Ermənilərin Qarabağla bağlı 25 illik SİRRİ AÇILDI - ETİRAF
Bizi izləyin

Nida Xəbər

Ermənilərin Qarabağla bağlı 25 illik SİRRİ AÇILDI - ETİRAF

“Türklər və azərbaycanlılar Ermənistanı məhv edəcək, Qarabağı alacaq”

“Ermənistanda son 25 il ərzində hakimiyyət xalqın bütün bədbəxtliklərini azərbaycanlılar və türklərin üzərinə yıxmağa vərdiş edib. Ermənistanda qaz bahalıdır, günahkar Azərbaycandır. Ermənistanda hər şey bahadır, günahkar bizi illərlə blokadada saxlayan türklərdir. Ölkədə iş yoxdur, ədalət yoxdur, demokratiya yoxdur və bütün bunların günahkarı bizim qonşularımızdır”.

Publika.az
xəbər verir ki, bu barədə erməni jurnalist Tevos Arşakyan yazıb.

Onun sözlərinə görə, erməni cəmiyyətinin müəyyən hissəsi hakimiyyətin bu uydurmalarına kor-koranə inanır: “Halbuki, başqalarını günahlandırmaq daha asandır və bizim məmurlar da bunu edirlər. Bu, xüsusilə “Qarabağ klanı”na sərfəlidir. Hansı ki, hakimiyyətdə qalmalarının əsas səbəbi Qarabağ münaqişəsidir. Bu klan illərdir uydurur ki, “əgər biz olmasaq, türklər və azərbaycanlılar Ermənistanı məhv edəcək, Qarabağı alacaq”. İllərdir biz eyni yalanları uduruq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm