Nida Təhlil
Zəngəzur dəhlizi nə vaxt açılır? - Deputat problemləri qabartdı
"Sovetlər dövründə Azərbaycanla Ermənistan arasında Şahbuz, Sisyan, Gorus, Laçın ərazilərindən keçən kommunikasiya xətti olub. Şahbuz və Laçın bizim şəhərlərimizdir. İndi söhbət Gorus və Sisyan istiqamətindəki avtomobil yolundan gedir. Sərnişinlərin və yüklərin daşınması bu yol vasitəsi ilə həyata keçirilirdi. Məndə olan məlumata görə, bu yol istifadə üçün tam yararlıdır. Sadəcə olaraq, həmin yolun təhlükəsizliyini təmin etmək üçün rusiyalı sərhədçilər və ya hərbçilər yolu nəzarətə götürməlidirlər".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Millət vəkili bildirib ki, bundan sonra Azərbaycana məxsus avtomobillər bu yoldan keçərək qərb rayonlarımızla əlaqəni bərpa edə bilərlər: "Bu dəhlizin açılmasını çox qısa bir zamanda həyata keçirmək mümkündür. Cənab Prezident də vurğuladı ki, həmin yol mütləq şəkildə açılacaq. O ki qaldı dəmir yolunun açılmasına, o da gələn ilə nəzərdə tutulub. Bu xəttin açılması üçün bir xeyli iş görülməlidir. Çünki işğal dövründə Horadizdən Ordubada qədər olan dəmir yolu xətti tamamilə sökülüb. Orada nə rels, nə şpal, nə də kontakt qurğuları var. Yəni heç nə yoxdur. Bu da xeyli iş tələb edəcək. Nəzərə alaq ki, orada Xudafərin su anbarı tikilib. Köhnə dəmir yolu keçən ərazilərin bir hissəsi suyun altında qalıb. İndi bu işlər orada yenidən görülməlidir. Cənab Prezident dəmiryolu xəttinin gələn il üçün planlaşdırıldığını söylədi".
Deputat bildirib ki, həmin xəttin açılışı işlərin sürətindən asılı olacaq: "Bu vaxta qədər ermənilər dəhlizin açılması üçün müxtəlif əmmalar yaradırdılar. Düşünürəm ki, həmin problemlər aradan götürüləcək. Ola bilsin ki, yolun Mehridən keçən hissəsini dəyişdirsinlər. Ona görə ki, orada da su anbarının tikilməsi nəzərdə tutulub. Bəlkə də köhnə yolun keçdiyi hissə də gələcəkdə suyun altında qalacaq. Bu da dəhlizin, kommunikasiyanın bərpası üçün yeni işlər tələb edə bilər. Həmin hissə bizim nəzarətimizdə deyil və Ermənistanın dəmir yollarına Rusiya nəzarət edir. Həmin hissədə mövcud prosedurları da Rusiya həyata keçirməlidir. Bu da müəyyən vaxt ala bilər".
Rasim Musabəyov bundan sonrakı mərhələdə ölkəmizin Rusiya və Azərbaycan arasında hansı siyasi xətti yürüdəcəyindən də danışıb: "Azərbaycan balanslı siyasət nəticəsində öz müstəqil yanaşmalarını qoruyub-saxlaya bilib. Fikrimcə, Azərbaycan bu siyasətinə davam edəcək. Bu, Azərbaycan üçün faydalıdır. Azərbaycan Rusiya ilə münasibətlərin qorunub-saxlanmasında maraqlıdır. ABŞ da dünyanın super dövlətidir. Bakı Vaşinqtonla da münasibətləri genişləndirməkdə maraqlıdır. Məlum 907-ci düzəliş aradan qaldırılarsa, Azərbaycan ABŞ-dan silah almaqda da maraqlıdır. Onsuz da ABŞ Azərbaycana bir sıra hərbi yardımlar edir. Təhlükəsizliklə bağlı proqramlar həyata keçirir. Onların da həcmi kifayət qədər böyükdür. ABŞ-ın özü də təhlükəsiliklə bağlı proqramların həyata keçirilməsində maraqlıdır. Bu maraqlar da qarşılıqlıdır. Düşünürəm ki, Azərbaycan bizim müstəqilliyimizə xələl gətirmədiyi halda həm ABŞ-la, həm də Rusiya ilə xüsusən təhlükəsizlik sahəsindəki əməkdaşlıqda maraqlıdır".
Tural Turan
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO