Ermənilər tarix boyu cinayətkar olub - Səməd Seyidov
Bizi izləyin

Nida Təhlil

Ermənilər tarix boyu cinayətkar olub - Səməd Seyidov

Ermənilər tarix boyu cinayətkar olub, dinc əhaliyə atəş açıblar. Onların terror siyasəti aparması bizə çoxdan məlumdur. Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən erməni silahlı qüvvələri dinc sakinləri qətlə yetirməklə intiqam almağa çalışır. Ermənistanın hərbi doktrinasında da bu məsələ öz əksini tapıb. Belə münaqişələr başlayanda həmişə dinc əhalini top-tüfəngə tutublar.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“Azərbaycan Ordusu çox güclüdür, insanlarda ruh yüksəkliyi göz qarşısındadır. İnsanlar çox gözəl başa düşürlər ki, mülki əhaliyə qarşı törədilən cinayətlər ruh düşkünlüyü, qorxu, vahimə yaratmaq məqsədləri daşıyan addımlardır. Cəbhəboyu ərazilərdə yaşayan əhalinin evlərini tərk etməsinə nail olmağa çalışırlar. Lakin onların təcavüzkar siyasəti bu dəfə keçməyəcək. Əksinə, əks-zərbələrlə yerlərinə otuzdurulacaq. Bu, böyük vətən müharibəsidir, işğalçıdan torpaqlarımız azad olunmalıdır. Artıq şanlı ordumuzun zəfərlərini də görürük. Ali Baş Komandanın ətrafında birləşməli, sona qədər mübarizəmizi aparmalı və torpaqlarımızı təmizləməliyik. Beynəlxalq aləm dərk etməlidir ki, Azərbaycan işğalla heç vaxt razılaşmayacaq və öz torpaqlarında ikinci Ermənistan torpaqlarının yaradılmasına imkan verməyəcək”, - millət vəkili açıqlamasında qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm