Media öz funksiyalarını yerinə yetirə bildi - Hikmət Babaoğlu
Bizi izləyin

Nida Təhlil

Media öz funksiyalarını yerinə yetirə bildi - Hikmət Babaoğlu

Demokratik cəmiyyətdə bütün siyasi proseslərdə media daima öndə olan bir institut kimi çıxış edir, xəbərləşmə və ictimai rəy məhz media üzərindən formalaşır.

Bu sözləri Publika.az-a “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, demokratik cəmiyyətdə bütün siyasi proseslərdə media daima öndə olan bir institut kimi çıxış edir, xəbərləşmə və ictimai rəy məhz media üzərindən formalaşır: “Ona görə də 9 fevral 2020-ci ildə ölkəmizdə keçirilən parlament seçkiləri kimi mühüm siyasi-hüquqi hadisə də proses boyu daima milli mediamızın diqqət mərkəzində oldu. Ümumilikdə media bir ictimai institut kimi öz funksiyalarını yerinə yetirə bildi. Demokratik cəmiyyətdə bu olduqca mühümdür. Hər şeydən öncə qeyd etmək lazımdır ki, medianın azad fəaliyyət göstərməsi üçün bütün şərtlər təmin edilmişdi. Düşünürəm ki, bir qism media orqanları onlara tanınan hüquq çərçivəsində xeyli sayda namizədlə qarşılıqlı faydalı münasibətlər qura bildilər ki, bu da təbliğat-təşviqat kampaniyası prosesində müəyyən keyfiyyət fərqi yarada bildi. Başqa bir məsələ ondan ibarət idi ki, peşəkar məsuliyyət daşıdığı üçün internet resurslarında daha çox rəsmi saytlar önə çıxmaqla sosial şəbəkələrdə ciddi rəqabət apara bildi. Bunun səbəbi informasiya cəmiyyətimizin hüquqi-siyasi prosesləri adi hadisələrdən fərqləndirməyi bacarması idi. Bu cəmiyyətin hüquqi biliklərinin xeyli dərəcədə təkmil olmasından xəbər verir. Müşahidə etdiyim və məmnun qaldığım əsas məsələlərdən biri elə bu oldu. O ki, qaldı bəzi media qurumlarının media prinsiplərinə zidd davranışlarına düşünürəm ki, belə hallar da istisna deyil. Ancaq bununla bağlı xüsusi araşdırma aparmadan daha detallı danışa bilmərəm. Yaxşı olar ki, belə məsələlər araşdırılsın, ictimai müzakirə obyektinə çevrilməklə tənqid edilsin. Bu yalnız mediamızın inkişafına kömək edə bilər".

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm