Nida Təhlil
Region uğrunda savaş: Qərb Gürcüstanda görün nə planlaşdırır
“2000-ci illərin əvvəllərində Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze hakimiyyətdən getdikdən sonra onun yerinə gələn Mixail Saakaşvili Qərb mərkəzləri, xüsusilə ABŞ ilə etibarlı münasibətlər qurdu. Hazırda isə həm Amerika, həm Avropa İttifaqı Gürcüstanda bir növ dayaq formalaşdırmaq niyyətindədir”.
Bunu Publika.az-a açıqlmasında politoloq Tofiq Abbasov deyib.
O qeyd edib ki, Gürcüstanda baş verənlər köhnə ssenarinin təkrarıdır:
“Gürcüstan da Azərbaycan kimi Qərb üçün çox vacib ölkələrdən biridir. Onun Qara dənizə çıxışı var, yəni qonşuluq siyasətində Gürcüstana çox böyük ümidlər bəslənilir. Burada məsələ Cənubi Qafqaz vasitəsilə Rusiyanı zəiflətməkdir. Dövlətlərarası münasibətlərin zəifləməsi, digər tərəfdən də hakim elitalara onların istəklərinin zorla təlqin edilməsi üçün Cənubi Qafqaz ölkələrinə müdaxilələr edilir. Buna görə də artıq Gürcüstanda “Xarici agentlər” haqqında qanun qəbul olunmaq ərəfəsindədir. Gürcüstan hakimiyyəti nəyin baş verdiyini və bunun səbəbini çox gözəl anlayır. İlk növbədə, Qərb Gürcüstanı sipər kimi istifadə etmək istəyir. İnqilabi texnologiyaları Gürcüstan vasitəsilə Azərbaycana, Ermənistana, Moldova və digər ölkələrə transfer etmək istəyirlər. Zəngəzur dəhlizinə kölgə salmaq niyyətindədirlər. Qərb ilk olaraq Rusiyanı tərksilah etmək, sonra isə iqtisadi cəhətdən çökdürmək istəyir. Ancaq bu proseslərdə Qərb digər ölkələrin, xalqların fikrini, istəyini nəzərə almır”.

Politoloq əlavə edib ki, Qərbə öz planının işlək vəziyyətdə olması və məqsədinə çatması lazımdır:
“Qərb hətta Azərbaycanın, Gürcüstanın və digər ölkələrin cibindən xərcləməyi ənənə kimi qəbul edib. Xüsusilə Gürcüstan və Azərbaycanın bu məsələlərdə itirəsi çox şeyləri var. Gərək həqiqətən də həmrəy olaq. Çünki Azərbaycan-Gürcüstan-Türkiyə formatı son dərəcə bizim üçün vacib və həyati əhəmiyyətə malikdir. Bu proseslərdə hətta Qərb Gürcüstanı ələ almaqla çalışır ki, bu formata da öz təsirlərini göstərsin. Qərb hesab edir ki, bütün proseslərdə hakim qüvvə özü olmalıdır, hər şeydə onların razılığı olmalıdır. Həm də Qərb deyir ki, bizim iştirakımız olmadan heç bir layihə gerçəkləşə bilməz. Ona görə də Gürcüstan hakimiyyəti indiki şəraitdə çox düzgün qərarlar verməlidir”.
Aysel Şahmar
-
Dünya03:18Liderlər Türkiyədə bu yeməklərə valeh olublar - Tramp resept istəyib
-
Dünya02:08İran atəş altında - Tramp görüntüləri yaydı
-
Qoroskop01:40Günün ulduz falı: yeni tanışlıqlar üçün uyğun vaxtdır
-
ABŞ00:45ABŞ İrana zərbələr endirir
-
ABŞ8 İyul 22:46İran ona qarşı sui-qəsd planlayır? - Trampdan iddia
-
Hadisə8 İyul 22:32Bakının mərkəzində bina yanır - Foto
-
MDB8 İyul 20:36Rusiya diplomatı Litva XİN-ə çağırıldı
-
Elm və təhsil8 İyul 19:40Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!












.webp)



.jpg)



















