Nida Təhlil
Xocalının anım günündə Ermənistandan Azərbaycana ŞOK ÇAĞIRIŞ
Ermənistanın müdafiə naziri David Tonoyan Xocalı
qurbanlarını andığımız gün bizi hədələyib. Tonoyan deyib ki,
müdafiədənsə hücuma üstünlük vermək lazımdır: “Biz müdafiə
mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş
əməliyyatlarının bərpasından gedəcəksə biz ləngiyən deyilik”.
Publika.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu
Tonoyanın Azərbaycana açıq-aşkar hədə-qorxu gəldiyini bildirib:
“Yəni o demək istəyir ki, növbəti toqquşmada işğal etdiyimizdən
daha artığını işğal edəcəyik. Azərbaycanın ünvanına edilən bu hədə
cavabsız qalmamalıdır. Müdafiə nazirimiz Zakir Həsənov Tonoyana
anladığı dildə sərt cavab verməlidir. Necə ki, vaxtilə erməni
genarallardan biri “Mingəçevir su elektrik stansiyasını vura
bilərik” hədəsinə qarşı Bakıdan İrəvana “biz də Metsamor atom
elektrik stansiyasını darmadağın edərik” cavabı ünvanlanmışdı.
Bununla da Mingəçevir söhbətini bir daha dillərinə gətirmədilər.
Doğrusu, bilmirəm cavab nə şəkildə olacaq və ya olacaqmı? Ancaq ən
azı Bakıda yüksək səviyyədə Tonoyana xatırladılmalıdır ki, əgər
özünün dediyi kimi, o, Ermənistanın iqtisadi və demoqrafik
imkanlarının Azərbaycandan geri qaldığını etiraf edirsə,
müharibənin nəticəsini də bu gerilməyə uyğun hesablamalıdır”.
Politoloq qeyd edib ki, Tonoyana deyilməlidir ki, siz 2
milyonsuzsa, biz 10 milyona yaxınıq və ağlınız Azərbaycanda
1990-ların xaos illərinə getməsin, bu dəfə müharibə tək Qarabağı
əhatə etməyəcək, Dağlıq Qarabağdakı döyüşlərin üstünə Naxçıvan,
Qazax, Tovuz, Gədəbəy yəni haradan mümkündürsə zərbələr
endiriləcək.
“Siz hansısa istiqamətdən hücum keçəcəksinizsə, biz həmin yerdə
müdafiə olunub, başqa yerlərdən hücuma keçəcəyik. Total xarakter
daşıyacaq budəfəki müharibəni işğala son qoyulmayana qədər
dayandırmaq da mümkün olmayacaq. Bunları Tonoyanın və erməni
cəmiyyətinin diqqətinə çatdırmaq lazımdır. Azərbaycan XİN-in
“nazirlərin görüşünə hazırlıq gedir” kimi yumşaq açıqlamalarının
(onsuz da status-kvonu uzadan bu görüşlərin nəticəsi yoxdur və
qazanan İrəvandır) əvəzinə Azərbaycan Müdafiə Nazirliyinin sərt
açıqlamalarına ehtiyac var. Tonoyan də anlayır ki, Azərbaycan
milyardlarla dollar silahı və hərbi texnikanı anbarlarda saxlamaq
üçün almır, onlardan istifadə olunacaq. Bunun qarşılığında əlacsız
qalan Tonoyan yalnız bunu deyir: “Ermənistan silahların alınmasında
miqdara yox, keyfiyyətə üstünlük verəcək”. Miqdara üstünlük vermək
üçün pulun olmalıdır, o da yoxdur, Ermənistanı qurtaran Rusiyanın
peşkəş verdiyi raketlər və qırıcı təyyarələrdir. Təsadüfi deyil ki,
Tonoyan Ermənistanın bu yaxınlarda Rusiyadan güzəştli kredit
hesabına 4 yeni qırıcı təyyarə alacağını bildirib. Bu ikibaşlı
ifadədir. Tonoyan bizə Rusiyanın kimin yanında olduğunu
xatırladır”, - deyə politoloq vurğulayıb.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?