Bakı və regionlar arasında sinxron uyğunluq daha da dərinləşəcək - Aydın Quliyev
Bizi izləyin

Nida Təhlil

Bakı və regionlar arasında sinxron uyğunluq daha da dərinləşəcək - Aydın Quliyev

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışını ölkədə son 15-16 il ərzində ən müxtəlif sahələrdə əldə edilən nəticələrin yekun təhlili kimi də dəyərləndirmək olar”.

Bu fikirləri Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev səsləndirib.

Baş redaktor qeyd edib ki, ölkə başçısının konfransda səsləndirdiyi fikirlər, iqtisadiyyatın inkişafını əks etdirən rəqəmlər və daxili istehsalla birgə idxal-ixrac məsələləri Azərbaycanın həqiqətən böyük nəticələrə nail olduğunu göstərir: “Buraya ölkənin gəlirləri və iqtisadiyyata yatırılan investisiyaların həcmi də aiddir. Çox maraqlı bir məqamdır ki, son 16 il ərzində Azərbaycan Prezidenti ölkənin inkişafı ilə bağlı maraqlı faktlar, ümumiləşmiş mülahizələr bildirdiyi bir vəziyyətdə Ermənistanda Paşinyanın rəsmi hesabatı yayılır və həmin hesabatda ölkənin 2011-ci ildən indiyə qədər tənəzzül yaşadığı barədə məlumatlar səslənir. Eyni zamanda, Azərbaycan təcavüzə məruz qalmasına və torpaqları işğal altında olmasına baxmayaraq bütün dünyaya inkişaf etmək qüdrətində olduğunu bir daha nümayiş etdirdi. Ötən müddət ərzində əldə edilən nailiyyətlərin həlledici hissəsinin aparılan islahatlarla bağlı olduğunun vurğulanması, kadr, struktur islahatlarının bu məsələdə rol oynaması bir daha göstərildi. Bir sözlə, bu çıxış qarşıda duran vəzifələri qiymətləndirmək baxımından əhəmiyyətlidir”.

A.Quliyev vurğulayıb ki, infrastruktur obyektlərinin yaradılması ən mühüm istiqamətlərdən biridir: “Kənd təsərrüfatı, sənaye, yol, logistika infrastrukturlarının yaradılması Azərbaycanın son 10-12 ildə xüsusilə əhəmiyyət verdiyi və diqqət mərkəzində saxladığı fəaliyyət istiqamətləridir. Hansı ki, artıq bu yöndə ortada böyük nəticələr var. Demək olar ölkəmizi regionun nəqliyyat, ticarət və logistika habına çevirən bütün infrastrukturlar yaradılıb. Ancaq xüsusilə sosial sahədə müəyyən infrastrukturun yaradılması, rayon və kəndlərin ümumi görüntüsünün dəyişdirilməsi ilə bağlı hələ görülməli işlər var. Nə qədər ki, qeyd etdiyim istiqamətlərdə infrastrukturlar yaradılmır, Bakı ilə regionlar arasında müəyyən fərqlər vizual olaraq özünü göstərəcək. Ona görə də təhsil, səhiyyə, ekoloji tarazlığın və sağlamlığın qorunması sahəsində infrastruktur layihələrin yaradılması qarşıda duran ən böyük məsələlərdən biridir”.

Baş redaktor regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının mahiyyətindən də söz açıb: “Artıq regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının 4-cü dövrünü yaşayırıq. Əgər bu proqramlar həyata keçirilməsə, neft gəlirlərinin böyük axını şəraitində Bakı ilə regionlar arasında böyük fərqlərin yarandığını görə bilərdik. Amma proqramların ardıcıl olaraq həyata keçirilməsi bu gün bölgələrin demək olar ki, həm iqtisadiyyatını, həm də vizual olaraq görüntüsünü tamamilə dəyişib. Hətta elə ərazilər var ki, az qala Bakını üstələyiblər. 4-cü proqramın uğurla həyata keçirilməsi nəticəsində Bakı və regionlar arasında sinxron uyğunluq daha da dərinləşəcək. Bu, əslində strateji bir məsələdir. Yəni həm bölgə əhalisinin sosial rifahının yaxşılaşmasında öz təcrübəsini göstərir, həm də Azərbaycanın bölgələri üçün çox zəruri amil olan turistlərin cəlb edilməsində effektiv üsula çevrilir”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm