Onlar da Ermənistanı xilas edə bilməyəcək - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

Onlar da Ermənistanı xilas edə bilməyəcək - DEPUTAT

“Bu, dövlətin zəifliyini göstərir. Dövlətin silahlı qüvvələri olar və silahlı qüvvələr dövlətin ərazi bütövlüyünün müdafiəsində durar”.

Publika.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Ermənistan parlamentində könüllü dəstələrin komandanlığının yaradılması haqqında qanunun qəbul edilməsinə münasibətini ifadə edərkən qeyd edib.

Deputatın sözlərinə görə, Ermənistan bir dövlət kimi alınmadı: “Ona görə ki, qonşu Azərbaycan torpağını işğal edib. Hazırda silahlı qüvvələri özgə ərazisindədir və həmin silahlı qüvvələr bizim əsgərlər tərəfindən darmadağın edilir. Digər tərəfdən isə onun müharibəni davam etdirmək, Azərbaycan Ordusuna davam gətirmək üçün nə maddi resursları, nə də canlı qüvvəsi çatır. Bütün iflasa uğrayan dövlətlər kimi bu gün o, könüllü adı ilə muzdlular dəstəsi yaratmağa çalışır. Bu könüllü dəstələrin artıq mövcud olduğu heç kəsə sirr deyil. Xaricdən çox sayda muzdlular, Suriyadan PKK terror təşkilatının nümayəndələri bu gün Ermənistan tərəfindən işğal edilmiş torpaqlarda Azərbaycan Ordusuna qarşı vuruşurlar”.

“Ermənistan bilməlidir ki, hətta beynəxalq hüquqa, mehriban qonşuluq siyasətinə zidd olan bu addımı ona heç bir uğur gətirməyəcək. İlk növbədə ordu öndə olmalıdır. Ordu, qonşu ilə mehriban qonşuluq yoxdursa, beynəlxalq hüquq tapdanırsa, heç bir muzdlu dəstə Ermənistana kömək edə bilməyəcək. Ermənistanın bu gün muzdlu dəstələrdən, terrorçulardan, qadağan olunmuş silahlardan istifadə etməsi, cəbhə xəttindən 100 kilometr uzaqda Azərbaycanın dinc yaşayış məntəqələrinə hücum etməsi onun cinayətlərinin sayını durmadan artırır. Bütün bunlara görə Ermənistan şübhəsiz ki, cavab verəcək”, - deyə A.Mirzəzadə əlavə edib.

Deputat vurğulayıb ki, birincisi, Ermənistanın könüllü adı altında muzdluları döyüşlərə cəlb etməsi beynəlxalq hüquqa ziddir: “İkincisi, onun hər hansı bir nəticə verəcəyi inandırıcı deyil. Çünki muzdlu ona ödənilən məbləğə görə çalışır və onun işğal altında olan torpaqları qorumaqda elə bir marağı yoxdur. Eyni zamanda, Azərbaycan Ordusunun bu gün həm texniki təchizatı, həm də ruh yüksəkliyi kifayət qədər yüksəksdir. Hətta indiyə qədər işğaldan azad etdiyimiz zonalarda belə Ermənistan ordusu sıralarında muzdlular var idi. Ancaq bununla belə işğalı qoruyub saxlaya bilmədilər. Onun heç bir xeyri olmayacaq. Ancaq Ermənistanın bir terrorçu dövlət olduğu, onun hərbi cinayətlərdə muzdlulardan istifadə etməyə çalışdığı göz qarşısındadır və o da bunu gizlətmir”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm