Yeganə məqsəd insanların sağlamlığının qorunmasıdır - Deputat
Bizi izləyin

Nida Təhlil

Yeganə məqsəd insanların sağlamlığının qorunmasıdır - Deputat

“Yeganə məqsəd insanların sağlamlığının qorunmasıdır”.

Bu sözləri Publika.az-a açıqlamasında deputat Azər Badamov deyib.

Deputat karantinin yumşaldılmasını və karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimə tətbiq edilməsi barədə qanunvericiliyə edilən dəyişikliyi belə qiymətləndirib:

“Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dövlət bütün resurslarını səfərbər edib. Karantin rejimi müddətində müşahidə etdik ki, yoluxmaların sayında kifayət qədər azalma oldu. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda pandemiyanın dinamikasını müsbət qiymətləndirdi. Ancaq bununla bərabər karantinin yumşaldılması prosesi insanların hərəkətlərinə sərbəstlik verdi. Bu sərbəstlik bəzi məsuliyyətsiz vətəndaşlarımızın karantinin tələblərini yaddan çıxarmasına gətirib çıxardı. Karantin rejimi davam etməkdədir. Bu rejimin tələbləri hələ də aktualdır. Tibbi maska, sosial məsafənin gözlənilməsi və şəxsi gigiyena qaydalarının icrasını səngitməməliyik. Vətəndaşların çoxunda elə fikir formalaşdı ki, guya karantin rejimi bitib və ya pandemiya yoxdur. Bu, heç də doğru deyil. Çünki yoluxmaların dinamikasındakı artımlar onu göstərir ki, ciddi şəkildə karantin rejiminə əməl olunmalıdır.

Dövlət isə məcbur olaraq İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə yeni maddənin salınmasını zəruri etdi. Bu maddə dünən Milli Məclisin plenar iclasında 3 oxunuşdan keçərək tətbiq olundu. Qeyd olunur ki, fiziki şəxslər qayda pozuntusuna görə 50 manat, hüquqi şəxslər 100, vəzifəli şəxsləri isə 200 manat cərimə olunacaq. Eyni şəxslərdə təkrar qayda pozuntusu baş verdiyi təqdirdə, cərimələr iki dəfə artırılacaq. Burada məqsəd insanları cərimə etmək və ya hansısa təsir göstərmək deyil. Birinci və yeganə məqsəd insanların sağlamlığının qorunmasından ibarətdir. Biz bu tələblərə tam riayət etsək, pandemiyanın ölkəmizdə yoluxma zəncirini qırmış olarıq”.

Məhərrəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm