Nida Təhlil
“Feminist Sülh Kollektivi”: Azərbaycanda erməniləri qoruyan yeni “müxalifət” qurulur
- Qərb institutlarının 2023-cü il üçün planlaşdırdıqları qrant layihələrində LGBT, feminizm kimi istiqamətlərin xüsusilə önə çıxarıldığı müşahidə olunur;
- Azərbaycanda feminizm adı altında hərəkət genişlənir;
- Və əsas prioritet “no-war”çı imici ilə Azərbaycanın Ermənistana qarşı müharibə aparmaqda ittiham edilməsi, “Qarabağ blokadadır” iddialarının tirajlanması seçilib;
Pazlın parçalarını birləşdirəndə mənzərə aydın görünür: Azərbaycanda yeni şəbəkə formalaşdırılır və bu şəbəkədən bütün maraqlı qruplar öz məqsədləri üçün yararlanmaq niyyətindədir – anti-Azərbaycan qüvvələr siyasi hakimiyyətə qarşı müxalif cəbhə qurur, erməni diasporu/lobbisi Azərbaycanın daxilindən Ermənistan maraqlarının müdafiəsini təşkil etməyə çalışır;
Bu kontekstdə iki qrant layihəsi xüsusilə diqqət çəkir.
Birincisi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üçün nəzərdə tutduğu layihədir.
2023-cü ildə Azərbaycandakı təşkilatlara da ayrılacaq qrant layihələri korrupsiya, maliyyə cinayətləri, mütəşəkkil cinayətarlıq, ictimai təhlükəsizlik, demokratiya və insan hüquqları, ətraf mühit və iqlim dəyişikliyi, səhiyyə kimi sahələr üzrə jurnalist araşdırmalarını əhatə edir. 100 min avro məbləğində nəzərdə tutulan qrantlar təkcə ölkə daxilində fəaliyyət göstərən media resurslarına yox, həm də xaricdə həmin ölkə ilə bağlı fəaliyyət göstərən media resurslarına da əhatə edir. Bu o deməkdir ki, qrantlar xaricdə fəaliyyət göstərən “media resursları”na həm transmilli şəbəkələrin maraqlarını müdafiə edən, həm də “söyüş blogerləri” kimi tanınanlara ayrılacaq. Hər iki şəbəkənin əsas işi dezinformasiyanın tirajlanması, Azərbaycana qarşı ermənilərin də iştirak etdiyi kampaniyalara dəstəyin verilməsidir. Azərbaycan daxilində isə xüsusilə 44 günlük müharibədən sonra aktivləşən və radikal feminist qrupları dəstəklənir. Bu qrupların əsas fəaliyyəti “no-war” ideyası altında Ermənistanın maraqlarının müdafiəsi, “Azərbaycanın Ermənistana hücum etdiyinə dair” iddiaların dəstəklənməsidir.
İkincisi, Kanadanın Türkiyədəki səfirliyinin “Yerli Təşəbbüslər üçün Kanada Fondu”nun 2023-cü il üçün elan etdiyi layihədir. Türkiyə, Azərbaycan, Gürcüstan və Türkmənistanı əhatə edən qrant layihəsinə müraciətlər 8 may 2023-cü il tarixində bitib, layihələrin icrası isə 2023-2025-ci illəri əhatə edir. Əsas şərt bütün layihələrin üç prioritetdən birinə uyğun olmasıdır:
- gender bərabərliyi, qızların və qadınların səlahiyyətlərinin artırılması;
- 2SLGBTQI+ (Lesbian, Gay, Bisexual, Transgender, Queer, Intersex, Two-spirit and Gender), demokratiya, insan haqları və qanunun aliliyi daxil olmaqla inklüziv idarəetmə;
- Münaqişələrin qarşısının alınması, sülhün qurulması və təhlükəsizlik;
Qulaqa kifayət qədər xoş gələn bu layihələrin əslində LGBT stimullaşdırılması və feminizm adı altında milli ənənələrə qarşı olduğu aydın görünür.
Burada əsas diqqətçəkən məqamlardan biri Azərbaycanda belə qrant layihələrinin maraq dairəsində olan feminizm, LGBT kimi hərəkatların əsas priritet istiqamətinin məhz Ermənistanın maraqlarının müdafiəsi olmasıdır. “Feminist Sülh Kollektivi” hərəkatının (Feminist Peace Collective) fəaliyyəti bu kontekstdə praktiki nümunələrdən hesab oluna bilər.
“Feminist Sülh Kollektivi” 10 avqust 2023-cü il tarixində Azərbaycanı Qarabağdakı erməni əhalisini “blokadada” saxlamaqda, “humanitar fəlakət yaratmaqda” ittiham edən kampaniyaya başlayıb. Azərbaycan “feministlərinin” yaydığı müraciətdə deyilir: “Blokadanın ilk günlərindən Azərbaycan dövləti bu hadisə ətrafında geniş propaqanda apararaq daxili və beynəlxalq ictimaiyyəti blokadanın mövcud olmadığına,insanların və yüklərin dəhlizdən Rusiya sülhməramlılarının müşayiəti altında keçdiyinə inandırmağa çalışırdı. Buna baxmayaraq, müstəqil informasiya vasitələri, sosial mediadan istifadə, habelə Qarabağdan/Artsaxdan olan sadə insanlarla ünsiyyət vasitəsilə blokadanın olmaması barədə məlumatların yalnış və yöndən yayındırıcı olduğunu elə əvvəldən anlamaq olurdu. Bu gün isə hər şey göz qabağındadır: uşaqlar gündə cəmi bir dəfə yemək yeyə bilir, hamilə qadınların və yaşlıların, xəstəliyi olan insanların sağlamlığı ciddi təhlükə altındadır”.
Bununla yanaşı, onlar Meşəli qətliamının iştirakçısı Vaqif Xaçatryanın Laçın sərhəd-keçid məntəqəsində həbs edilməsi, eləcə də Rəşid Beqlaryanın saxlanılmasını pisləyir, “dövlət zorakılığının bir forması olan müharibədən digər forması olan polis əməliyyatına çevrilən bu nəzarət forması Qarabağdakı/Artsaxdakı əhaliyə 2 seçim verir: ya Qarabağı/Artsaxı tərk etməlisiz, ya da yumşaq etnik təmizləmə ilə üz-üzə qalacaqsınız” qeydi ilə Azərbaycan ittiham edirlər.
Və məlum olur ki, Qərb institutları Azərbaycanla bağlı qrant layihələrində dəstək verdikləri “radikal feministlər”in əsas missiyası ermənilərin maraqlarının müdafiəsinin təşkil edilməsidir.
Soros Fondunun yaratdığı və əsasən Erməniustanın maraqlarından çıxış edən “opendemocracy.net” portalının yayımladığı məqalədə “Feminist Sülh Kollektivi” haqda qeydlər də bunu təsdiq edir.
“Azərbaycan: feminist sülh yolu ilə militarizmi pozmaq” yarımbaşlığı ilə verilən qeydlərdə bildirilir ki, “İkinci Qarabağ müharibəsi regionda sülh üçün onsuz da kövrək olan ümidləri yox edib. 2020-ci ildə yaradılan “Feminist Sülh Kollektivi” isə bütün riskıərə baxmayaraq, müharibəyə qarşı mübarizə aparır”.
“Feminist Sülh Kollektivi” 10 avqust tarixində yaydığı bədnam müraciət, eləcə də “opendemocracy” portalının məqaləsi təsdiq edir ki, “azərbaycanlı feministlər”ə qrant layihələri qarşılığında erməni maraqlarının müdafiə edilməsi tapşırığı verilib. “Opendemocracy” başqa bir məqaləsində yazırdı ki, “Əliyev hakimiyyətinə Azərbaycanın daxilində “Qarabağ blokadasına” qarşı müxalifət yoxdur”. Göründüyü kimi, “Feminist Sülh Kollektivi” erməniləri də özündə birləşdirən anti-Azərbaycan şəbəkəsinin ölkə daxilində “Qarabağ blokadasına” qarşı müxalifət olaraq yaradılıb.
Asif Nərimanlı
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA