Nida Təhlil
Türkiyə niyə Ərdoğanı seçdi? - 70 illik sirr

Ərdoğanın balkon çıxışında “1950-ci ildən bəri yaşadığımız bütün problemlərin – çevrilişlər, koalisiya hökumətləri və s. – arxasında Türkiyənin gücünün zəiflədilməsi məqsədi olub” sözləri Türkiyə xalqının hər şeyə rəğmən niyə hələ də bu adamı seçdiyinin izahıdır.
Menderesi 1960-cı ilin 27 may tarixində asdılar. Onun dar ağacına gedərkən söylədiyi “Kəlləmi onlara götürdüyünüzdə deyin ki, Adnan Menderes hürriyyət uğrunda qoyduğu başını 17 il əvvəl almadığınız üçün sizlərə minnətdardır” sözləri Türkiyənin bu günə gəlməsi üçün nələr qurban verdiyinin bir cümləlik qeydidir.
Həmin tarixdən sonra ən yaxşı halda hər 10 ildən bir hərbi çevriliş olur, qurulan koalisiya hökumətlərində siyasi böhran əskik olmurdu. Bu, Türkiyənin diqqətini daim daxili proseslərə yönəlməsinin, xarici siyasətdə gücə çevrilməməsinin əsas səbəbi idi. 2002-ci ildə Ərdoğanın hakimiyyətə gəlişindən sonra bu tendensiya aradan qalxdı, 2016-cı ildə çevriliş planı da həmin tendensiyanın davam etdirilməsi cəhdi idi.
Ərdoğanın 21 illik hakimiyyəti dövründə Türkiyə hərbi çevrilişlərin, siyasi böhranların yaşandığı ölkədən regional güc olan ölkəyə çevrildi. Bunun başlıca səbəbi siyasi stabillikdir. 2002-ci ilə qədər (daha doğrusu 2010-cu ilə qədər) Türkiyədə həlledici səviyyədə təsir imkanına malik olan xarici oyunçular Ərdoğanı hərbi çevrilişlə devirə bilməyəndə, bunu seçki yolu ilə etməyə yönəldilər və iqtisadi problemlər fonunda, bəlkə də ən böyük şansları indi idi. Lakin nəticə, Türkiyə xalqının 1950-ci ildən 2000-ci illərə qədərki dövrə qayıtmaq istəmədiyini təsdiq etdi.
Detallar – siyasi konyuktura, seçki kampaniyası, müxalifətin yanlışları, yaxud iqtidarın seçki yarışını doğru qurması və s. üzərində dayanmaq olar, amma məncə, bütün məsələ budur.
Asif

-
Nida Xəbər 17:28
Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər
-
Qarabağ 16:56
Ermənilərin tərk etdiyi döyüş mövqeyinin görüntüləri - Video
-
Nida Xəbər 16:42
“Yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırıq” - Hikmət Hacıyev
-
Nida Təhlil 16:16
Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH
-
Qarabağ 15:41
Hərbçilərimiz separatçılarla üz-üzə gəldi: "Təslim olun, sizi öldürən deyilik" - VİDEO
-
Qarabağ 15:18
Ermənilər Ağdamda silah-sursatı ataraq qaçdılar - MN
-
Dünya14:41
Köçəryanın beyni silkələndi - VİDEO
-
Qarabağ 14:06
Şəhid xəbəri yayılan XTQ zabitinin tapılma anı - VİDEO