Ermənistan ordusunda özbaşınalıq hökm sürür - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənistan ordusunda özbaşınalıq hökm sürür - Politoloq

Bu yaxınlarda Moskvada Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşü gözlənilirdi. Ermənistanın daxilindəki qüvvələr isə bu görüşü pozmaq üçün müxtəlif formalara əl atırlar, onlar ölən hərbi qulluqçunun nəşini nümayiş etdirirlər. Əslində isə həmin əsgər özünü asıb.

Bu fikirləri Publika.az-a politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Ermənistan ordusunda özbaşınalıqdır, orada “dedovşina” hökm sürür.

Q.Hüseynlinin sözlərinə görə, ölən hərbçi də oradakı qanunsuzluqlara, əsgər yoldaşlarının təzyiq və təhqirlərinə davam gətirməyərək intihar edib: “Onun bədənində güllə yarası yoxdur. Azərbaycan tərəfindən erməni əsgərlərinə və ya Ermənistan sərhədi istiqamətində heç bir atəş açılmayıb. Eyni zamanda, Ermənistan ordusunun içərisində özbaşınalıqlar, qanunsuzluqlar, hərc-mərclik davam edir. Məsələn, elə ötən gün erməni hərbi birləşmələrindən birində əsgərlər arasında atışma olub. Bu atışma nəticəsində azı 4 erməni əsgəri ölüb, bir nəfər isə ağır yaralanıb. Bölgədə olan rus sülhməramlıları Azərbaycan tərəfindən Ermənistan sərhədinə doğru atəş açılmadığını deyirlər. Rusiyanın yuxarı orqanları, Müdafiə Nazirliyi sistemi də atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulmadığı haqda fikirləri təsdiq edir”.

Politoloq hesab edir ki, bütün bunlar Ermənistanda seçkiyə mane olmaq və Paşinyanın qələbəsinin qarşısını almaq cəhdidir: “Eyni zamanda, Azərbaycan-Ermənistan danışıqlarının Rusiyanın vasitəçiliyi ilə uğurla aparılmasından narahatlığa düşən daxili siyasi qüvvələr bu cür uydurmalara, belə bir təxribatlara əl atırlar. Bütün bunlar onu göstərir ki, Ermənistanla danışıqlar prosesi, bütövlükdə sülhyaratma prosesi o qədər də asan olmayacaq. Çünki Ermənistanın daxilindəki rəngarəng siyasi qüvvələr bu prosesləri pozmaq, Azərbaycanı Rusiya ilə qarşı-qarşıya gətirmək və Rusiyanın timsalında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə toqquşdurmaq istəyi olanlar az deyil. Onlar gündə bir neçə plan qurub həyata keçirməyə çalışırlar. Ancaq bu planların hamısı ifşa olur. Həmçinin bölgədə olan Rusiya sülhməramlı qüvvələri də təsdiq edirlər ki, Azərbaycan Ordusu atəşkəs rejiminə ciddi əməl edir və özünü kifayət qədər təmkinli aparır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm