Nida Xəbər
Sarkisyanın hərəkəti Moskvanı özündən ÇIXARTDI: Putindən QARABAĞ CƏZASI
Ermənistan prezidenti Serj Sarkisyanın Avropada Avropa
Komissiyasının başçısı Donald Tusk və NATO-nun baş katibi yens
Stoltenberqlə görüşü Rusiyada qəzəblə qarşılanıb.
Publika.az xəbər verir ki, rusiyalı ekspertlər bunu
Sarkisyanın Moskvaya şantajı kimi şərh ediblər.
Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev
Sarkisyanın fitnəkar siyasi oyun oynadığını deyib: “Ermənistan
güman ki, Rusiyadan Dağlıq Qarabağ məsələsində daha dəqiq
erməniyönümlü mövqe istəyir. Hansı ki, Moskva bunu edərsə, münaqişə
zonasında böyük gərginlik yaranacaq”.
Ekspert hesab edir ki, Sarkisyanın Avropa səfərləri həm də seçki
kampaniyasına hesablanıb.
“Qarabağda “aprel döyüşləri”, həmçinin, girovların alınması kimi
hallar Ermənistan cəmiyyətində Sarkisyana qarşı narazılıq yaradıb.
Bu gün erməni ictimaiyyətində anti-Rusiya əhval-ruhiyyəsi kifayət
qədərdir”, - deyə o bildirib.
Prezident Putinin nümayəndəsi hesab olunan Rusiya İctimai
Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey
Markov hesab edir ki, Moskva İrəvanın bu gedişinə üzdə reaksiya
verməyəcək.
Lakin o, Sarkisyanın Avropa səfərinin başqa məqsədə də xidmət
etdiyini diqqətə çatdırıb.
“Sarkisyan Brüsselə Dağlıq Qarabağ münaqişəsində Avropanın
mövqeyini neytrallaşdırmağa getmişdi. Çünki təkcə Rusiya yox,
Avropa da Qarabağ prosesinin donunun açılmasını İrəvandan tələb
edirlər. Hər kəs yaxşı bilir ki, münaqişəni Ermənistan dondurur. Nə
vaxt ki, “Kazan düsturu” üzrə razılaşma imkanı yarandı, İrəvan geri
çəkildi. Ehtimal ki, Sarkisyan Brüsseldə Avropanın Qarabağla bağlı
təzyiqini azaltmağa çalışıb. Lakin Avropa İttifaqı həll olunmamış
bu münaqişəni hələ də region üçün təhlükə olaraq görür”, - deyə o
bildirib.
Asif
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO