Nida Təhlil
Heydər Əliyevin xalqımız qarşısında çox böyük xidmətləri olub - Deputat
"Ümummilli lider Heydər Əliyevin xalqımızın, dövlətçiliyimizin qarşısında çox böyük xidmətləri olub. Ulu öndər hələ sovetlər dönəmində Azərbaycan Respublikasına rəhbərlik etdiyi vaxt ölkəmizi digər respublikalar içərisində ilk üçlüyə qaldıra bildi. Bütün yarışlarda və iqtisadi planlarda Azərbaycan ön cərgələrdə oldu".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Millət vəkili bildirib ki, Azərbaycan Rusiya və Ukrayna kimi ölkələrlə birgə, öz hesabına yaşayan, dotasiya almayan dövlətlərdən birinə çevrildi:
"Bu, məhz ulu öndərin o zamankı fəaliyyətinin nəticəsində baş verdi. Heydər Əliyev hakimiyyətdə olduğu ilk dönəmdə qurub-yaratdığı Azərbaycanla daha sonra müstəqil olacaq Azərbaycan dövlətinin təməlini qoymuş oldu. Müstəqilliyə gedən yolda, xüsusən də iqtisadi müstəqillikdə bu, xüsusi rol oynadı. Bildiyimiz kimi, Mixail Qorbaçovun yürütdüyü siyasət ulu öndərimiz tərəfindən dəstəklənmədi. Heydər Əliyev bütün vəzifələrdən istefa verdi. Daha sonra 1990-cı ilin 20 yanvarında sovet ordusunun azərbaycanlılara qarşı törətdiyi qətliamdan sonra o zamankı Kommunist Partiyasının sıralarından çıxdı, istefa verdi. Bundan sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək media qarşısında o zamankı rəhbərliyin fəaliyyətinə qarşı çıxdı. Azərbaycan xalqına qarşı törədilmiş cinayəti pislədi".
Deputat qeyd edib ki, ulu öndərin sonrakı fəaliyyəti Naxçıvanla bağlı olub:
"Həmin dönəmlərdə o, Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdi. Həmin günlərdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qəbul edildi. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə məhz Naxçıvanda qaldırıldı. Heydər Əliyev eyni zamanda Naxçıvanın blokada şəraitində qorunub saxlanılması və inkişaf etdirilməsi üçün çox mühüm addımlar atdı. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının əsası məhz Naxçıvan şəhərində qoyuldu. Ümummilli liderimiz 1993-cü ilin 4 iyun Gəncə hadisələrindən sonra Azərbaycan xalqının təkidi və tələbi ilə Bakıya gəldi. Milli Məclisə rəhbərlik etdi. Prezidentin səlahiyyətlərini icra etməyə başladı. Daha sonra ümumxalq səsverməsində Azərbaycan Respublikasının prezidenti seçildi. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizin iqtisadi inkişafına nail olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün çox vacib addımlar atdı".
N.Həmzəyev əlavə edib ki, H.Əliyev ölkəmizdə iqtisadi müstəqilliyin əldə edilməsi, Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılması üçün 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu:
"Bu da hazırkı uğurlarımız və nailiyyətlərimiz üçün çox vacib idi. Daha sonra Konstitusiyanın qəbul edilməsi, latın qrafikalı əlifbaya keçidin tamamlanması, Azərbaycan dilinin inkişaf etdirilməsi, bir sözlə, Azərbaycanın iqtisadi inkişafına nail olunması və ölkəmizin varlığı məhz ulu öndərin adı ilə bağlıdır. Nə qədər ki, Azərbaycan var, ümummilli lider Heydər Əliyev də var olacaq. Biz həmişə fəxrlə, sevgi ilə ulu öndəri yad edəcəyik. Biz bu gün sevinirik ki, H.Əliyevin bizə vəsiyyət edib getdiyi bütün işləri möhtərəm cənab Prezident İlham Əliyev həyata keçirir. Şükürlər olsun ki, biz bu il ulu öndəri yad edərkən çox sevincliyik, çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib".
Tural Turan
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı