Avropa İttifaqı ilə bağlı ŞOK PROQNOZ, Gürcüstana müdaxilənin ƏSL SƏBƏBİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Avropa İttifaqı ilə bağlı ŞOK PROQNOZ, Gürcüstana müdaxilənin ƏSL SƏBƏBİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə naziri David Tonoyanın bəyanatını təkzib edib. İranın ali lideri ABŞ-la danışıqların faydasız olduğunu bildirib. Vaşinqton Rusiya və Çinlə birgə Şərqi və Mərkəzi Avropada mövcudluq uğrunda rəqabət aparmaq niyyətindədir. Amerikalı investor Corc Soros Avropa İttifaqı haqqında qorxunc fikirlər irəli sürüb. Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanı terrorizmi maliyyələşdirən və çirkli pullara mübarizədə müvəfəqqiyyətsiz ölkələr siyahısına əlavə edib.

Ermənistanla İran arasında münasibətlər yüksək səviyyədədir. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Biz İranla qarşılıqlı inama əsaslanan yüksək səviyyəli münasibətlərimizi qoruyub saxlayacağıq. Bu münasibətlərdə biz üçüncü tərəfə ziyan vuran prosesin iştirakçısı olmayacağıq” – deyə o bildirib.

Qeyd edək ki, keçən ilin oktyabrında Ermənistana səfəri zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ermənistan hökumətindən İranla əlaqələri dayandırmağı, əks təqdirdə onu sanksiyaların gözlədiyini bəyan edib.

Paşinyan fevralın 27-də İrana səfər edəcək.

“Ermənistan Suriyada hərbi əməliyyatlarda iştirak etməyi planlaşdırmır”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Daha əvvəl isə müdafiə naziri David Tonoyan erməni hərbçilərinin Suriyada hərbi əməliyyatlarda iştirak edə biləcəyini söyləmişdi.

“Biz Ermənistanla Rusiyanın Suriyada birgə həyata keçirdiyi əməkdaşlıq missiyasını dəstəkləmirik”. Bunu ABŞ Dövlət Departamentindən bildiriblər.

Dövlət Departamenti Birləşmiş Ştatların Yerevandakı səfirliyi vasitəsilə Ermənistanın Suriyaya humanitar yardım göndərməsi məsələsinə münasibət bildirib. Qeyd edək ki, fevralın 8-də Ermənistan 83 nəfərlik heyətlə Suriyaya humanitar yardım göndərib.

Səddam Hüseyni devirməklə səhv etdik, İrana girməli idik. Bu sözləri Danimarkanın ifrat sağçı Xalq Partiyasının sözçüsü Soren Espersen deyib.

Espersen 2003-cü ildə Danimarkanın İraq müharibəsinə qoşulmasını yanlış adlandırıb.

“Əlbəttə, Səddam Hüseyni devirməli və bütün bu faciələrə yol açmalı deyildik. Liviyada Qəzzafi və Misirdə Mübarək kimi sekulyar liderlər Yaxın Şərqdə sabitliyi təmin edirdi. Hamısının devrilməsinə və bugünkü xaosun yaradılmasına yardım etdik. İsrailli kürəkənim də o vaxt bunu mənə söyləmişdi. İsraildə paraşütçü idi və “Yanlış ölkəyə hücum edirsiniz. İrana hücum etməlisiniz” demişdi. Onu dinləməliydim”, - Espersen bildirib.

ABŞ-la danışıqlar yalnız ziyan gətirir, Vaşinqtonla problemləri həll etmək mümkün deyil. Bu haqda İran İslam Respublikasının ali lideri, ayətullah Əli Xamenei bildirib.

“ABŞ-la hər hansı problemlərin həlli mümkün deyil. Onlarla danışıqlar maddi və mənəvi ziyandan başqa, heç nə gətirmir”, - Xameneinin rəsmi saytında dərc olunan bəyanatda deyilir.

ABŞ Senatının Kəşfiyyat Komitəsi “Rusiya işi” ilə bağlı 2 il ərzində 200-dən çox müsahibə götürməsinə baxmayaraq ABŞ Prezidenti Donald Trampın seçki qərargahı ilə Rusiya arasında razılaşma olmasına dair birbaşa sübut tapa bilməyib. Bu barədə NBC telekanalı informasiya yayıb.

Xatırladaq ki, bir çox məlumatlara görə, Tramp və komandası ilə rusiyalılar arasında 2017-ci ilin yanvarına qədər 100-dən artıq əlaqə qurulub.

ABŞ Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmaqla silahlanma sahəsində istənilən məhdudiyyətlərdən azad olmağa, mütləq hərbi üstünlüyü ələ keçirməyə cəhd edir. Bu haqda Sovet İttifaqının keçmiş prezidenti Mixail Qorbaçov “Vedomosti” nəşrinə müsahibəsində bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vaşinqton Rusiya və Çinlə birgə Şərqi və Mərkəzi Avropada mövcudluq uğrunda rəqabət aparmaq niyyətindədir. Bunu Polşa Xarici İşlər naziri Yaçek Çaputoviçlə Varşavadakı görüşündən sonra jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, səfəri ilə ABŞ-ın Mərkəzi və Şərqi Avropanın işlərinə cəlb olunduğunu göstərməyə çalışdığını bildirib. Pompeo ABŞ-ın bu regionlarda maraqlarını qorumaqda maraqlı olduğunu və yaranan boşluğu Pekinlə Moskvaya buraxmaq niyyətində olmadığını deyib.

Krım Ukraynanın tərkibinə qayıtmadığı müddətdə ABŞ Rusiya əleyhinə sanksiyaları saxlayacaq. Bu haqda BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın BMT-dəki nümayəndəsi Conatan Koen bildirib.

Onun sözlərinə görə, ABŞ Krımın Rusiyaya birləşdirilməsini dəstəkləmir və heç vaxt dəstəkləməyəcək. Amerikalı diplomat Minsk razılaşmalarının dördilliyinin müzakirəsi zamanı Moskvanı razılaşmaların tam icrasına çağırıb.

“Məhz Rusiya münaqişəyə son qoymalıdır”, - o deyib.

Koen əlavə edib ki, Donbasda Rusiya hərbçiləri və silahları var.

Amerikalı investor Corc Soros Avropa İttifaqı haqqında qorxunc fikirlər irəli sürüb. Multimilyarder Avropa İttifaqının sonunun Sovet İttifaqı kimi olacağını deyib.

Soros “MarketWatch” saytı üçün qələmə aldığı yazıda Avropa İttifaqı tərəfdaşlarını şüursuzluqdan əl çəkməyə çağırıb. O bildirib ki, Aİ-nin tarix səhnəsindən sillinməsi çox yaxındır.

“İnqilabi bir andan keçdiyimiz, genişmiqyaslı ehtimallar ilə qarşı-qarşıya qaldığımız üçün son nəticənin nə qədər qaranlıq qaldığını nə liderlərimiz, nə də sadə vətəndaşlar anlayır. May ayında keçiriləcək Avropa Parlamenti seçkiləri qitənin gələcəyi baxımından əhəmiyyətlidir, Aİ-yə müxalif partiyaların açıq fərqlə qalib gələcəyi ehtimal olunur”.

Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanı terrorizmi maliyyələşdirən və çirkli pullara mübarizədə müvəfəqqiyyətsiz ölkələr siyahısına əlavə edib. Səudiyyə Ərəbistanının da aralarında olduğu 23 ölkəni terrorizmi maliyyələşdirən və çirkli pullara mübarizədə müvəfəqqiyyətsiz ölkələr siyahısına salıb.

Bu ölkələrin qeyr-qanuni pul axınlarına qarşı mübarizədə “strateji çatışmazlıqların” olduğu deyilir. Aİ qanunvericiliyinə görə, Avropa bankları bu ölkələrdən gələn vəsaitlərlə bağlı sərt nəzarət və yoxlamalar tətbiq etmək məcburiyyətində qalacaq.

Ukraynanın “Apostrof” nəşrinə müsahibəsində ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin istefada olan 1-ci dərəcəli kapitanı, NATO-nun Rusiyadakı sabiq nümayəndəsi Harri Tabax Ukraynanın NATO-ya üzvlük şanslarını qiymətləndirib. Amerikalı zabitin sözlərinə görə, NATO nizamnaməsi mübahisəli sərhədlərə maliik ölkələrin üzvlüyünü qadağan edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm