Nida Xəbər
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Azərbaycana səfər edəcək.
Avstriya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər yaxın aylarda baş tutacaq. Hazırda səfərin tarixi dəqiqləşdirilir.
Səfər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə ediləcəyi gözlənilir.
Avstriya XİN-dən bildiriblər ki, ATƏT-dəki Avstriya sədrliyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişəsinin nizamlanması üzrə səylərini dəstəkləyir.
"ATƏT-in sədrliyi fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşikin, eləcə də fəaliyyətdə olan sədrin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi, səfir Günter Baxlerin vasitəsiylə ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini fəal şəkildə dəstəkləyir. Avstriya neytral ölkə kimi uzunmüddətli ənənələrinə sadiq qalaraq, münaqişənin nizamlanmasına töhfə verməyə və ya tərəflərin görüşünü keçirməyə hazırdır", - Avstriya XİN-dən bildiriblər.
Xatırladaq ki, Avstriya bu il yanvarın 1-dən etibarən bir il müddətinə ATƏT-ə sədrliyi qəbul edib və sədrliyinin prioritetlərindən biri təşkilat məkanında həll olunmamış münaqişələrin nizamlanması məsələsi olduğunu bəyan edib. (report)
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi