Nida Təhlil
Azərbaycan həm də beynəlxalq hüquqa töhfə verir - Deputat

“Zəngilan şəhərinin, bir sıra kəndlərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm. Bu, bizim böyük qələbəyə yaxınlaşmağımız deməkdir. Biz addım-addım böyük qələbəyə doğru gedirik. Rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində biz cəbhədə tam üstünlüyə malikik”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, 30 ilə yaxın bir müddət idi ki, torpaqlarımız işğal altında idi və bu, xalqımızı narahat edirdi: “Ancaq indi işğal altındakı ərazilərimizi addım-addım işğaldan azad edirik. Azərbaycan məsuliyyətli bir ölkədir. Bu illər ərzində gözləyirdi ki, işğala son qoyulması, münaqişənin həll edilməsi beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapsın, BMT-nin qəbul etdiyi qətnamələr icra olunsun və düşmən torpaqlarımızdan öz hərbi qüvvələrini çıxarsın, beləliklər ərazi bütövlüyümüz tam şəkildə təmin olunsun. Amma təəssüflər olsun ki, BMT-nin bu qətnamələri icra olunmadı. Bu, bir daha onu göstərir ki, beynəlxalq hüququn təmin edilməsi və müəyyən təşkilatların açıqladığı qətnamələr heç də münaqişənin həlli demək deyil.
Azərbaycan artıq öz rəşadətli, şanlı Ordusu ilə beynəlxalq hüquq normalarının tam şəkildə təminatını həyata keçirir. Bu gün Azərbaycanı həyata keçirdiyi hərbi əməliyyatları BMT-nin qətnamələrinin icra edilməsi deməkdir. Azərbaycan həm də Qarabağı işğaldan azad etməklə, bu əraziləri terrorçulardan təmizləməklə beynəlxalq hüquqa bir töhfə vermiş olur. Azərbaycan məsuliyyətli, beynəlxalq hüquqa hörmət edən ölkə kimi bu işi uğurla həyata keçirir. Ordumuz bu hərbi əməliyyatları öz ərazimizdə aparır. Ona görə də heç bir kənar qüvvənin Azərbaycanın haqq işinə müdaxilə etməyə, ya da hər hansı bir irad bildirməyə heç bir haqqı yoxdur. Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Dünyanın bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan də dünyanın dəstəklədiyi torpaqlarını düşmən tapdağından azad edir”.
Akqabay Mıradov

-
Nida Xəbər 15:34
Bir qrup QHT bəyanat yaydı: - Londonda səfirliyimizə hücum edən VANDALLAR tapılıb cəzalandırılmalıdır
-
Sosial15:19
Xankəndinə çatanda ermənilərin telefonuna gələn SMS - FOTO
-
Hadisə14:58
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırma başladı
-
Qarabağ 14:46
Larisa Alaverdyan: - Azərbaycanlılar Ermənistana QAYIDACAQ
-
ABŞ14:38
Bu hadisə ABŞ üçün tam uğursuzluq idi, çünki... - Con Bolton
-
Digər14:21
"Donetskin açarı" TUTULDU: - Kiyek TƏKZİB etdi
-
Dünya13:34
Tacikistanda “Regional Əməkdaşlıq-22” hərbi təlimləri - 7 ölkə iştirak edir
-
Magazin113:26
Pərvin Abıyeva bikinidə rəqs etdi - VİDEO