Nida Xəbər
Bahar Muradova: “Mövcud reallıqları nəzərə almalıyıq” - BÜDCƏ MÜZAKİRƏSİ
Azərbaycanın 2017-ci il üzrə büdcə zərfinin Milli Məclis komitələrinin birgə iclasında müzakirəsi bu gün də davam edib.
Publika.az xəbər verir ki, bu gün keçirilən müzakirələrdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman, Regional məsələlər və İnsan hüquqları komitələri təmsil olunur.
İclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Ombudsman Elmira Süleymanova və digər hökumət üzvləri də iştirak edir.
Hazırda Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, vitse-spiker Bahar Muradova çıxış edir.
O bildirib ki, öz həyatımızı büdcə əsasında qurmaqla yanaşı, mövcud reallıqları da nəzərə almalıyıq.
B.Muradova deyib ki, əsas məqsəd Azərbaycanın makroiqtisadi sabitliyini qorumaq, iqtisadi inkişafını təmin etmək, müdafiə qabiliyyətini gücləndirmək və əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasıdır:
“Artıq üçüncü gündür ki, 2017-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunur. Gələn ilin dövlət büdcəsi qlobal və ölkədaxili şərait nəzarə alınaraq hazırlanıb”.
Qeyd edək ki, büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.
Vasif Həsənli
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı