Nida Təhlil
Nəsirzadədən MÜHARİBƏ ANONSU, ərazilərin qaytarılması ÜÇÜN… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampa zəng edib. ABŞ-ın Suriyanın şimalında təhlükəsiz zona üçün Türkiyəyə təklif etməyi düşündüyü 3 ayrı planın detalları məlum olub. İsrailin Hərbi-Hava Qüvvələri Suriyaya aviazərbələr endirib. Suriyanın Haseke şəhərində ABŞ/PKK hərbi kolonuna hücum olub. Avropa İttifaqı Skripal insidentinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Böyük Britaniyanın Baş naziri Tereza Mey bu gün parlamentə “Brexit” üzrə yenilənmiş planı təqdim edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampa zəng edib. Ərdoğan telefon danışığı zamanı vaxt itirmədən Menbiçdə təhlükəsizliyi təmin etməyə hazır olduqlarını bildirib.
İki lider həmçinin İŞİD-in sağ qalmış üzvlərini məhv etmək və yenidən ortaya çıxmasının qarşısını almaqla bağlı razılığa gəliblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasındakı telefon danışığında Suriyanın şimal-şərqində 2 ölkənin də təhlükəsizliklə bağlı qayğılarını aradan qaldıracaq həll yollarının axtarılması ilə bağlı razılıq əldə olunub. Bu barədə Ağ Ev sözçüsü Sara Sanders açıqlama verib.
ABŞ-ın Suriyanın şimalında təhlükəsiz zona üçün Türkiyəyə təklif etməyi düşündüyü 3 ayrı planın detalları məlum olub.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Suriyanın Haseke şəhərində ABŞ/PKK hərbi kolonuna hücum olub. Bu haqda AFP agentliyi bildirib.
Hücum nəticəsində 5 PKK terrorçusu ölüb, 2 amerikalı hərbçi yaralanıb.
Qeyd edək ki, bu son bir həftə ərzində ABŞ əsgərlərinə ikinci hücumdur. Ötən həftə Münbiçdə bir restoranda partlayışın törədilməsi nəticəsində 4 amerikalı hərbçi ölmüşdü. Hücuma görə məsuliyyəti İŞİD üzərinə götürmüşdü.
İsrail onun üçün təhlükə yaradan istənilən ölkəyə cavab zərbəsi vurmağa hazırdır. Bunu Suriyaya aviazərbələrdən sonra İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Bizə zərər verməyə çalışan hər kəsi vuracağıq. Kim bizi məhv etməyə hədələyirsə, baş verəcəklərə görə tam məsuliyyət daşıyacaq”, - Netanyahu “Ramon” aeroportunun açılışı mərasimində çıxışı zamanı bildirib.
İsrailin Hərbi-Hava Qüvvələrinin Suriyaya aviazərbələri tələfata səbəb olub. Bu haqda Rusiya Milli Müdafiə İdarəsindən bildiriblər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
İsrailin Suriyada İran İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) aid hədəfləri vurmasından sonra İran Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Əziz Nəsirzadə Təl-Əvivi təhdid edib. İranlı general İsraillə döyüşmək və onları məhv etmək səbrsiz olduqlarını bildirib.
“Hava qüvvələrindəki gənc insanlar tamamilə hazırdır, sionist rejimlə döyüşmək və onları Yer üzündən silmək üçün səbrsizik”, - Nəsirzadə söyləyib.
Əfqanıstanda Vardak mərkəzi əyalətində hərbi bazaya Taliban hərəkatının hücumu nəticəsində 126 hərbçi həyatını itirib. Bu haqda “Röyters” agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib.
“Tolo News” telekanalının məlumatına görə, hücum edənlərdən 3-ü məhv edilib, 4-cü döyüşçü isə avtomobildə partlayıcı qurğunu işə sala bilib.
Avropa İttifaqı Skripal insidentinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri və onun müavininə qarşı tətbiq olunub.
Rusiya Avropa Şurası ilə münasibətlərin inkişafı üçün bütün variantları, o cümlədən qurumu tərk etməyi nəzərdən keçirir. Bu sözləri Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Bizim üçün siyasi motivli diskriminasiya qəbuledilməzdir. Bu gün biz mümkün fəaliyyətlərimiz baxımından bütün imkanları, o cümlədən Avropa Şurasından çıxmaq imkanını nəzərdən keçiririk”, - diplomat bildirib.
Böyük Britaniyanın Baş naziri Tereza Mey bu gün parlamentə “Brexit” üzrə yenilənmiş planı təqdim edəcək. Meyin “Brexit” üzrə yeni planının detalları açıqlanmır, ancaq KİV gözləyir ki, leyboristləri öz tərəfinə cəlb etmək üçün baş nazir öz mövqeyini əhəmiyyətli dərəcədə dəyişdirməli olacaq.
Təkliflər üzrə müzakirə və səsvermə yanvarın 29-da İcmalar Palatasında planlaşdırılıb.
Qeyd edək ki, Britaniya parlamentariləri yanvarın 15-də Brüssel ilə ölkənin Avropa İttifaqından çıxması haqqında sövdələşməyə qarşı çıxıb. İcmalar Palatasının 202 üzvü sənədin lehinə, 432-si isə əleyhinə səs verib.
Dövlət başçısı olacağı halda, Donbasda atəşin dayandırılması haqqında Rusiya tərəfiylə razılaşmağa çalışacaq. Bunu “Ukrainskiy Pravda” qəzetinə müsahibəsində Ukrayna prezidentliyinə namizəd, şoumen Vladimir Zelenski bildirib.
“Hər şeydən əvvəl istəyirəm ki, atəş dayandırılsın. Bu razılaşma, düşünürəm ki, çox da çətin deyil. Fikrimcə, razılaşmaq olar. Birinci, öldürməyi dayandırmaq lazımdır. İnsanlarımızı qorumaq əhəmiyyətlidir”, - o deyib.
Prezidentliyə namizədin sözlərinə görə, Minsk razılaşmalarına ümid bəsləyir. Bununla belə, Zelenski Donbasda döyüşçülərin amnistiyası haqqında istənilən təklifi rədd edib: “Onlar bizim insanlarımızı öldürürdülər. Əlbəttə, heç kəs buna getməyəcək!”
“Bütün əraziləri qaytarmaq üçün hər şeyi maksimal etmək lazımdır”, - o əlavə edib
Ukrayna prezidentliyinə namizəd Anatoli Qritsenko seçkilərdə qələbə qazanacağı halda, Donbasın necə qaytarılacağını açıqlayıb. Bu haqda onun saytında dərc edilmiş seçkiqabağı proqramda deyilir.
Siyasətçi Donbasın Ukrayna hakimiyyətinin nəzarəti altına qaytarılması üçün hərbi variantı da istisna etməyib.
“Donbasın təslimçi qayıdışı olmayacaq. İşğal edilmiş ərazilər “xüsusi statuslar”sız diplomatik, hərbi, iqtisadi, sanksiyalar və xarici partnyorlarla birgə qaytaracağıq. Bunu 5 illik prezident müddəti ərzində həyata keçirmək mümkündür”, - Qritsenkonun proqramında deyilir.
Ömər Dağlı
-
MDB16:22
Bu türk dövlətində 4 terror aktının qarşısı alındı
-
Sosial16:03
Ziya Hacılıya yüksək vəzifə verildi
-
Magazin115:16
Bu məşhurlar Elgizin qohumu imiş - VİDEO
-
Rəsmi xronika14:12
İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz13:33
Paşinyan telefondakı intim yazışmaları oxudu və... - İrəvanda siyasi böhran
-
Dünya13:21
Əks-hücum olacaq, Həma çölündə müdafiə xətti gücləndirilir: Xəritə dəyişəcək
-
İdman12:40
Messi ilə bağlı unikal faktlar: Pepi qəzəbləndirib, qorxuya belə qalib gəlib - FOTOLAR
-
Kriminal12:15
Azərbaycanda qadından bacılarına qarşı ŞOK İDDİA: "Biri ərimlə yatdı, digəri isə..."