Azərbaycanla təhdid dilində danışmaq olmaz - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Azərbaycanla təhdid dilində danışmaq olmaz - ŞƏRH

"Azərbaycan regionun ən güclü dövləti olduğuna görə, qısqanclıq, ikili standart və maraqlarla əlaqədar ölkəmizə qarşı qeyri-obyektiv, ədalətsiz və bir çox hallarda qərəzli münasibət yaranır".

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib.

Forum rəhbəri qeyd edib ki, Azərbaycan elə bir ölkədir ki, onunla təhdid dilində danışmaq olmaz: "Cənab Prezident İlham Əliyev və türkiyəli nazir Mövlud Çavuşoğlu AŞPA-nın ölkələrlə münasibətlərinin görünməyən tərəflərini çox yaxşı bilir. Qurumun ikili standartları beynəlxalq təşkilatların prinsiplərinə ziddir. Azərbaycanın enerji ehtiyatları olmasa, Avropanın gələcək enerji təhlükəsizliyi təhlükə altına düşə bilər. Ona görə də fobiyaları kənara qoymaq, bərabər hüquqda əməkdaşlıq və tərəfdaşlıq etmək lazımdır. Əgər Azərbaycana qarşı qərəzli mövqedən yanaşılacaqsa, əlbəttə ki, Azərbaycan da düşünəcək ki, Avropa Şurası mənə lazımdırmı? İctimaiyyət nümayəndələri olaraq dəfələrlə beynəlxalq təşkilatlara bəyanatlar göndərmişik. 30 ildir ki, Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz işğalçılıq siyasətinə dur deyən yoxdur. Xalqı düşündürən əsas məsələ dövlətçiliyimiz və ərazi bütövlüyüdür. Əgər müvafiq qurumlardan real köməklik yoxdursa, Azərbaycanın da beynəlxalq hüquq çərçivəsində məsələyə yenidən baxılmasını tələb etməyə haqqı var".

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm