Nida Xəbər
İrəvan rəsmən açıqladı: "Lukaşenko bizə imkan vermir"
Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna Ermənistan nümayəndəsinin təyin edilməməsinə görə Belarusu ittiham edib.
Publika.az xəbər verir ki, bununla bağlı Ermənistan xarici işlər
nazirinin müavini Savarş Koçaryan açıqlama verib.
S.Korayan deyib ki, KTMT-yə erməni baş katibin təyin
olunması məsələsi İrəvanda keçirilən iclasda həll
olunmadı:
“Bununla bağlı qərar Sankt-Peterburqda keçirilən növbəti iclasda
veriləcəkdi. Lakin Belarus prezidenti Aleksandr Lukaşenko iclasa
qatılmaqdan imtina etdi və beləliklə, təşkilatın baş katibinin
Ermənistanın nümayəndəsinin olmasına icazə vermədi. Ümid edirik ki,
növbəti iclasda bu məsələ öz həllini tapacaq”.
Ermənistan XİN rəsmisi qeyd edib ki, KTMT-yə erməni baş
katibinin təyin olunmasına Qazaxıstan mane olmur: “Əsas maneə
Belarusdur”.
Qeyd edək ki, KTMT-nin sonuncu iclası ötən ilin 26 dekabr tarixində
Sankt-Peterburqda keçirilib. Həmin iclasda erməni baş katibin
təyinatının həll olunması gözlənilsə də, Aleksandr Lukaşenkonun
iclasa qatılmaması planları alt-üst edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ermənistan prezidenti Serj Sarkisyan buna görə KTMT
üzvlərindən şikayətlənmişdi.
“Heç kim ittifaq üzvü olan Ermənistanda nələrin baş verdiyi ilə
maraqlanmır. Hətta telefonu götürüb zəng etməyi belə lazım
bilmirlər. Bir-bizimə qarşı çıxırıq, üçüncü ölkənin (Azərbaycanı
nəzərdə tutur-red) bəyanatlarına dəstək veririk”, - deyə Sarkisyan
qeyd etmişdi.
Asif
-
Dünya06:49
Bu ölkədə havanın temperaturu 52 dərəcəyə çatdı
-
Dünya05:15
Ərdoğandan İtaliyaya Fələstinlə bağlı ÇAĞIRIŞ
-
Dünya03:18
Məşhur vulkan yenidən püskürdü
-
İdman02:00
UEFA Konfrans Liqasının qalibi məlum oldu
-
Qoroskop00:25
Günün qoroskopu: ideyaların reallaşdırılması üçün uğurlu gündür
-
Nida Xəbər 29 May 22:28
Ceyhun Bayramov Pakistanda səfərdədir
-
Magazin229 May 21:52
Kadir İnanır yenidən xəstəxanaya yerləşdirildi
-
MDB29 May 20:50
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi