Nida Xəbər
Ermənilər kəndləri boşaldır: düşmən çoxsaylı itki verdi - - FOTOFAKT
Ermənistan hərbi birləşmələri dünən gecədən başlayaraq,
bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə təxribat
hücumları edib.
Publika.az xəbər verir ki, düşmənin təxribat hücumlarının
qarşısını alınıb.
Məlumatlara görə, döyüşlər hazırda da davam edir.
Ermənistan mediası Azərbaycan Ordusunun nəzarət etdiyi Talış
kəndində qalan son sakinlərin də evlərini tərk etdiyini yazıb.
Talış bələdiyyəsinin sədri Vilen Petrosyan deyib ki, kənddə 10-15
kişi qalıb.
“Əslində, Talışda çox adam yox idi. Təxminən 10-15 kişi qalıb.
Onların ailələri isə orada yaşamır. Hazırda kənd tamamilə boşalır”,
- deyə o bildirib.
Qeyd edək ki, ötən ilin aprelində Azərbaycan Ordusu Lələtəpə
yüksəkliyini azad edərək, Talış kəndinə də nəzarəti əldə edəndən
sonra oradakı bütün ermənilər ərazini tərk etdi. Daha sonra cəmi
10-15 ailə geri qayıtdı. Görünür, indi onlar da kəndi tərk
edirlər.
Ermənistan mediası cəbhəboyu ərazilərdə yaşayan ermənilərin qorxu
içində olduğunu, əksər ailələrin qaçmağa hazırlaşdığını yazıb. Bir
neçə erməni ailəsi isə artıq əraziləri tərk edir.
Ermənistan rəsmiləri itkilərini gizlətsə də, sosial şəbəkədə erməni istifadəçilər çoxsaylı ölü və yaralıların olduğunu yazır.
Misal üçün, erməni rejissor Arşak Zakaryan feysbuk hesabında
yazıb ki, erməni hərbi birləşmələri itkilər verib.
Onun statusuna şərh yazan erməni istifadəçilər də itkilərin
olduğunu təsdiqləyib. Ermənistanda ümumi ab-hava isə əhalinin qorxu
içində olduğunu göstərir.
Asif
-
Dünya21:25
Baş naziri güllələyən yazıçının oğlundan ETİRAF
-
Magazin120:05
Çingiz Mustafayevin toyu olacaq
-
Dünya19:20
Slovakiya Baş nazirinə sui-qəsd edən şəxs yazıçı imiş - YENİLƏNDİ
-
Ekologiya18:30
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
-
Kriminal17:24
Gözəllik salonunda işləyən qadınların başına taksidə görün nə iş gəldi: Biri öldü - VİDEO
-
Sosial17:00
Erməni separatçıların həbs müddəti uzadıldı
-
Dünya16:30
4 gün iş, 3 gün tətil: Milyonlarla işçinin həyatı dəyişəcək
-
Cənubi Qafqaz16:01
Ermənilər Nikolun yerində kimi görür? - Sorğuda Vardanyanın da adı çıxdı