Köməkçisindən Abid Şərifovun səhhətilə bağlı AÇIQLAMA - YENİLƏNDİ - - FOTO
Bizi izləyin

Nida Xəbər

Köməkçisindən Abid Şərifovun səhhətilə bağlı AÇIQLAMA - YENİLƏNDİ - - FOTO

"Abid Şərifov hazırda iş başındadır”.

“Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov hazırda iş başındadır”.

Bunu Publika.az-a açıqlamasında Abid Şərifovun xidməti telefonuna cavab verən köməkçisi bildirib.

O, adını söyləmək istəmədiyini və Abid Şərifovun səhhəti ilə bağlı yayılan xəbərlərin yalan olduğunu söyləyib:

“Hazırda Abid müəllim iş başındadır. Onun səhhəti ilə bağlı yayılan xəbərlər yalandır”.

Xatırladaq ki, İsrailin “newsru.co.il” saytı Baş nazirin müavini Abid Şərifovun səhhətində yaranmış problemlə əlaqədar İsraildə olduğunu yazıb.

Saytın məlumatına görə, Abid Şərifov ürəyində yaranmış nasazlıqla əlaqədar ötən həftə xüsusi təyyarə reysi ilə İsrailə aparılıb və Hayfa şəhərinin Rambam xəstəxanasına yerləşdirilərək, təcili müalicəyə cəlb olunub.

16:04

Baş nazirin müavini Abid Şərifov səhhətində yaranmış problemlə əlaqədar İsraildədir.

APA-nın “newsru.co.il” saytına istinadən verdiyi məlumata görə, o, ürəyində yaranmış nasazlıqla əlaqədar ötən həftə xüsusi təyyarə reysi ilə İsrailə aparılıb və Hayfa şəhərinin Rambam xəstəxanasına yerləşdirilərək, təcili müalicəyə cəlb olunub.

A. Şərifov xəstəxananın kardiologiya şöbəsinə yerləşdirilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm