Nida Təhlil
Ərazilərin QAYTARILMASI FORMULU, 1994-cü İLDƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşün detallarını açıqlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib. ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampa Birləşmiş Ştatları NATO-dan çıxarmağı qadağan edən qanun layihəsini qəbul edib. Moskva İsraili Suriya ərazisinə zərbələri dayandırmağa çağırıb. İran öz karbohidrogen ehtiyatlarının satışı üçün əlavə kanallardan istifadə edir.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüşündən danışıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bir araya gəldiyi görüşün detallarını açıqlayıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ermənistan-Rusiya əlaqələrindəki gərginlik bu iki ölkənin münasibətlərini əhəmiyyətli şəkildə poza bilər. Bu iddia ilə “Stratfor” şirkəti çıxış edib.
Şirkət həmçinin ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun oktyabrda Ermənistana səfəri və onun burada silah satışıyla bağlı verdiyi bəyanatın da Rusiya-Ermənistan münasibətlərinə təsir göstərdiyini iddia edib:
“Ermənistan-Rusiya tərəfdaşlığının digər sferaları, o cümlədən enerji sektorunda da fikir ayrılığı var. Fikir ayrılığı Ermənistan-Rusiya hərbi əlaqələrini də təhdid altında qoyur. Əgər iki ölkənin münasibətləri pisləşməyə davam etsə, digər qüvvələr, o cümlədən ABŞ, İran və Türkiyə Qafqaz ölkələrinə müdaxilə edə biləcək və Rusiyanın mövqeyini zəiflədəcək. Moskva və İrəvan arasında fikir ayrılığından istifadə edərək, digər ölkələr yaranmış gərginliyi daha da gücləndirə və ümumilikdə regiondakı mövqelərini yaxşılaşdıra bilərlər”.
Kiprin yunan hissəsi ilə razılaşaraq adanın qərbində təbii qaz axtarışları aparan İtaliya, Fransa, İngiltərə, Almaniya və Malta bayraqlı 7 gəmi Türkiyənin döyüş gəmiləri tərəfindən bölgədən uzaqlaşdırılıb. Bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb. Türkiyə liderinin rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarında əsas müzakirə mövzusu Suriya olacaq. Danışıqlar Türkiyənin Suriyanın şimalında həyata keçirməyi planlaşdırdığı əməliyyatla bağlı bir sıra suallara cavab tapa bilər. Prezidentlər ABŞ qoşunlarının çıxarılmasından sonra Suriyada vəziyyət üzrə mövqelərini uyğunlaşdırmağa çalışacaqlar.
Ərdoğan daha əvvəl bildirib ki, görüşdə müzakirə məsələlərdin biri Suriya-Türkiyə sərhədində bufer zonasının yaradılması olacaq.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
İran öz karbohidrogen ehtiyatlarının satışı üçün əlavə kanallardan istifadə edir. Bu haqda ölkə prezidenti Həsən Ruhani hökumətin iclasında bildirib.
“Xoşbəxtlikdən, karbohidrogen ehtiyatlarının ixracı üçün müxtəlif yollar var və onlardan fəal istifadə edirik. Biz ABŞ-ın sanksiyalarından yayınırıq”, - prezident deyib.
Ruhaninin sözlərinə görə, bütün ölkələr bilir ki, amansız və qanunsuz sanksiyalar hər hansı şəxs, dövlət təşkilatı və ya müəssisəyə qarşı deyil, İran xalqına qarşı yönəlib. Prezident əlavə edib ki, Tehran İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 4 layihəsini təsdiqləməklə ABŞ-ın maliyyə və bank üzrə planı zərərsizləşdiriləcək.
“İsrail ilə Fələstin arasındakı ana fərqləri həll edə, dünyanı uzun müddətdir narahat edən problemlərin öhdəsindən gəlmək üçün hər iki tərəfin bir araya gəlməsini təmin edə biləcəyimiz bir nöqtədəyik”. Bu sözləri ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.
İsveçrədə keçirilən 49-cu Davos Dünya İqtisadi Forumuna video-konfrans vasitəsilə qatılan Pompeo ona ünvanlanan sualları cavablandırıb.
Fələstinlə İsrail arasında sülhün təmin edilməsi planına dair suala cavab verən dövlət katibi “Əsrin razılaşması” adı verilən layihəyə işarə edərək ABŞ prezidenti Donald Trampın kürəkəni Cerard Kuşner ilə beynəlxalq müzakirələr üzrə xüsusi təmsilçi Ceyson Qrinboltun məsələ üzərində birgə işlədiyini və sülhün təmin edilməsi üçün əhəmiyyətli addımlar atdığını bildirib. O qeyd edib ki, Fələstin və İsrail hansısa yollarla masaya oturmalıdır. ABŞ isə bu prosesdə tərəflər arasında yaxşı münasibətlərin qurulmasına çalışacaq.
Moskva İsraili Suriya ərazisinə zərbələri dayandırmağa çağırır və regionda düşmənçilik atmosferinin artmasının nəticələri haqqında xəbərdarlıq edir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Biz bu məsələ üzrə mövqeyimizi dəyişdirmədik. Suveren dövlətin ərazisinə zərbələrin vurulması təcrübəsi, indiki halda Suriyadan söhbət gedir, dayandırılmalıdır”, - Zaxarova brifinqdə deyib.
Rusiyanın xarici siyasət idarəsinin nümayəndəsi qeyd edib ki, Moskvanın qiymətləndirməsinə görə, regionda düşmənçilik atmosferinin gərginləşməsi İsrail də daxil olmaqla Yaxın Şərq dövlətlərindən heç birinin milli maraqlarına cavab vermir.
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampa Birləşmiş Ştatları NATO-dan çıxarmağı qadağan edən qanun layihəsini qəbul edib. Qanun layihəsi Demokratlar Partiyası tərəfindən təqdim edilib. Səsvermədə 357 nəfər qanun layihəsinin lehinə, 22 nəfər əleyhinə çıxıb. Sənədin müəllifi, demokrat konqresmen Cim Panetta qeyd edib ki, "NATO-ya dəstək haqqında" qanun layihəsi prezidentə bu addıma görə büdcə vasitələrindən istifadəni qadağan edir.
Qeyd edək ki, ABŞ 1949-cu ildə NATO-nu yaradan 12 ölkədən biri olub.
Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmaqla bağlı ABŞ-ın dəlilləri kasaddır. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkov 9M729 raketi üzrə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni pozmur. Rusiyalı diplomat qeyd edib ki, Vaşinqton müqavilədən çıxamaq haqqında qərarının qəti olduğu barədə ikitərəfli diplomatik kanallarla Moskvaya xəbərdarlıq edib.
Qeyd edək ki, son illərdə Moskva və Vaşinqton müqavilənin pozulmasında bir-birini daim ittiham edir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ Prezidenti Donald Tramp Çinə münasibətdə öz sərt mövqeyindən imtina etməyə hazırlaşmır. Bu məlumatı “Röyter” agentliyi ABŞ Prezidentinin müşavirlərinə istinadən yayıb. Rəsmi Vaşinqton hələ də Çin məsələsində onu narahat edən problemlərin həll edilmədiyini bildirib.
Məlumata görə, Tramp administrasiyası təkcə ticarət disbalasının ortadan qaldırılması yox, ümumilikdə Çin iqtisadiyyatının strukturu ilə bağlı dərin məsələlərin həllinə də diqqətini yönəldib.
Agentliyə danışan Ağ Evin Milli İqtisad Şurasının rəhbəri Lourens Kadlou Tramp üçün hazırda əsas prioritetin Çinin intellektual mülkiyyət oğurluğunun qarşısını almaqdan ibarət olduğunu deyib. Onun fikrincə, Asiya ölkəsinin rəhbərliyi Qərb şirkətlərinin Çinə girişinə əsas şərt kimi xarici investorların öz texnologiyalarından çinli tərəfdaşlarına istifadə haqqını qoyur ki, bu da problemlər yaradır.
ABŞ-ın xüsusi xidmət orqanları ən mürəkkəb və müxtəlif təhdidlərə qarşı durur. Bu haqda ABŞ kəşfiyyatının yeni strategiyasının təqdimatında Milli Kəşfiyyatın direktoru Daniel Kouts bildirib.
Sözügedən təhdidlərin bir hissəsi keçmiş rəqiblərdir: Rusiya, Çin, Koreya Xalq Demokratik Respublikası və İran. Bundan başqa, bir çox qeyri-dövlət subyekti və terror təhlükəsi qeyd edilib. Bunlara hibrid, asimmetrik hərbi, iqtisadi və siyasi sferada olan təhdidlərdir.
Yeni strategiya hər dörd ildən bir dərc edilir. Strateji hədəflərin yer aldığı 36 səhifəlik sənəd praktik olaraq dəyişməyib. Ancaq yeni strategiyada XXI əsr üçün münasib hərəkətlərin yeni yanaşmasından danışılır. Bildirilir ki, ABŞ kəşfiyyatı cəmiyyəti daha “elastik” olmalı və ən qabaqcıl texnologiyalardan istifadə etməlidir.
Ukrayna Budapeşt memorandumunun müzakirəsinə qayıtmalıdır. Bu haqda Ukraynanın “Batkivşina” partiyasının lideri, prezidentliyə namizəd Yuliya Timoşenko bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər Dağlı
-
Sosial13:00
Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ
-
Sosial12:30
Onlar da əmək pensiyası alacaq
-
Yaxın Şərq11:42
Üç ssenari: Suriyanın taleyi necə olacaq?
-
Avropa11:18
Almaniyada əhaliyə müraciət edildi: Hücum gözlənilir, ərzaq ehtiyatı tutun
-
Sosial10:51
Hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddi endirilir - İnqilabi QƏRAR
-
Qoroskop09:48
2025-in ən bəxtsiz bürcləri: Biri boşanacaq, digəri pulsuz qalacaq, o biri...
-
Dünya09:24
Moskva Suriya müxalifəti ilə masaya oturdu: görün nə tələb etdilər
-
Səhiyyə09:00
Bağırsaq sağlamlığı üçün ƏN FAYDALI QİDALAR - Arıqlamağa da kömək edir