Nida Təhlil
Ermənistanın türk düşmənçiliyi və KTMT QİSASI - Azərbaycanın dostları HƏDƏFDƏ
“Qazaxıstan Ermənistanın maraqlarına zərbə vurur. Görünür, Yeni il gecəsi ermənilərin Qazaxıstandakı kafesində baş verən cinayət hadisəsi onlar üçün yeni fürsətə çevrilib. Onlar Qazaxıstanı içindən zərbə vurmaq üçün fürsət güdürlər”.
Bu sözləri Publika.az-a açıqlamasında Qazaxıstanın Karaqanda vilayətində 23 yaşlı qazaxın “Qədim Roma” restoranında ermənilər tərəfindən qətlə yetirilməsini şərh edən politoloq Fikrət Sadıqov deyib.
Politoloq bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş katib postunun yenidən Ermənistana verilməməsi və təşkilatda Azərbaycanın maraqlarının Belarus və Qazaxıstan tərəfindən müdafiə edilməsi Ermənistanı qıcıqlandırır:
“Ermənilər yaşadığı hər bölgədə, hər respublikada hər zaman qalmaqal və yaxud hər hansı bir münaqişə törətmək fikrində olur. Çünki onların əsas məqsədləri cəmiyyətdə aparıcı rol oynamaq, nədənsə faydalanmaq, maliyyə baxımından zənginləşməkdir. Öz niyyətlərini həyata keçirmək üçün bütün vasitələrdən istifadə etmək iqtidarındadırlar. Azərbaycanın işğal olunmuş torpaqları və vətəndaşlarına qarşı müxtəlif dövrlərdə həyata keçirilən cinayət xarakterli hadisələr, təxribatlar buna ən böyük nümunədir. İndi isə Qazaxıstan bu hadisələrin obyektinə çevrilib. Burada ermənilərin törətdiyi münaqişələr xarici qüvvələrin və xüsusilə, Ermənistanın rəhbərliyinin maraqlarına xidmət edə bilər. Onlar maraqlıdır ki, Qazaxıstanda belə təxribatlar baş versin. Ona görə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postuna erməni nümayəndənin seçilməməsində Belarus və Qazaxıstanın xüsusi rolu var. Qazaxıstan Ermənistanın maraqlarına zərbə vurur. Görünür, Yeni il gecəsi ermənilərin Qazaxıstandakı kafesində baş verən cinayət hadisəsi ermənilər üçün yeni fürsətə çevrilib. Onlar Qazaxıstanı içindən zərbə vurmaq üçün fürsət güdürlər. Düşünürəm ki, ölkə rəhbərliyi bu məsələyə laqeyd yanaşmayacaq. Əks təqdirdə belə təxribatların davam etməsi istisna deyil”.
Zümrüd
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”