Nida Xəbər
Rusiyalı deputat: "Qorbaçov bütün əməllərinə görə məhkəmə qarşısında cavab verməlidir"
Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar şəhidləri anılıb.
APA- nın Moskva müxbirinin verdiyi məlumata görə, hər il olduğu kimi bu ildə səfirliyə gələn rəsmi qonaqlar, xarici ölkələrin səfirləri, hərbi-attaşelər Heydər Əliyevin xatirəsinə ucaldılmış barelyefin qarşısına əklil qoyaraq Azərbaycan xalqına başsağlığı veriblər.
Səfirliyin foyesində faciə qurbanlarının adlarını əks etdirən tablo nümayiş olunub. Tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında ingilis və rus dillərində məlumat verilib.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, bu kütləvi cinayətin səbəbkarı əlbəttə ki, sovet rəhbərliyi və onun əmrini icra edən sovet ordusu olub: "Faciənin qurbanları isə Azərbaycan xalqı ilə bərabər Bakıda yaşayan digər xalqlar olub. Tanınmış dövlət xadimlərindən Sovet İttifaqının rəhbərliyini törətdiyi cinayətə görə ittiham edənsə, ilk dəfə ümummilli lider Heydər Əliyev olub. O, səfirliyin binasındakı öz cəsarətli çıxışı ilə Azərbaycan xalqının yaddaşında qalıb".
Diplomat Azərbaycanın bu cinayəti müasir demokratik Rusiya ilə əlaqələndirmədiyini də vurğulayıb: "Bu, son günlərini yaşayan Sovet rəhbərliyinin cinayəti idi".
Ümumrusiya Azərbaycan Konqresinin prezidenti, professor Fazil Qurbanov isə çıxışında ÜAK adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. O, bu faciənin heç bir zaman Azərbaycan xalqının yaddaşından silinməyəcəyini bildirib.
Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev də Azərbaycan xalqına başsağlığı verib: "Mən dəfələrlə Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edəndə orada yatanların üzünə baxmışam. Çox cavan insanlar o zaman həlak olublar. Bu, o deməkdir ki, onların uşaqları və nəvələri doğulmayıb. Bizim sizinlə əsas vəzifəmiz tarixdə belə vəhşi cinayətin bir daha təkrarlanmaması üçün bütün səyləri göstərməkdir. Bu faciə və digər vəhşiliklər öz qiymətini almalıdır. Fikrimcə, Mixail Qorbaçov bütün əməllərinə görə, məhkəmə qarşısında cavab verməlidir".
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək