Zəngilanın hərbi-strateji əhəmiyyəti - Ordumuzu qələbəyə aparacaq MÜHÜM MƏQAMLAR
Bizi izləyin

Nida Təhlil

Zəngilanın hərbi-strateji əhəmiyyəti - Ordumuzu qələbəyə aparacaq MÜHÜM MƏQAMLAR

Xəbər verdiyimiz kimi, rəşadətli Azərbaycan Ordusu dünən Zəngilan şəhərini işğaldan azad edərək, erməni qəsbkarlarından təmizlədi.

Publika.az Zəngilanın azad olunmasının hərbi-strateji əhəmiyyətini təqdim edir:

- İranla sərhəd nəzarətə götürülməklə Ermənistana gələ biləcək humanitar-hərbi yüklərin qarşısı alındı.

- Ermənistanın Gürcüstandan başqa əsas olan və ən çox istifadə etdiyi İran çıxışı bağlandı.

- Ordumuzun Zəngilanda olması düşmənin Qubadlı istiqamətində mühasirəyə salınması və qısa zamanda təmizlənməsinin yolunu açdı.

- Bu, həm də Zəngəzur bölgəsinə nəzarət imkanı yaradır;

- 2018-ci ildə Günnüt əməliyyatı ilə İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yoluna nəzarət etmək imkanı qazandıq, Zəngilanın azad olunması bu nəzarəti gücləndirir;

- İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu Ermənistanın işğala davam etməsi üçün əhəmiyyətli idi. Hazırda bu yolun əsas hissəsi ordumuzun nəzarətindədir.

- Erməni ekspertlər Zəngilanın azad olunmasının Qarabağın taleyinin həll olunması hesab edirlər. Çünki işğal olunmuş ərazilərə İrəvandan, eləcə də İrandan gələ biləcək yardımların qarşısını alınır, Ermənistanın blokadası gücləndirilir.

- Vardenis-Ağdərə, Stok-Kəlbəcər yolu, o cümlədən İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolunun bir hissəsi nəzarətdə saxlanılır. Bu yollardan gələn hərbi və digər yüklər dərhal məhv edilir, hətta erməni ordusuna gələn qida yüklərinə də imkan verilmir. Cəbhədə döyüşən hərbiçilərimizdən “ermənilər acından öləcək” xəbərlərini alırıq.

Hərbi əməliyyatların taktikası incəliklərinə qədər hesablanıb. Ordumuz tarix yazır...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm