Nida Təhlil
Bu, Nizami Gəncəvi irsinə yenidən qayıdışa çağırışdır - İsa Həbibbəyli
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami ili” elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsidir. Bu həm də Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına, adlı-sanlı ədəbi-tarixi şəxsiyyətlərimizə yenidən qayıdış istiqamətində apardığı ardıcıl siyasətin növbəti təzahürüdür”.
Bu fikirləri Publika.az-a danışan AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli deyib.
O bildirib ki, bundan əvvəl, 2019-cu ilin “Nəsimi ili” adlandırılması bu görkəmli şair və mütəfəkkirin Azərbaycan və dünyaya yenidən tanıdılması sahəsində mühüm addımların atılmasına, ciddi dönüşün baş verməsinə şərait yaratmışdı: “Hesab edirəm ki, Azərbaycanda və dünyada kifayət qədər tanınan, böyük şöhrət qazanan Nizami Gəncəvinin zəngin bədii irsini də müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməklə bu görkəmli sənətkarı daha dərindən kəşf etməyə və bütün parlaqlığı ilə tanıtmağa ehtiyac var. “Nizami Gəncəvinin nəsil şəcərəsi”, “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq”, “Nizami Gəncəvinin dövlətçilik ideyaları və müasir dövr”, yaxud “Nizami Gəncəvi və Azərbaycan renesansı” və sair kimi problemlər məhz indi, müstəqilliyimizin inkişaf etdiyi günlərdə daha çox aktuallıq kəsb edir. Prezidentin “Nizami ili” haqqındakı mühüm tarixi əhəmiyyətə malik olan sərəncamı N.Gəncəvinin həyatı və yaradıcılığını bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil etməyə geniş imkan yaradan tarixi sənəd kimi mühüm əhəmiyyətə malikdir”.
İ.Həbibbəyli qeyd edib ki, Prezident İlham Əliyevin “Nizami ili” ilə əlaqədar imzaladığı sərəncam vaxtilə ümummilli lider Heydər Əliyevin 1979-cu ildə böyük Azərbaycan şairi N.Gəncəvinin zəngin irsinin tədqiqi, tərcümə və nəşr edilməsi haqqında qəbul etdiyi qərar əsasında həyata keçirilmiş tədbirlərə yenidən qayıtmaq, başlanmış mühüm işləri daha geniş miqyasda və əhatəli şəkildə, yaradıcılıqla davam etdirmək üçün də geniş meydan açır: “Bu baxımdan Nizami Gəncəvinin əsərlərinin dünya dillərinə tərcüməsi, “Xəmsə”nin akademik nəşrinin hazırlanıb çap olunması görkəmli sənətkar haqqında xarici dillərdə tanıtma kitablarını yazıb nəşr etdirmək baxımından da qarşıda mühüm vəzifələr durur. Nizamişünaslıq dünya elmi olsa da, Azərbaycan dünya Nizamişünaslığının mərkəzidir. Dünya ölkələrində Nizami Gəncəvi haqqında yazılanlar tərəzinin bir gözünə, Azərbaycanda aparılan tədqiqatlar, çap olunan kitablar və tərcümələr tərəzinin o biri gözünə qoyulsa, Azərbaycan Nizamişünaslığı ağır gələr. Qədim dövr və orta əsrlərdən başlamış Nizami haqqında yazan təzkirəçilərin əksəriyyəti - Əhdi Bağdadi, Sadıq bəy Əfşar, Lütfəli bəy Azər, Hüseyn Əfəndi Qayıbov, Mir Möhsün Nəvvab və başqaları azərbaycanlı idilər. XX əsr ərzində də Azərbaycan elmi Nizamişünaslığa böyük töhfələr verib. Firudun bəy Köçərli, Mirzə Məhəmməd Axundzadə, Həmid Araslı, Mir Cəlal, Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, Azadə Rüstəmova, Mikayıl Rəfili, Xəlil Yusifli, Zümrüd Quluzadə, Çingiz Sasani və başqaları Nizami Gəncəvi irsinin tədqiqi işinə sanballı elmi töhfələr veriblər. N.Gəncəvinin “Xəmsə”yə daxil olunan əsərlərinin və şeirlərinin Azərbaycan dilində tərcümə və nəşr olunması, xarici dillərdə yayılması və təbliğində də Azərbaycan həmişə aparıcı mövqeyə malik olub”.
Akademikin sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölmələrini əhatə edən elmi tədqiqat institutları müstəqillik dövründə yeni tarixi mərhələnin yüksək tələblərinə cavab verən elmi əsərlər yazıb nəşr etdirməyi də özlərinə şərəfli borc hesab edirlər: “Artıq ölkəmizdə yeni Nizamişünaslar nəsli yetişib. Akademik Teymur Kərimli, müxbir üzv Nüşabə Araslı, filologiya elmləri doktorları Mehdi Kazımov, Məhəmməd Qocayev, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli, filologiya üzrə fəlsəfə doktorları Zəhra Allahverdiyeva, Hacı Siracəddin, Vəfa Hacıyeva, Xuraman Hümmətova, Əzizağa Nəcəfzadə, Xanəli Babayev, Təhminə Bədəlova, Yelena Teyer, Xədicə İskəndərli, Gülgün Babayeva, doktorantlardan Hürnisə Bəşirova, Samirə Əliyeva, Məsumə Rzayeva və başqaları Azərbaycan Nizamişünaslıq elmini müstəqillik işığında ciddi elmi problemlərin və yeni yanaşmaların əsasında meydana çıxan elmi əsərləri ilə zənginləşdirməkdə davam etməkdədirlər. Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin “Nizami ili” elan olunması Nizamişünaslıq elminin daha da inkişaf etdirilməsinə böyük stimul verir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən “Nizamişünaslıq” şöbəsinin əməkdaşları Prezidentin sərəncamının işığında son üç il ərzində üzərində çalışdıqları, ilk mənbələrə, orijinal mətnlərə istinad etmək əsasında yazılmaqda olan “Nizami Gəncəvinin həyatı və yaradıcılığı”, “Nizami Gəncəvinin elmi tərcümeyi-halı” mövzularında monoqrafiyaları daha da təkmilləşdirərək tamamlayıb ictimaiyyətə təqdim edəcəklər”.
İ.Həbibbəyli əlavə edib ki, bundan başqa, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə 2017-2020-ci illərdə həyata keçirdikləri “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının da 2021-ci ildə Bakıda və Tbilisidə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr edilməsi nəzərdə tutulur: “Ədəbiyyat İnstitutunun əməkdaşları “Nizami Gəncəvinin görkəmli davamçısı Əmir Xosrov Dəhləvi” adlı monoqrafiya üzərində də tədqiqat işlərini davam etdirirlər. Bundan başqa, uzun illərdən sonra nəşri yenidən bərpa edilən “Nizami Gəncəvi almanaxı”nın ikinci sayı da bu il oxuculara çatdırılacaq. Eyni zamanda, Ədəbiyyat İnstitutunun əməkdaşlarından Zəhra Allahverdiyeva, Vəfa Hacıyeva və Hacı Siracəddinin Nizami Gəncəvinin həyatı və yaradıcılığının aktual problemlərinə həsr olunmuş doktorluq dissertasiyalarının müzakirəyə çıxarılacağı da gözlənilən mühüm yeniliklərdən biri olacaq”.
Akademik böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında qəbul edilmiş Prezident sərəncamının yeni nəsillərdə milli iftixar, azərbaycançılıq, vətənpərvərlik duyğuları aşılamaq, milli-mənəvi özünüdərk proseslərini daha geniş şəkildə təbliğ etmək üçün qarşımızda yeni perspektivlər açdığını vurğulayıb: “Bu istiqamətdə ümumtəhsil məktəblərindən başlamış elm və mədəniyyət müəssisələrinə qədər hər yerdə, kütləvi informasiya vasitələrində düşünülmüş təbliğat işləri aparmaq hər bir ziyalının borcudur. Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami ili” elan olunması haqqında sərəncamı Nizami Gəncəvi kimi dünya miqyaslı qüdrətli sənətkara yenidən qayıdış üçün Azərbaycan ziyalılarını səfərbər olmağa çağırır”.
Akqabay Mıradov
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...