Nida Təhlil
İrəvana ULTİMATUM, torpaqlar 2 həftə ƏRZİNDƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Qriqori Karasin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışıb. ABŞ Milli Kəşfiyyatının rəhbəri Dağlıq Qarabağ konfliktinin genişlənə biləcəyi xəbərdarlığını edib. ABŞ-ın Quru Qüvvələri Komandanlığı İraqın işğalına dair 1300 səhifəlik hesabat hazırlayıb. “Nüvə beşliyi” ölkələri Pekində yekun bəyanatı uyğunlaşdırmaqdan imtina ediblər.
Yanvarın 29-da ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.
Azərbaycan və Ermənistan liderlərinin görüşlərini alqışlayırıq, arzulayırıq ki, bu görüşlər davam etsin. Bu haqda Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin İrəvanda mətbuat konfransında bildirib.
“Görüşlər yaxşı hazırlanmalıdır ki, onlar substantiv olsun, real nəticələr və irəliləyiş gətirsinlər”, - , - Q.Karasin bu gün Yerevanda jurnalistlərə bildirib.
O, Dağlıq Qarabağ ətrafındakı beynəlxalq vəziyyətin sabit olmasının mühüm əhəmiyyət daşıdığını söyləyib.
“Bütün həmsədr ölkələr bu fikirdə həmrəydirlər ki, güc ssenariləri qəti şəkildə istisna edilməlidir. Hamı istəyərdi ki, irəliləyiş sürətli olsun. Amma realist olmaq, sağlam düşüncəyə, Azərbaycanla Ermənistan rəhbərləri arasında beynəlxalq birliyin köməyi ilə danışıqlara ümid etmək lazımdır”, - Karasin bildirib.
Dağlıq Qarabağ konflikti genişlənə bilər. Bunu ABŞ Milli Kəşfiyyatının rəhbəri Deniel Kouts Konqresdə çıxışı zamanı deyib. Qlobal təhdidlərlə bağlı hesabatını təqdim edən Kouts bu konfliktə Rusiyanın cəlb edilə biləcəyini bildirib:
“Ermənistan və Azərbaycan arasında gərginlik genişmiqyaslı hərbi konflikt üçün potensial mənbə olaraq qalır. Bu konflikt özünə Rusiyanı cəlb edə bilər”.
“Çiçəklənən Ermənistan” Partiyasının nümayəndə heyəti yanvarın 29-da Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. “Jamanak” qəzetinin yazdığına görə, səfərin məqsədi qondarma quruma öz dəstəyini növbəti dəfə ifadə etməkdir.
“Lakin, mümkündür ki, partiya elə vəziyyətə düşüb ki, onun özü Qarabağ hakimiyyətinin köməyini gözləyir. Amma bu, indiki anda çox real deyil”, - nəşr yazıb.
Qeyd edək ki, “Çiçəklənən Ermənistan” Partiyasına milyarder Qagik Çarukyan rəhbərlik edir.
“Artsax”la (Dağlıq Qarabağ – red.) Ermənistan arasında hərbi-siyasi ittifaqın bağlanması “Artsax”ın tanınmasını bildirir. Bu, Azərbaycan tərəfindən kəskin addımlara gətirib çıxaracaq”. Bu haqda “Tert.am”la söhbətində erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Qayk Naqapetyan bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Qarabağ separatçıları arasında yaxın gələcəkdə istefa dalğası davam edəcək. “Qraparak” qəzetinin məlumatına görə, qondarma rejimin “müdafiə naziri” Levon Mnatsakanyandan sonra onun müavini Samvel Karapetyan da istefaya göndərilə bilər.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi Petrik Şenaxen Suriyada İŞİD terror təşkilatının nəzarətində olan torpaqların 99,5 faiz alındığını, gələcək 2 həftə ərzində isə terror təşkilatının işğalında olan bütün torpaqların geri qaytarılacağını deyib. Şenaxen bu barədə Müdafiə Nazirliyinə təyin edildikdən sonra keçirdiyi mətbuat konfransında danışıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Suriyada Rusiyanın dəstək veridiyi “Aslan Qüvvələrinin 5-ci birliyi” və Bəşər Əsədin qardaşının rəhbərlik etdiyi İranın dəstəklədiyi “4-cü təriqət” qrupları arasında qarşıdurma yaranıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ-ın Quru Qüvvələri Komandanlığı İraqın işğalına dair 1300 səhifəlik hesabat hazırlayıb. 2003-2018-ci illərdə İraqda ABŞ-ın hərbi fəaliyyətini əks etdirən hesabatda İrana dair şok ifadələr işlədilib. İraq savaşından ABŞ-ın deyil, İranın qalib çıxdığı bildirilib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Nüvə beşliyi” ölkələri Pekində yekun bəyanatı uyğunlaşdırmaqdan imtina ediblər. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkov Pekində “nüvə beşliyi”nin görüşündə çıxışı zamanı deyib.
O, vəziyyəti çox ciddi adlandırıb. Sergey Ryabkov qeyd edib ki, dünyada konflikt potensialının səviyyəsi təhlükəli həddə çatıb.
Qeyd edək ki, “nüvə beşliyi” nüvə silahına malik ölkələrin qeyri-formal birləşməsidir. Onun tərkibinə Rusiya, Çin, Böyük Britaniya, ABŞ və Fransa daxildir.
2019-cu ildə Rusiya ilə Ukrayna arasında gərginlik arta bilər, amma Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi inandırıcı görünmür. Bunu ABŞ Milli Kəşfiyyatının rəhbəri Deniel Kouts Konqresdə çıxışı zamanı deyib. O, həmçinin Azov və Qara dəniz regionlarında da gərginliyin güclənə biləcəyini vurğulayıb.
Kouts həmçinin Rusiyanın Ukraynanın hərbi-siyasi və iqtisadi destabilizasiyasını davam etdirəcəyini, Kiyevin AB və NATO-ya inteqrasiyasına qarşı çıxacağını bildirib.
Ömər Dağlı
-
Region23:21
Dünyada cəmi iki lider var: biri mənəm, digəri isə... - Ərdoğan
-
Yaxın Şərq22:20
Moskva Suriya ilə bağlı BMT-dən görün nə tələb etdi
-
Magazin122:08
"Bir dəfə mənə yazdı ki, qarşında baş əyirəm..."
-
Yaxın Şərq21:36
İsrail iranlı alimlərin Dəməşqdəki tədqiqat mərkəzini VURDU - VİDEO
-
Magazin121:24
Bizimkilər "Pantene Altın Kelebek"də - VİDEO
-
Yaxın Şərq19:36
Üsyançılar Rusiya bazasının yerləşdiyi TARTUSDA: Əsədin atasının daha bir heykəlini yıxdılar - VİDEO
-
Magazin118:48
Anası Eminlə bağlı görün nəyi ETİRAF ETDİ - VİDEO
-
Dünya18:00
Bəşər Əsədin lüks avtomobilləri - VİDEO