Qərbin viranə qoyduğu ölkələr: işğal siyasəti davam edir – TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Qərbin viranə qoyduğu ölkələr: işğal siyasəti davam edir – TƏHLİL

Avropadan Amerika qitəsinə “xoşbəxtlik” adı ilə zülm və etnik təmizləmə aparan, aborigenlərə sözün əsl mənasında soyqırımı edən Qərb 200 il sonra eyni “xoşbəxtlik” nağıllarını Şərqə gətirdi, bu dəfə demokratiya adı altında.

Amerikalı tarixçi Hovard Zinnin “Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi” kitabı Qərbin 200 il öncəki işğal siyasətini, Con Perkinsin “İqtisadi killerin etirafları” kitabı isə 200 il sonrakı işğal siyasətini anlamağa imkan verir. Əvvəlcə ibtidai üsullarla – qətllər, qarətlər, qul ticarəti, soyqırımı – həyata keçirilən işğal sonradan daha modern formada – demokratiya ilə tətbiq edildi. Və bu kitablar ABŞ başda olmaqla Qərbin viran qoyduğu dünya haqda minlərlə araşdırmadan yalnız ikisidir, lakin metodologiyası dəyişsə də, məqsədin heç vaxt dəyişmədiyinin müqayisəli ifadəsi hesab oluna bilər.

Roger Garodi “Mədəniyyətlər dialoqu” kitabında yazır: “Qərblilər 100 milyondan çox Amerika yerlisini öldürərək, dünyada bənzəri olmayan soyqırımı törətdi. Bunun ardınca 300 il davam edən kölə ticarəti zamanı ən az 100 milyon afrikalını da öldürdülər”.

Amerika qitəsində kaloniyalarla yerli xalqı məhv edən Qərb illər sonra işğal siyasətini sivil formaya saldı: Demokratiya.

ABŞ-ın rəhbərlik etdiyi Qərb cəbhəsinin XX əsrdə kütləvi qətl siyasəti sirr deyil. Təkcə statistika belə dəhşətlidir.

1945-ci il, Xirosima və Naqasaki: 350 min insan öldü;
1950-53-cü il, Koreya müharibəsi: 4 milyona yaxın insan öldü;
1950-ci il, Qvetamalanın işğalı: 200 min mülki vətəndaş öldü;
1953-cü il, İranda çevriliş: 10 minə yaxın insan öldü;
1950-59-cu illər, Kuba: 60 min insan öldü;
1960-cı il, Konqo: 3 milyon insan öldü;
1965-66-cı illər, İndoneziya: 500 mindən çox insan öldü;
1970-75-ci illər, Kamboca və Laos: 1 milyon insan öldü;
1962-75-ci illər, Vyetnam müharibəsi: 3 milyon insan öldü;
1973-1977-ci illər, Latın Amerikası ölkələrində ABŞ-ın dəstəklədiyi rejim və qruplaşmaların törətdiyi qətliamlar;
1983-cü il, Livan qətliamı: 14 min dəniz piyadası minlərlə insanı öldürdü;
1983-cü il, Qrenadanın işğalı: 300 mindən çox insa öldü;
1989-cu il, Panamanın işğalı: 3 min panamalı mülki şəxs öldü;
1991-ci il, İraqın işğalı: ABŞ-ın hava hücumu 113 min mülki iraqlının ölümünə səbəb oldu;
2001-ci il, Əfqanıstana müdaxilə: 150 min insan öldü;
2003-cü il, İraqın işğalı: 1 milyondan çox ölü, 5 milyona yaxın qaçqın;

2010-dan başlayan ərəb baharı və hələ də davam edən müharibələr...

Bütün bunlar Qərbin dünya üçün yaratdığı mirasdır.

“Biz sizə azadlıq gətirəcəyik” vədi ilə başlanan bu işğal XXI əsrdə Yaxın Şərqi xarabalığa çevirdi.

ABŞ 2001-ci ildə Əfqanıstana “demokratiya gətirmək” vədi ilə girdi: bu işğal nəticəsində minlərlə insan həyatını itirdi, milyonlarla insan qaçqaın düşdü. 20 il sonra Əfqanıstana arxalarına baxmadan qaçdı və geridə məhv edilmiş ölkə buraxdı.

2010-cu ildən “ərəb baharı” başlayanda insanlar Qərbin demokratiya gətirəcəyinə inanırdılar. Nəticələr göz önündədir:

Liviyada parçalandı, ölkədə vətəndaş müharibəsi davam edir;
Suriya müharibə muzeyində ən “qiymətli” eksponatdır: nə dövlət qalıb, nə xalqı, ölkə hissələrə parçalanıb;
Tunisin, Misirin, Sudanın, ümumiyyətlə “bahar”ın gətirildiyi ölkələrin taleyi bəllidir: xalqlar və dövlətlər ciddi itkirlərə məruz qaldı və yenidən bərpa edilməsi prosesinə milyardlarla vəsait, eləcə də illər lazımdır.

Bu siyasət dəyişməyib və demokratiya adı altında işğal bu və ya digər formada davam edir. Qərb işğal edə bilmədiyi ölkələrə fərqli yollarla müdaxilə edir.

Bu müdaxilə üsullarından biri də qarayaxma kampaniyasının aparılması, total informasiya hücumlarının edilməsidir, ikilistandart yanaşmasının sərgilənməsidir. Bu gün milli maraqlarını müdafiə edən ölkələrin hər biri bu hücumların hədəfinə çevrilir.

Və Qərb hələ də demokratiyadan insan haqlarından bəhs edir, halbuki, artıq bu siyasət ifşa olunub.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm