Nida Xəbər
Rüfət Quliyev: “Mehman Hüseynovun həbsində heç bir qanuna zidd hal yoxdur”
Milli Məclisin deputatı, professor Rüfət Quliyev bloger Mehman Hüseynovun məhkəmənin qərarı ilə həbs edilməsinə münasibət bildirib.
Deputat Publika.az-a açıqlamasında deyib ki, adını bloger qoyan Mehman Hüseynovun fəaliyyəti heç bir etik normaya, qanunun tələblərinə uyğun gəlmirdi:
“O, hec bir razılaşma, məhkəmənin qərarı olmadan uzun müddət idi ki, vətəndaşların hüquqlarını pozur, qeyri-qanuni olaraq onların mal-mülklərinin şəklini çəkib internetdə yayırdı. Azərbaycanda mətbuat azad olduğundan onun əməllərindən məhkəmələrə şikayət olunmurdu. O da özünü cəzasızlıq mühitində hiss edirdi. Hətta ictimai qaydaları pozduqda belə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmurdu. Azərbaycan polisinin şərəf və ləyaqətinə toxunan materiallar yayırdı. Onun həbsi də bu hərəkəti ilə əlaqədardır”.
R.Quliyev qeyd edib ki, Mehman Hüseynovun həbsində heç bir qanuna zidd hal yoxdur:
“Bu hadisəni siyasiləşdirmək qətiyyən düzgün deyil. Bu cəhd Azərbaycanı istəməyən bəzi qüvvələrin maraqlarına xidmət edər”.
Vasif Həsənli
-
Hadisə20:48
Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: aralarında tələbələr də var
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu