Ayaz Mütəllibovdan CAVAB: “Mənə rəqib gözü ilə baxma”
Bizi izləyin

Nida Xəbər

Ayaz Mütəllibovdan CAVAB: “Mənə rəqib gözü ilə baxma”

Hesab edirəm ki, bütün bunlar mənə qarşı ciddi qısqanclıqdan irəli gəlir.

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin haqqında səsləndirdiyi ittihamlarına cavab verib.

A.Mütəllibov Publika.az-a açıqlamasında deyib ki, hər hansı hadisəyə birtərəfli yanaşmaq doğru deyil:

“Mən müsahibəmdə obyektiv olaraq o zamankı hadisələri şərh etmişəm. Azərbaycanın öz müstəqilliyini bərpa etməsinin tarixi zərurəti olub. Biz Azərbaycanın müstəqillik Aktına imza atanda, bunu şüurlu şəkildə, bilərəkdən etmişdik və bütün məsuliyyəti də boynumuza götürmüşdük. Bu baxımdan da Əli Əliyevin bu cür ittihamlarına və niyyətlərinə heç bir əsas görmürəm. Ümumiyyətlə, mən rəhbərlikdə çalışanda Əli Əliyevi tanımamışam. Burada söhbət onu tanıyıb-tanımamığımdan da getmir. Ola bilsin ki, onun fikri ayrıdır, ona qarşı isə başqalarının fikirləri mövcuddur. Hər kəs eyni fikirdə ola bilməz”.

A.Mütəllibov qeyd edib ki, hər hansı şəxsi səbəbsiz yerə ittiham etmək və nədəsə günahlandırmaq doğru deyil:

“Hesab edirəm ki, bütün bunlar mənə qarşı ciddi qısqanclıqdan irəli gəlir. Baxmayaraq ki, mən etikanı qoruyaraq, heç kəsin fikirlərinə və addımlarına sərt şəkildə qiymət vermirəm. Halbuki bunu etməyim üçün kifayət qədər ciddi əsaslarım da var. Mənə qarşı səslənən bu cür ittihamlar ədalətsizlikdir. Bu cür fikirləri əsla qəbul etmirəm”.

A.Mütəllibov siyasətdən getdiyini də söyləyib:

“Mənə rəqib gözü ilə baxmaq lazım deyil. Çünki mən artıq siyasətə qoşulmuram. Yalnız jurnalistlərin suallarına cavab verməklə, yazılan tarixə şahidlik edirəm. Tarixi hadisələrə obyektiv qiymət vermək mənim borcumdur. O dövrdə SSRİ-də və Azərbaycanda çox mürəkkəb vəziyyət yaranmışdı. Bu vəziyyətdən az itki ilə çıxmaq hər ölkəyə nəsib olmadı. Bu, başqa cür də ola bilərdi. Çünki oktyabrın 18-də Azərbaycanın müstəqilliyi ilə bağlı qərar qəbul olunanda hələ SSRİ dağılmamışdı. Heç kəs bilə bilməzdi ki, 1991-ci il dekabrın 8-də keçirilən toplantıda hansı qərar qəbul olunacaq. Bu qərar tam başqa cür də ola bilərdi, insanları məsuliyyətə cəlb edə bilərdilər. O zaman Azərbaycan böyük təhlükələr qarşısında idi. Ona görə də hər hansı hadisəyə birtərəfli yanaşmaq olmaz. O dövrdə mürəkkəb proseslər gedirdi”.

Xatırladaq ki, VİP sədri Əli Əliyev ölkə Prezidentinə müraciət edərək, Ayaz Mütəllibovun eks-prezident statusu və imtiyazlardan məhrum olunmasına çağırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm