Sülh əvəzinə ƏRAZİLƏR, martda Qarabağda... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Sülh əvəzinə ƏRAZİLƏR, martda Qarabağda... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanın baş naziri Nikol Paşinyan Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü haqqında danışıb. Ermənistan KİV-i Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə “Bolton planı”nın olduğuna dair iddia ortaya atıb. ABŞ Venesuelada yaşanan böhrana görə BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb. ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə riayət edilməsi üzrə tələblərin yer aldığı sənədi Rusiyaya verib. Ukrayna Ali Radasının deputatı Kuban və Qafqazı Moskvanı Qafqaz və Kubanı güc yolu ilə almaqla hədələyib.

“Bu sadəcə ünsiyyət idi, nə Əliyev, nə də mən nəticələri gözləmirik, heç bir nəticə nəzərdə tutulmur. Biz sadəcə danışırdıq”. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü haqqında danışarkən deyib.

Paşinyan qeyd edib ki, görüşdə əlbəttə Dağlıq Qarabağ məsələsi müzakirə edilirdi: “Lakin bu rəsmi danışıq deyildi, biz sadəcə problem haqqında, bu məsələnin bizim xalqlarımız tərəfindən necə qəbul edildiyi haqqında danışırdıq”.

Paşinyan görüşdə ərazilərin qaytarılması məsələsinin müzakirə edildiyini təkzib edib.

“Mən bildirdim ki, Ermənistanın adından danışıram, Qarabağın adından yox, - deyən erməni baş nazir əvvəlki mövqeyini səsləndirib. Lakin o, danışıqların bütün detallarını aça bilməyəcəyini də əlavə edib.

Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın rolu azaldılıb. Əvvəl “Lavrov planı” haqqında danışılırdısa, indi “Bolton” planından söhbət gedir. Bu fikirlər Ermənistanın “Yerkramas” nəşrində dərc olunan “Böyük oyunun kiçik detalı” başlıqlı məqalədə qeyd edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Martda liderlər Qarabağ münaqişəsi üzrə razılaşmanı imzalaya bilərlər”. Bu barədə rusiyalı politoloq Modest Kolerov Ermənistanın “Joxovurd” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, sənəd çoxdan mövcuddur, sadəcə olaraq mart ayında imzalanacaq.

Qeyd edək ki, rusiyalı politoloq Stanislav Tarasov isə iyun ayına qədər Qarabağ üzrə razılaşmanın imzalanacağını iddia etmişdi.

Ermənistanın Baş naziri Nikol Paşinyan Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən əvvəl Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyaa zəng edərək onunla məsləhətləşib. “Past” qəzetinin yazdığına görə, Davosdakı görüş təsadüfi bir görüş deyildi. Liderlərin görüşü yanvarın 16-da Parisdə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyinin başçıları - Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın dördsaatlıq görüşünün gedişatında müzakirə edilmiş və planlaşdırılmışdı.

Xatırladaq ki, İlham Əliyev və Nikol Paşinyan arasında qeyri-rəsmi görüş yanvarın 22-də keçirilib. Görüş 1,5 saat davam edib.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Fərat çayı və Münbiç bölgələrində məskunlaşan PKK/PYD/YPG terror qruplaşmalarına qarşı təşkil etdiyi hərbi hərəkatın başlanması artıq an məsələsinə çevrilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Venesuelada yaşanan böhrana görə BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb. Bu barədə ABŞ-ın BMT-dəki daimi təmsilçiyinin sosial media hesabından informasiya yayılıb.

Şənbə günü səhər saat 09:00-da keçiriləcək toplantıya dövlət katibi Mayk Pompeonun da qatılacağı gözlənilir.

Venesuela prezidenti Nikolas Maduro Ali məkəmədə çıxışı zamanı vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib. "Mən heç vaxt vətən qarşısındakı öhdəliklərimdən imtina etməyəcəyəm, bunu heç vaxt etməyəcəyəm", - deyə o bildirib.

ABŞ və Çin arasında Soyuq müharibə gedir. Bu rəqabət hər an qaynar müharibəyə çevrilə bilər. Bu barədə Davosda Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan xüsusi şam yeməyində çıxış edən milyarder Corc Soros danışıb.

“Çinə qarşı təsirli bir siyasət sadəcə bir şüarla sadələşdirilə bilməz. Strategiyanın daha həssas, detallı və praktik olması lazımdır. Məsələn, Çinin “Bir qurşaq, bir yol” strategiyasına qarşı ABŞ-ın cavabı olmalıdır. Prezident Tramp təəssüf ki, bu barədə fərqli bir istiqamət götürüb. Həqiqət budur ki, qaynar müharibəyə çevrilmək təhdidi daşıyan bir Soyuq müharibədəyik”, - Soros bildirib.

ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə riayət edilməsi üzrə tələblərin yer aldığı sənədi Rusiyaya verib. Bu haqda ABŞ dövlət katibinin beynəlxalq təhlükəsizlik və silahlara nəzarət üzrə müavini Andrea Tompson bildirib.

Qeyd edilir ki, sənəd yanvarın 15-də Cenevrədə Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilə ətrafında vəziyyət üzrə danışıqlarda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkova verilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynaya Kuban və Qafqazı Rusiyadan güc yolu ilə almalı olacaq. Bunu Ukraynanın “Azov” batalyonunun keçmiş komandiri, Ali Radanın deputatı Andrey Bileskiy ZIK telekanalının efirində bildirib.

Bileskiy Qafqazda və Kubanda yaşayanların Ukrayna tərkibinə “qayıdışı”nda maraqlı olmadıqlarını, buna görə təcavüzkar addımlara müraciət etməli olacaqlarını deyib. Onun sözlərinə görə, Qafqaz “sözsüz ki, Ukrayna ərazisidir” və Kubanda milli Ukrayna şüurunun səviyyəsi kifayət qədər yüksəkdir.

Qeyd edək ki, 2014-cü ilin fevralında Ukraynada Meydan hadisələrindən sonra hakimiyyətə gəlmiş qüvvələr Rusiyaya, xüsusi halda Kuban, Belqorod, Rostov və Kursk vilayətlərinə ərazi iddialarını dəfələrlə dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm