Azərbaycana görə cəzalandırılan özbək tarixçisi - "İmkan verməyək"
Bizi izləyin

Nida Xəbər

Azərbaycana görə cəzalandırılan özbək tarixçisi - "İmkan verməyək"

Şuxrat Salamov "Qarabağ: ideyalar müharibəsi" kitabının müəllifidir.

"Özbəkistanın Baş Prokurorluğu Ermənistan hakimiyyəti və erməni icmasının təzyiq altında məşhur özbək tarixçisi və tədqiqatçısı Şuxrat Salamov barəsində cinayət işi qaldırmaq niyyətindədir.

Şuxrat Salamov "Qarabağ: ideyalar müharibəsi" kitabının müəllifidir. Kitabda erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb.

Salamov həmçinin "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" kitabının müəllifidir. Burada ermənilər tərəfindən özbəklərlə bağlı törədilən qətliamdan bəhs olunur.

İndi Şuxrat Salamov barəsində rəsmi Yerevanın və erməni icmasının təsiri ilə millətlərarası nifrətin qızışdırılması maddəsi üzrə cinayət işi qaldırmaq istəyirlər. Artıq tarixçini Özbəkistan Baş Prokurorluğuna çağırıblar. O, sabah orada olmalıdır.

Eyni zamanda, Özbəkistanda Şuxrat Salamova qarşı əsl kampaniya başlayıb. Erməni icmasının nümayəndələri hətta onun evinə hücum edərək şüşələrini sındırıblar.

Vəkil Muxtar Mustafayev özbək aliminin təqibi ilə bağlı Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə artıq məlumat verilib. Yeri gəlmişkən, informasiyanı səfir özü də təsdiq etdi".

Biz Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq bütün Azərbaycan ictimaiyyətinə müraciət edirik ki, Şuxrat Salamovun müdafiəsinə qalxsınlar. Bu gün Azərbaycan cəmiyyəti çox passivdir. Rusiyanın Xarici İşlər naziri Azərbaycanın daxili işlərinə qarışır, amma kütləvi ziyalı reaksiyası yoxdur. Baxın, görün rəsmi Yerevan (İrəvan) nələr edir? Rəsmi Yerevan (İrəvan) Özbəkistan hökumətindən Şuxrat Salamovun həbsini tələıb edir. Niyə? Ona görə ki, erməni yalanlarını ifşa edibdir. Ermənilərin qatil sifətini dünyaya göstəribdir. Biz nə edirik? Heç olmasa bu məslədə aktivlik nümayiş etdirək. Şuxrat Salamovun müdafiəsi ilə bağlı çoxsaylı imza yığıb Özbəkistanın Azərbaycandakı səfirliyinə təqdim etməyin vaxtı deyilmi? (virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm