü ilin sentyabrına kimi hərbi kəşfiyyata rəhbərlik edib.
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının cinayətində şübhəli bilinən 11 nəfərin mühakiməsinə başlayıb. Bu barədə Səudiyyə Ərəbistanının Baş Prokurorluğundan informasiya yayılıb.
Məlumata görə, Camal Qaşıqçının cinayətində əli olan 5 nəfər barəsində edam tələb edilib.
Geosiyasət, geostrateq və siyasi risklər üzrə fransalı mütəxəssis Nikolya Tenzer 2019-cu il üçün dünyanı gözləyən əsas təhlükə və riskləri açıqlayıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ-ın Müdafiə Nazirliyinin başçısının vəzifələrinin müvəqqəti icraçısı Patrik Şanaxan hərbi xidmət rəhbərləri ilə qapalı görüş keçirib. İdarədəki mənbəyə istinadən “Military.com” portalının məlumatına görə, Şanaxan Çin barəsində siyasətin Pentaqon üçün prioritet olacağını deyib.
Çin və ABŞ-ın bir-birinə tərəfdaş və ya rəqib olması onların nəyə can atmalarından asılıdır. Bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan deyib. Onun sözlərinə görə, Çin hər zaman özünün müdafiə xarakterli hərbi strategiyasına sadiq qalıb.
Vaşinqton casusluqda şübhəli bilinərək Moskvada saxlanılan ABŞ vətəndaşı Pol Uilanın təcili qaytarılmasını tələb edəcək. Bu haqda ABŞ Dövlət Departamentinin başçısı Mayk Pompeo söz verib.
Amerika vətəndaşı 2018-ci il dekabrın 28-də saxlanılıb. Federal Təhlükəsizlik Xidmətinin (FTX) general-mayoru Aleksandr Mixaylovun sözlərinə görə, Pol Uilanın tutulması ilə Rusiyada Amerika xüsusi xidmət orqanlarının ciddi əməliyyatının qarşısı alınıb.
Məlumata əsasən, FTX-nin İstintaq idarəsi ABŞ vətəndaşına qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə cinayət işi açılıb. Bu maddə saxlanlan şəxsin 20 ilə qədər azadlıqdan məhrum edilməsini nəzərdə tutur.
“Federal Təhlükəsizlik Xidməti heç vaxt ciddi əsaslarsız xarici agentləri saxlamır”, - Mixaylov deyib.
ABŞ-ın dövlət katibi qeyd edib ki, Birləşmiş Ştatlar keçmiş dəniz piyadaçısının tutulmasına görə Moskvadan izahatları gözləyir.
ABŞ prezidenti Donald Trampın impiçmenti imkanı hələ istina edilməyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ukraynada prezident və parlament seçkisi baş tutmayana qədər Moskva Kiyevə qarşı partizan müharibəsini davam etdirəcək. Bunu “Azadlıq” radiosuna müsahibəsində ABŞ-ın Ukraynadakı eks-səfiri Con Herbst deyib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin hələ də Ukraynadakı seçkidə rusiyayönlü qüvvələrin qələbə qazanacağına ümid edir:
“O, yanıldığına bir il sonra əmin olacaq. Yəni Radaya keçirilən seçkidən sonra o, fikrini dəyişib, Rusiyanın Donbasa aqressiyasını dayandıracaq. Seçkiyə qədər müddətdə onlar Ukraynaya qarşı partizan müharibəsini davam etdirəcəklər. Moskva seçkidən sonra mövqelərinin güclü olmadığını görüb geri çəkilə bilər”.
Kerç boğazındakı hadisə Ukraynada hadisələrin inkişafının təhlükəli ssenarisinə gətirib çıxara bilər. Bu haqda ABŞ Müdafiə Nazirliyi yanında “Rusiya bölməsi” siyasi idarəsinin keçmiş rəhbəri, analitik Mark Simakovski bildirib.
“Güclü qorxu var ki, Rusiya Krıma quru dəhlizi açmağa və Ukraynada hərbi gücünü artırmağa çalışacaq. Və bu, ən qorxunc ssenari ola bilər. Kiyev və beynəlxalq cəmiyyət buna hazır olmalıdır”, - o qeyd edib.
Simakovskinin sözlərinə görə, Rusiya Krımı qorumaq üçün bunda maraqlıdır.
Ömər Dağlı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi