Nida Xəbər
Fransadakı səfirimiz “erməni soyqırımı” məsələsində türkiyəlilərə üz çevirib? - İDDİA
“Keçmişdən günümüzə qədər müsəlman-türk millətinə qarşı
qarayaxma kampaniyası aparan erməni lobbisi son zamanlar Avropada
fəaliyyət göstərən təşkilatlarımıza hüquq yolu ilə savaş açıb”.
Publika.az xəbər verir ki, bu sözləri Əsilsiz Erməni İddiaları ilə
Beynəlxalq Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksal Gülbey
deyib.
Onun sözlərinə görə, bu təşkilatların rəhbərliyində təmsil olunan
və üzvü olan şəxslər Türkiyə-Azərbaycan milli məsələlərini müdafiə
etdikləri üçün deportasiya edilmə təhlükələri ilə üzləşirlər.
G.Gülbey iddia edib ki, Azərbaycanın Fransadakı
səfirliyi bu ölkədə fəaliyyət göstərən Türkiyə türklərinin
yaratdığı təşkilatdan üz çevirib:
“Halbuki həmin təşkilat 10 ildir fəaliyyət göstərir və Qarabağ
məsələsini, həmçinin, Azərbaycan mədəniyyətini Avropada təbliğ
edir. Lakin Azərbaycan səfirliyi bu təşkilatdan üz çevirərək, yeni
diaspor təşkilatı yaradıb. Yeni təşkilatın rəhbərliyinə də bir
xanımı gətiriblər. Bununla yanaşı, qondarma “erməni soyqırımı”
məsələsində türk təşkilatlarına dəstək verilmir. Türklər “biz
illərdir Azərbaycana kömək etmişik, siz qondarma “erməni soyqırımı”
məsələsində bizi niyə tək buraxırsınız?” deyə soruşanda deyirlər
ki, bu, Türkiyənin şəxsi məsələsidir. Azərbaycanın Fransadakı
səfiri həmçinin deyib ki, “biz Azərbaycanın məsələsini
azərbaycanlılarla həll edəcəyik. Buna gücümüz çatar”. Türkiyə
təşkilatlarına heç bir dəstək vermirlər”, - deyə o bildirib.
Asif
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək