Siyavuş Novruzovdan etiraz: “Biz neyləyək, Lenin kimi çiynimizə şalban götürək?”
Bizi izləyin

Nida Xəbər

Siyavuş Novruzovdan etiraz: “Biz neyləyək, Lenin kimi çiynimizə şalban götürək?”

"Bəzi deputatlar Türkiyəyə baxıb coşurlar"

“Bu gün islama qarşı mübarizə var. Hesab edirəm ki, buna qarşı Azərbaycan öz mövqeyini ortaya qoydu. Bu əslində 2016-cı ilin davamıdır. Bildiyiniz kimi 2016-cı il ölkəmizdə multikultralilmz ili elan olunmuşdu”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP icra katibinin müavini Siyasuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, Azərbaycan prezidentinin atdığı addımlar ancaq Azərbaycan dövlətinin və xalqının maraqlarının qorunmasına xidmət edir:

“Mən burada 3 məqamı qeyd etmək istərdim. Birincisi, Azərbaycan qaçqınlarının yerlərinə qayıtması üçün Cocuq Mərcanlıya maliyyə vəsaitinin ayrılması. İkincisi, prezidentin hərbçilərlə görüşü və Azərbaycan ərazilərində ikinci bir erməni dövlətinin qurulmasına imkan verilməyəcəyi haqda bəyanatı. Üçüncü, bu yaxınlarda iqtisadi müşavirədə prezidentin bütün sahələrin inkişafı və gələcək perspektivi haqda tapşırıqları. Yalnız bu üç məsələnin özü də prezidentin xalqın maraqlarının müdafiəçisi olduğunun bariz nümunəsidir”.

Siyavuş Novruzov həmçinin yaz sessiyası zamanı iki təklifini açıqlayıb:

“Hesab edirəm ki, “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməlidir. Qanunun tələbinə görə, siyasi partiyalar MSK-ya hesabat verməlidir. Biz görürük ki, siyasi partiyaların nəqliyyat vasitələri, mühafizəçiləri, işçiləri var. Bunlar hava ilə yaşamırlar. Fikrimcə, MSK-ya maliyyə hesabatı təqdim etməyən partiyalarla bağlı hansısa formada qərar qəbul edilməlidir.

İkinci təklifim mobil rabitə ilə bağlıdır. Hər axşam xaricdən telefon zəngi gəlir və kəsilir. Bu hal ərəb baharı zamanı da olurdu. Məncə, informasiya təhlükəsizlyii qanunvericiliyində dəyişiklik edə bilərik”.

S.Novruzov mətbuata müsahibə verərək deputatların fəaliyyətini tənqid edən bəzi həmkarlarını ciddi tənqid edib:

“Mətbuatda oxuyuruq ki, bəzi həmkarlarımız yazır ki, Milli Məclis işləmir. Məclisin funksiyası nədən ibarətdir? Qanun qəbul edir, müzakirələr aparır. Bu qanunlar iqtisadiyyatın inkişafı, maliyyə stabilliyinin təmin edilməsi üçündür. Biz neyləyək Lenin kimi şalban götürək çiynimizə ki, işləyirik? Və ya divar hörək?

Və ya kimsə deyir ki, komanda dəyişilməlidir. Sən kimsən ki, komandanı dəyişirsən? Komandanın yiyəsi var, o da cənab prezidentdir. Bu komanda görün nə qədər addımlar atır. Nəzərə alın ki, biz parlamentli respublika deyil, prezident respublikasıyıq. Hərdən Türkiyəyə baxıb coşursunuz. Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Korrupsiya komissiyası var, Baş Prokurorluq yanında Korrupsiya İdarəsi var. Yenə deyirəm ki, hər kəsin funksiyası var. Bizim funksiyamız qanun qəbul etmək, ona nəzarət etməkdir. İnsanlar beynəlxalq təşkilatlarda ermənilərə qarşı mübarizə aparırlar. Bundan başqa nə işlə məşğul olmalıdır? Mən təklif edirəm ki, hər kəs oturduğu masaya hörmət etsin. Vaxt vardı ki, parlamentdə 4 nəfər bir otaqda əyləşirdi, 8 nəfərə bir hökumət telefonu verilirdi. İndi hər kəsin otağı, köməkçisi var. Otur işlə, alternativ qanun hazırla, qəzetdə çap elə. Əsaslandır ki, sənin hazırladığın layihə daha vacibdir. Hesab edirəm ki, bundan sonra belə hallara yol verməyə əsas yoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm