Ermənilər öz havadarlarına güvənməsinlər və agah olsunlar ki... - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənilər öz havadarlarına güvənməsinlər və agah olsunlar ki... - Politoloq

“Artıq bir neçə vaxtdır ki, istər qondarma Qarabağdakı ermənilər, istərsə də Ermənistan siyasi rəhbərliyi Azərbaycanı hədələyir və çox təhlükəli siyasət aparırlar. Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutunyan Gəncəni vurmaqla hədələyib. Görünür, Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa vadar edir”.

Bu fikirləri Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, ermənilərin rahatlığının səbəbi ATƏT-in həmsədr ölkələrinin Ermənistanı de-fakto dəstəkləmələri ilə bağlıdır: “Çox təəssüflər olsun ki, biz son zamanlar Cənubi Qafqazda olduqca təhlükəli proseslərin şahidi oluruq. Tovuz təxribatı və onun ardınca baş verən məqamlar onu göstərir ki, artıq Ermənistanla diplomatik danışıqlar aparmağın heç bir anlamı yoxdur. Görünən odur ki, ermənilər öz mövqelərində qətidirlər. Onların havadarları da Azərbaycana Ermənistan vasitəsilə təzyiq etməkdə iddialıdır. Biz bunu yüz il əvvəl də görmüşük ki, regionda erməni məsələsi adı altında Azərbaycan və Türkiyəyə ciddi şəkildə təzyiq edirdilər.

Tarix təkrarlanır. Sevr müqaviləsinin 100-cü ildönümüdür, Qars müqaviləsinin də 100 illiyinin yaxınlaşdığı bir vaxtda böyük qlobal oyunçular Cənubi Qafqazda sükunəti pozmaq və indiyə kimi oturuşmuş geosiyasi proseslərə dəyişikliklər etmək istəyirlər. Hər bir halda dünya Gəncə məsələsinə ciddi reaksiya verməlidir. Yaxşı olardı ki, ermənilər öz havadarlarına güvənməsinlər və bir məsələdən agah olsunlar ki, Azərbaycanın Gəncə və digər şəhərlərinin hava hücumundan müdafiə sistemi çox güclüdür. Lazım gələrsə, bir neçə gün ərzində Ermənistanın özünü belə darmadağın etməyə qadirik. Yaxın vaxtlarda da bu proses özünü göstərəcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm