Azərbaycanın 821 milyon dollarlıq UĞURU: İlham Əliyevin sayəsində...
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın 821 milyon dollarlıq UĞURU: İlham Əliyevin sayəsində...

“Azərbaycan coğrafi baxımdan Avropa və Asiyanın birləşdiyi düyün nöqtəsində yerləşir. Azərbaycanın belə bir strateji mövqeyə malik olması ölkəmizin əhəmiyyətini daha da artırır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov deyib.

Millət vəkili bildirib ki, prezident İlham Əliyevin gələcəyə hesablanmış siyasəti sayəsində Azərbaycanın tarixi İpək Yolunun üzərində yerləşməsi üstünlüyü də nəzərə alınaraq bir sıra transmilli beynəlxalq nəqliyyat layihələri həyata keçirilib: “Bu layihələrin icrası bu gün Azərbaycanı nəinki region üçün, həmçinin qitələrarası münasibətlərinin inkişafına, iqtisadi əməkdaşlığın artmasına müsbət təsirini göstərib. İlham Əliyevin “Bir kəmər, bir yol” layihəsinə həsr olunmuş II Beynəlxalq Forumundakı çıxışında da bu məsələ xüsusi vurğulandı. Azərbaycanda gedən inkişaf, iqtisadiyyatımızın güclü inkişafı forum iştirakçılarının diqqətinə çatdırıldı. Təbii ki, bu gün Azərbaycan şaxələnmiş formada davam edir. İqtisadiyyatımızda sənaye ilə yanaşı, infrastruktur da xüsusi yer tutur. Bu gün Azərbaycanın əldə etdiyi uğurlardan biri də müasir infrastruktura malik yol-nəqliyyat sisteminin yaradılmasıdır. Əsasən, Avropa ilə Asiyanı birləşdirən mövcud nəqliyyat layihələrinin içində tarixi İpək Yolunun bərpası istiqamətində Azərbaycanın ortaya qoyduğu layihələr xüsusilə diqqət çəkir və digər layihələrdən öz iqtisadi göstəriciləri ilə fərqlənir. Ölkə başçımızın forumda iştirakı, Azərbaycanın “Bir kəmər, bir yol”da təmsil olunması orada iştirak edən ölkələrin Azərbaycana marağını birə-beş artıracaq.

“Bir kəmər, bir yol”, ümumilikdə, bütün dünya üçün əhəmiyyətli tədbirdir. Bu layihə 65 ölkəni əhatə edir. Bu baxımdan, Azərbaycanın belə perspektivli layihədə yer alması gələcəkdə ölkəmizin dünya üçün əhəmiyyətinin artması deməkdir”.

Qeyd edək ki, aprelin 26-27-də Çinin paytaxtı Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Forumda iştirak edib. Azərbaycanı təmsil edən heyət forum çərçivəsində 821 milyon dollarlıq saziş imzalayıb.

Foruma 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri qatılıb. Builki Foruma Azərbaycan, Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Belarus, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin liderləri də iştirak ediblər. “Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcəyin qurulması” mövzusunda keçirilən Forum çərçivəsində 12 panel iclası və digər tədbirlər təşkil olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm