Türkiyəyə qarşı ŞOK QƏRAR, müharibənin QALİBİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Türkiyəyə qarşı ŞOK QƏRAR, müharibənin QALİBİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ-ın “Patriot” zenit raket komplekslərini çatdırmaq şərtləri Türkiyəni qane etmir. ABŞ Prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün paket qanunu imzaladı. Vladimir Putin ABŞ-ın Avropada raket yerləşdirməsinin Rusiya və bütünlükdə dünyanın təhlükəsizliyinə fövqəladə təhdid yaradacağını bildirib. İsrail Baş naziri Benyamin Netanyahu ilə Rusiya prezidenti arasındakı görüş təxirə salınıb.

ABŞ Prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün paket qanunu imzaladı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın “Patriot” zenit raket komplekslərini çatdırmaq şərtləri Türkiyəni qane etmir. Bu məsələ ilə bağlı danışıqlar davam etdirilir. Bu sözləri Türkiyənin Müdafiə Sənayesi başqanı İsmayıl Dəmir deyib.

“Biz ABŞ-a “Patriot” zenit raket komleksləri ilə bağlı sorğu göndərdik, 1.5 il sonra cavab aldıq. Bu təklifin məzmunu və bir sıra detalları bizi qətiyyən qane etmir. Danışıqlar davam edir, aydınlıq gətiriləsi bir sıra mövzular var”, - Dəmir bildirib.

ABŞ Nümayəndələr Palatası “son dərəcə həssas nüvə texnologiyalarının” Səudiyyə Ərəbistanına satılması planı ilə bağlı Ağ Evə qarşı təhqiqat başladıb. Nümayəndələr Palatası təhqiqat komitəsinin hazırladığı hesabata görə, Ağ Evin planına uyğun olaraq Səudiyyə Ərəbistanının müxtəlif bölgələrində yerləşdiriləcək ən müasir nüvə reaktorları Yaxın Şərq regionunda tarazlığı poza və nüvə silahlanmasını artıra bilər. Komitənin üzvləri vurğulayıblar ki, bir neçə reaktorun satılması gündəmdə olduğu üçün təhqiqat başladılmasına ehtiyac var.

ABŞ prezidenti Donald Tramp fevralın 12-də keçirdiyi müşavirədə Səudiyyə Ərəbistanı da daxil olmaqla Yaxın Şərq ölkələrinə nüvə texnologiyaları transferi məsələlərini müzakirə edib. Onun müşaviri və kürəkəni Cared Kuşnerin Yaxın Şərq ölkələrinə səfərində də bu məsələnin gündəmdə olacağı gözlənilir.

Səudiyyə Ərəbistanının nüvə texnologiyasını dinc məqsədlərlə deyil, silah istehsalı üçün istifadə edəcəyi ehtimalını nəzərə alan ABŞ Konqresi bu məsələyə ciddi yanaşır. İranın nüvə proqramı ilə əlaqədar narahatlığını ifadə edən Ər-Riyad isə bəyan edib ki, bu texnologiyalardan enerji mənbələrini şaxələndirmək məqsədilə istifadə edəcək.

İsrail Baş naziri Benyamin Netanyahu ilə Rusiya Prezidenti VladimirPutin arasındakı görüş təxirə salınıb. Bu məlumatı “Newsru.co.il” saytı öz mənbələrinə istinadən yayıb. Görüşün kimin təşəbbüsü ilə təxirə salındığı açıqlanmayıb.

“Yerusəlim Post” qəzeti isə Netanyahunun Moskvaya cümə axşamı üçün planlaşdırılan səfərinin ölkədəki daxili siyasi səbəblər ucbatından ləğv edildiyini açıqlayıb.

Qeyd edək ki, İsrail tərəfinin açıqlamasına Netanyahu ilə Putin arasında görüş fevralın 21-də baş tutmalı idi.

“ABŞ Rusiyanın partnyoru deyil. Vaşinqtonla münasibətlərdə “strateji səbr” anlayışına sadiq qalmaq lazımdır”. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Beynəlxalq yaşam” dərgisinə müsahibə verən müavin ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti haqqında danışıb.

“Bir zamanlar “strateji səbr” deyilən termin var idi. Gələcəkdə Vaşinqtonla münasibətlərdə tətbiq olunması lazım olan və olmayanları müəyyən edən yanaşma üçün uyğun qavrayışın bu olduğunu düşünürəm. İroniya məsələsinə gəlincə, zaman-zaman ehtiyac var. Ancaq hər şey ölçülü şəkildə olmalıdır. Ciddi mövzular yumor obyekti olmamalıdır. Ciddi şeylər ciddi danışılmalıdır” -, Ryabkov bildirib.

Ryabkov qeyd edib ki, iki ölkə arasındakı münasibətlər dalana dirənmiş durumdadır.

Donald Tramp Rusiyanın ABŞ-dakı casusu ola bilər. Bu sözləri keçmiş FTB rəsmisi Endryu Makkeyb danışıb.

Məlumata görə, canlı yayım zamanı CNN telekanalının aparıcısı Endryu Makkeybdən Trampı rus casusu hesab edib etmədiyini soruşub.

“Düşünürəm ki, bu mümkündür. Biz məhz buna görə, araşdırmalara başladıq. Robert Müllerin apardığı istintaqın nəyə gətirib çıxaracağı çox maraqlıdır”, - Makkeyb bildirib.

Bir çox ölkələr orta və kiçik mənzilli raketlər istehsal edirdi, onlar Rusiya və ABŞ-da yoxdur. ABŞ bu haqda düz danışmalı idi, Rusiyanı ittiham edərək uydurulmuş əsasları axtarmaq lazım deyildi. Bunu Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasına illik müraciətində ABŞ-ın Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmasını şərh edərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vladimir Putin ABŞ-ın Avropada raket yerləşdirməsinin Rusiya və bütünlükdə dünyanın təhlükəsizliyinə fövqəladə təhdid yaradacağını bildirib.

“Bu raketlərin bəzilərinin Moskvaya qədər uçuş müddəti 10-12 dəqiqə çəkə bilər. Bu çox ciddi təhdiddir. Belə olan halda biz adekvat addımlar atmağa məcbur olacağıq”.

O, Rusiyanın Avropada orta və yaxın mənzilli raketləri ilk yerləşdirməyəcəyini deyib.

Rusiya ABŞ və NATO ilə lokal müharibədə layiqli müqavimət göstərə biləcək. Müharibənin nəticələri bir çox şeydə aviasiyanın işindən asılıdır. Belə nəticəyə hərbi elmlər doktoru Konstantin Sivkov gəlib.

Onun sözlərinə görə, kəmiyyət nisbətində ABŞ və NATO ölkələrinin hərbi aviasiyası üstünlüyə malikdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm